Müstəntiq rüşvətə görə
Digərləri 16 Fev 2023 10:57:00 354 0
Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin müstəntiqi Nicat Acalov həbs edilib.
Bu xəbəri də oxu: Dolların məzənnəsi açıqlandı
Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, o, külli miqdarda rüşvət almaqda təqsirli bilinir. İttihama görə, kapitan N.Acalov narkotik alverinə görə həbs olunmuş Faiq Məmmədovun ailəsindən onu azadlığa buraxdırmaq vədi ilə 25 min manat pul alıb.
Ötən il Faiq Məmmədovun anası Məhsəti Məmmədova saytımıza müraciət edərək adıçəkilən müstəntiqin onlardan rüşvət aldığını bildirmişdi. Belə ki, Faiq Məmmədov tutulandan sonra istintaq Nicat Acalova tapşırılıb. Müstəntiq istintaq dövründə F.Məmmədovun ailə üzvləri ilə görüşərək vəd verib ki, bir neçə gün sonra onu həbsdən buraxdıracaq. Ailənin iddiasına görə, Acalov pulun bir hissəsini hətta DSX binasının həyətində alıb.
Sözügedən şikayət "Qafqazinfo"da yayımlanandan sonra məsələ araşdırılıb, müstəntiqə cinayət işi açılıb. Müstəntiq barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (külli miqdarda rüşvət alma) ilə cinayət işi başlanıb. Barəsində həbs qətimkan tədbiri seçilib. İş materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həmin şikayət dərc olunan zaman Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti F.Məmmədovun ailəsinin müraciəti üzrə xüsusatların təsdiqini tapmadığını, iddiaların həqiqəti əks etdirmədiyini bildirmişdi.
Son.az
Məlumat verdiyimiz kimi bütün növ Birbank (həmçinin BirKart) kart sahiblə
Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan məlumat yoxdur.
2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando
Müğənni Nazənin Salayeva Azərbaycanı tərk edib.
Fevralın 15-də Cəbrayılda DSX-nin yaşayış binaları istifadəyə verilib.
Türkiyədə dəhşətli zəlzələnin baş verdiyi bölgəyə Azərbaycanın bi
İon-Adriatik Boru Kəməri (IAP) layihəsi hələ ki hazırlıq mərhələsind�
Erməni əsilli milyarder Ruben Vardanyan Moskvanın Qarabağla bağlı təlimat
ABŞ dövlət katibi Entoni Blinken Almaniyada G7 ölkələrinin nazirlər gör�
İranın "Shahed" kamikadze dronları Dnepropetrovsk vilayəti istiqam
Dünya Bankının (DB) prezidenti David Malpas vəzifəsindən istefa verib.
Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli