Bu boru kəmərinin ötürücülük qabiliyyəti ildə
Digərləri 16 Fev 2023 09:24:00 348 0
İon-Adriatik Boru Kəməri (IAP) layihəsi hələ ki hazırlıq mərhələsindədir.
Bu xəbəri də oxu: Onlar COP29dan uzaqlaşdırıldı
Bu barədə Trend-ə Xorvatiyanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildiriblər.
"Avropa Enerji İttifaqında Tədarüklərin təhlükəsizliyi məsələsi həmişə mühüm mövzu olub, lakin son 12 ay ərzində Ukraynadakı müharibə səbəbindən daha da aktuallaşıb. Biz IAP layihəmizi Cənubi və Cənub-Şərqi Avropanın növbəti onillikdə də qaz tədarükünə kömək edə biləcək potensial həllərdən biri olaraq nəzərdən keçiririk. Layihə hələ hazırlıq mərhələsindədir", - nazirlikdən deyilib.
Bununla belə, idarənin bildirdiyinə görə, IAP 4 ölkənin iştirak etdiyi mürəkkəb layihədir və layihənin reallaşdırılması üzrə hər hansı proqnoz vermək asan deyil.
"IAP layihəsi ildə 5 milyard kubmetr qaz tədarükünü nəzərdə tuturdu. Lakin son 12 ay ərzində bütün Avropada tələbat artıb", - Xorvatiya nazirliyindən bildiriblər.
Qeyd edək ki, İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.
516 km uzunluğa malik boru kəmərinin Albaniya, Monteneqro, Bosniya və Herseqovina ərazisindən keçərək Xorvatiyada bitəcəyi gözlənilir. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaz olacaq.
TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Herseqovina), GeoplinPlinovodi (Sloveniya) ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb.
TAP və IAP işçi qrupu yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirir.
Erməni əsilli milyarder Ruben Vardanyan Moskvanın Qarabağla bağlı təlimat
ABŞ dövlət katibi Entoni Blinken Almaniyada G7 ölkələrinin nazirlər gör�
İranın "Shahed" kamikadze dronları Dnepropetrovsk vilayəti istiqam
Dünya Bankının (DB) prezidenti David Malpas vəzifəsindən istefa verib.
Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli
Rusiya iqtisadiyyatı Qərbin sanksiya təzyiqinə və Ukrayna ordusu ilə uzun
"Türkiyə, tək ürək" kampaniyası zamanı toplanan hər lirə zəl
Ukraynada müharibə başlayandan bəri Avropaya 8 milyondan çox ukraynalı qa�