"Hərarəti olan uşağa eyni anda dərman və şam vermək olmaz"
Digərləri 14 Fev 2023 23:35:00 389 0
"Əgər uşağın hərarəti varsa, 38 dərəcəni keçmədən düşürülməməlidir".
Bu xəbəri də oxu: COP29 yüksək səviyyədə təşkil edilib Meder Maşiyev
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev deyib.
O bildirib ki, parasetamol, bəzən də ibuprofen kimi dərmanlardan (ibuprofen də bəzi ciddi yan təsirlərə səbəb ola bilər və 1 yaşdan balaca uşaqlara verilməməlidir) uşağın kilosuna uyğun dozada, ən tezi 4-5 saat aralıqlarla verilməlidir:
"Uşaqlara bol maye verilməli, xəstəlik səbəbi ilə onsuz da maye qəbulu az olan hallarda lazım gələrsə, damardan yaşına uyğun maye köçürülməlidir. Susuzluq zamanı ağızdan verilən hərarət salıcı dərmanlar daha zəif təsir edir. Əgər bütün bunlara rəğmən hərarət düşmürsə, mütləq mexaniki üsullarla salınmalıdır. Bir neçə fərqli forma dərman preparatlarını eyni zamanda istifadə etmək olmaz (məsələn həm ağızdan, həm də şam kimi düz bağırsaqdan) bu mədə qanamasına və qaraciyər funksiyalarının ciddi pozulmasına səbəb ola bilər. Eləcə də, öskürək də qoruyucu bir funksiya olduğu üçün dərhal öskürək üçün dərman vermək uyğun deyildir. Sadəcə ağır, sıx təkrarlayan, boğulmaya səbəb olan öskürəklərdə həkim müayinə edərək dərman seçimi eləməlidir".
"Uşaqlar yaşdan asılı olaraq gündə ən az 1-2 litr su içməli, mövsüm meyvə-tərəvəzlərindən istifadə etməli, qışda meyvə quruları yeməli, qidalarında zülal, yağ, karbohidrat, lif tərkibli balanslaşdırılmış qidalara yer verməlidilər. Mütəmadi olaraq açıq havada hərəkət etməli, 4 yaşa qədər ekran qarşısında oturmamalıdırlar. Eyni zamanda, "fast-food" qidalardan mümkün qədər az istifadə etməsi tövsiyə olunur", o əlavə edib..
Amerika alimləri keçəlləşməni müalicəsində pasiyentin qanından hazırl
İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən ra
Quranda bu ayənin məalı belədir:
"Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı
Əllərin yuyulması çox effektli gigiyenik proseduradır.
Biz, bizimlə eyni cəmiyyətdə yaşayanlarla, qonşularımızla yaxşı münas
Somnoloq, funksional diaqnostika üzrə həkim Tatyana Surnenkova xəbərdarlıq
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təs
Çörək tək qida deyil. Çörək bolluğun, rifahın rəmzidir.
Bu gün Azərbaycan Televiziyasının (AzTV) yaranmasından 67 il ötür. Ana te
Məgər şeytan ağılsız bir varlıq idi ki, Allaha üsyan etsin? Adəm və İ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya
Bir cüt sərbəst dalğıc Maldiv adalarında Sevgililər Gününü tarixin ən
Günortadan sonra Rumıniyanın cənub-şərq hissəsindən təxminən 11 min me
Tanışlıq hər hansı bir yolla ola bilər. Bu o qədər də mühüm deyil. Ə