İçilən andı dinə müvafiq qaydada nə cür pozmaq olar?
Digərləri 14 Fev 2023 23:55:00 345 0
Sual: Mən bir məsələ haqqında and içmişəm. Ancaq bu anda sadiq qalmaq reallıq baxımından çox çətindir. Bu elə bir məsələdir ki, gündəlik həyatın axarına mənfi təsir göstərir. Mən öz andımı hansı yolla geri götürə bilərəm? Qurani-Kərimdə and kəffarəsi barədə hər hansı bir ayə varmı?
Bu xəbəri də oxu: Pulu ən çox sevən BÜRCLƏR
Cavab: Allah Təala andın kəfarrəsi ilə əlaqədar olaraq Quranda belə buyurur:
Allah bilmədən ağzınızdan çıxan andlarınıza görə sizi məsul hesab etməz. Amma bilə-bilə içdiyiniz andlara görə sizi məsul sayar (sorğu-sual edər). Bunun da kəffarəsi sizin öz ailənizə yedirtdiyiniz yeməyin orta hesabından on yoxsulu yedirtmək, yaxud onları geyindirmək ya da bir köləni azad etməkdir. Bunları etməyə gücü çatmayan kəs üç gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə andlarınızın kəffarəsi budur. (Bununla yanaşı), öz andlarınızı qoruyun (onlara sadiq qalın: andlarınıza rəayət edin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz! (Maidə, 5/89).
Ayədə ifadə edilən on kasıbı yedirtmək məsələsi onları səhər-axşam yedizdirmək deməkdir. Bununla bərabər bir yoxsulu səhər-axşam olmaqla on gün yedirtmək də olar.
Kasıbı yedirtmək və onun əyin-başını düzəldib geyindirmək kəffarə verən şəxsin cəmiyyətdəki mövqeyi, orta hesabla gündəlik yemək-içmək xərcləri və öz geyim tərzinə uyğun olmalıdır. Yedirtmək və geyindirməyin yerinə ehtiyacı olanlara bunların pulunu da vermək olar.
Bu məsələ ilə əlaqədar olaraq başqa bir Quran ayəsində belə deyilir:
Bir də öz andlarınızı bəhanə edib yaxşılıq etməyiniz, pis əməllərdən çəkinməyiniz və insanların arasında sülh yaratmağınız məsələsində Allahı (Allahın adını) arada sədd etməyin. Allah eşidəndir, biləndir (Bəqərə, 2/224).
Nəticə olaraq içdiyiniz and sizin yaxşı bir iş görməyinizə mane olmamalıdır. Əgər siz belə bir and içmisinizsə, onu dərhal pozun və kəffarəsini verin.
"Plana görə, Moldovada dövlət çevrilişinə cəhddə iştirak edən di
Episentri Türkiyənin Kahramanmaraş şəhəri olan və böyük dağıntılara
İnsanların çoxu sizin kimi ya da buna bənzər niyyət tutaraq: "Nəzir
Son günlər dünya gündəmini zəbt edən Türkiyədə baş vermiş zəlzələ
"İndiki qadınlar o qədər də güclü deyillər". Bu sözləri akty
Mütəxəssislərin fikirinə görə, qırmızı soğan ağ soğandan daha fayda
İsveçrə polisi bomba təhlükəsi ilə əlaqədar parlament və hökumət üz
Fevralın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşer
Sual: Sizin də bildiyiniz kimi qızıl və ipəyin kişilərə haram olduğunu
"Əgər uşağın hərarəti varsa, 38 dərəcəni keçmədən düşürülm
Amerika alimləri keçəlləşməni müalicəsində pasiyentin qanından hazırl
İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən ra
Quranda bu ayənin məalı belədir:
"Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı
Əllərin yuyulması çox effektli gigiyenik proseduradır.