Azərbaycan könüllüləri Türkiyədə fəaliyyətini davam etdirirlər
Digərləri 14 Fev 2023 12:06:00 325 0
Baş vermiş dəhşətli təbii fəlakətdən zərər çəkən qardaş türk xalqına kömək məqsədi ilə Kahramanmaraşa yollanan Azərbaycan könüllüləri ötən gün fəal şəkildə çalışıblar.
Bu xəbəri də oxu: Yeni ildə neçə gün
Azərbaycan Gənclər Fondundan Son.az-a verilən məlumata görə, Kahramanmaraş şəhərinin mərkəzində Azərbaycan könüllüləri çadır qərargah məntəqəsinin salınmasını başa çatdırıb və paylama (təminat) mərkəzini qurublar. Bundan əlavə, Azərbaycan könüllü gəncləri şəhərin müxtəlif ərazilərində yerləşən yemək paylama mərkəzlərində yeməklərin çeşidləmə, paketləmə və paylama prosesində fəal iştirak ediblər. Həmçinin könüllülərimizin bir qrupu yerli əhalinin mobil telefonların üçün enerji təminatına imkan yaradan enerji yükləmə mərkəzində xidməti həyata keçiriblər. Eləcə də, tibb təhsilli könüllülərimiz Türkiyə Gənclər Fondunun (TÜGVA) səyyar aptekində xidmət göstərib, habelə, TÜGVA-nın yaxınlıqdakı zərərçəkmiş kəndlərə göndərilən səyyar qruplarının tərkibində səfər edib, müvafiq yardımların paylanmasında fəal şəkildə iştirak ediblər.
Qeyd edək ki, könüllü nümayəndə heyətimiz Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) 10 min nəfər zərərçəkmiş şəxsin yerləşdirildiyi çadır düşərgəsində də olublar. Növbəti günlərdə gigiyenik malların paylanılması və uşaqların əylənməsi və psixoloji yardım almaları üçün 2 ədəd iri çadırımızın həmin düşərgədə quraşdırılması razılaşdırılıb.
Həmçinin könüllü nümayəndə heyətimiz Türkiyədə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) qərargahına baş çəkib, səlahiyyətli şəxslər ilə müvafiq görüş keçirib və əlaqələndirmə müzakirələri aparıblar.
Ötən gün ərzində Azərbaycan Gənclər Fondunun rəhbərliyi ilə bir daha görüşən TÜGVA rəhbərliyi könüllülərimizin göstərdikləri fədakarlığa görə təşəkkürlərini bildirib. Görüş zamanı Azərbaycan Könüllüləri ilə Türkiyə Könüllüləri arasında fəaliyyətlərin effektiv əlaqələndirilməsi üzrə geniş müzakirələr aparılıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Xırdalan şəhərində tikintisi davam etdirilən "Absheron City" ya�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
İranda son etirazlar zamanı tutalan şəxslərin əksəriyyətinin gənc oldu�
Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları arasında terro
Son.az türkiyəli yazar Həsən Barının Türkiyədə dəhşətli zəlzələ i
Fevralın 14-də gün ərzində Hacıqabul rayonunun Qızılburun və Atbulaq, B
Türkiyədə baş verən zəlzələdən sonra yardıma gələn ilk Azərbaycan o
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və "Made
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2023/2024-ci tədris
Azərbaycan bərpa olunan enerji üzrə regional mərkəzə çevrilə bilər.
Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
Zəlzələ bölgələrində hər cür yardıma ehtiyacımız var. Hazırda isti