Arvadını yuxudan oyadıb bıçağı ürəyinə sancdı


Kriminal 14 Fev 2023 10:46:00 359 0

Arvadını yuxudan oyadıb bıçağı ürəyinə sancdı

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il sentyabrın 6-da 3 saylı şəhər Kliniki Xəstəxanasının tibb bacısı, 1991-ci il təvəllüdlü Günay Yusubova ürəkyindən bıçaqlanır.

Polis əməkdaşlarının araşdırmaları nəticəsində məlum olur ki, hadisə Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən 568 saylı evdə baş verib. Baxış zamanı hadisə yerindən cinayətin aləti olan mətbəx bıçağı götürülüb.

Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində fakta görə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanılan cinayət işi bir neçə gündən sonra istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilir.

Son.az lent.az-a istinadən hadisənin istintaq materiallarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, 1981-ci il təvəllüdlü Ağa Yusubov rəsmi nikahda olduğu arvadı Günay Yusubovanın xəyanət etməsini bəhanə gətirməklə, heç bir əsaslı səbəb olmadan qəsdən onu öldürmək qərarına gəlib. Sentyabrın 6-ı səhət saat 6 radələrində evin qonaq otağında, divanda övladları ilə birlikdə yatan yoldaşını yuxudan oyadaraq, sinəsinə bıçaqla ilk zərbəni endirib. Qadının qışqırıq səsinə, yanında yatan azyaşlı oğlu və qızı oyanaraq, ağlamağa başlayıblar. Ağa uşaqlarının gözləri önündə arvadının bədəninin müxtəlif nahiyyələrinə daha 5 zərbə endirib. Zərbələrin təsirindən bıçağın tiyəsi əyilib. Anası gəlib ona mane olduğu üçün yoldaşı otaqdan qaçıb. Günay Yusubova anası və hadisə yerinə gəlmiş digər şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırılıb və ölümdən xilas edilib.

İş üzrə dindirilmiş Ağa Yusubov bildirib ki, 2012-ci ildə Günay Yusubova ilə evlənib, nikahdan 2 övladları dünyaya gəlib. 2002-ci ildən narkotik vasitə olan marixuanadan istifadə edib:

"Bununla əlaqədar bir neçə dəfə müalicə olunmuşam. Son 5 ildir ki, ailə münaqişələrimiz yaranıb. Mübahisələrimizə Günayı qısqanmağım səbəb olurdu. Qadının mənə xəyanət etməsindən şübhələnsəm də, bununla bağlı heç bir sübutum olmayıb. 2021-ci il sentyabrın 5-də evdə söhbət edərkən Günay "növbəti gün qayınanasının ad günü olmasını və uşaqları ilə birlikdə ona sürpriz edəcəklərini" dedi. Arvadımın xəyanət etməsindən şübhələndiyim üçün "sürpriz" sözünü bu tərzdə deməyi məni narahat etdi. Düşünüb, həmin sözdən belə nəticəyə gəldim ki, övladlarımın atası mən yox, başqasıdır. Bütün gecəni yata bilmədim. Səhər saat 6 radələrində yatağımdan qalxıb mətbəxə keçdim və bıçağı götürərək, arvadımı yuxudan oyatdım. Sübh tezdən nə üçün onu oyatdığımı soruşanda, Günaydan ötən gün "sürpriz" sözünü nə üçün dediyini soruşdum. Sualıma cavab verməyən yoldaşım, divanda yatan övladlarının üstünü örtməyə başladı. Əsəbimdən bıçaqla Günayın sinəsinə zərbə vurdum. 2-ci zərbəni həmin istiqamətdə vuranda, kəsici alət əyildi. Otağa tələsik girən anam məni itələdi, arvadım ayağa qalxaraq, otaqdan qaçdı. Hirsim soyumadığından, mətbəxə keçib başqa bıçaq götürəndə, anam ardımca gələrək, aləti yerə qoymağımı tələb etdi. Həmin gün polis əməkdaşları evə gələrək, məni 15-ci bölməyə apardılar".

Zərərçəkmiş şəxs qismində dindirilmiş Yusubova Günay ifadəsində göstərib ki, narkotik vasitələrdən istifadə edən ərinin psixologiyası pozulub, aqressiv olub, əsassız olaraq onu qısqanıb:

"Sentyabrın 6-da ailəvi olaraq qayınanamın ad gününü qeyd etməyi planlaşdırdıq. Övladlarımla divanda yatarkən saat 6 radələrində Ağanın məni əli ilə silkələyib oyatmaq istədiyini hiss etdim. Yuxudan oyandım, nə istədiyini soruşanda ərim üstümə çıxıb əlindəki bıçaqla sinəmə zərbə endirdi. Qışqırıq səsimə uşaqlarım yuxudan oyandılar. Ardınca Ağa 2-ci zərbəni vurdu. Bıçağı sinəmdən dartıb çıxaranda, tiyəsi əyilsə də ərim dayanmadan bədənimin müxtəlif nahiyələrinə xəsarətlər yetirməkdə davam etdi. Qayınanam otağa daxil oldu, oğlunun qarşısına keçərək, mənə qaçmağımı bildirdi.

Darvazaya tərəf qaçarkən, ərim arxamca gəldi. Saçımdan tutub məni həyətdən küçəyə çıxmağa qoymadı. Qayınanam qışqıraraq, qonşuları köməyə çağırdı və Ağaya mane olmağa çalışdı. Səs-küyə gələn qonşularım Lətif Aslanov məni ayağa qaldırdı və küçədə dayanan bir avtomobilə otuzdurub sürücüdən xəstəxanaya sürməsini xahiş etdi. Sabunçu Tibb Mərkəzində həkimlər ilk yardım göstərəndən sonra, məni 3 saylı xəstəxanaya apardılar".

Günay Yusubova əlavə edib ki, yoldaşı çox güman ki, narkotik vasitənin təsiri altında olduğu üçün onu qətlə yetirmək istəyib. Əgər Ağanın əlindəki bıçaq əyilməsəydi və qayınanası ilə qonşuları köməklik göstərməsəydilər, ərinin məqsədi onu öldürmək idi.

Respublika Narkoloji Mərkəzindən daxil olan məktuba əsasən, Ağa Yusubov kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə 2020-ci ilin sentyabr ayında mərkəzdə, stasionar müalicədə olub.     Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağa Yusubov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bu ərazilərdə suyun verilməsində məhudiyyətlər olacaq like
  • 14 Fev 10:24  
Digərləri Bu ərazilərdə suyun verilməsində məhudiyyətlər olacaq

Fevralın 14-də gün ərzində Hacıqabul rayonunun Qızılburun və Atbulaq, B

arrow Ətraflı
Zəlzələdən sonra yardıma ilk gələn Azərbaycan oldu like
  • 14 Fev 10:21  
Siyasət Zəlzələdən sonra yardıma ilk gələn Azərbaycan oldu

Türkiyədə baş verən zəlzələdən sonra yardıma gələn ilk Azərbaycan o

arrow Ətraflı
Azərbaycanİtaliya iqtisadi əlaqələrinin inkişafı barədə müzakirə aparılıb  FOTO like
  • 14 Fev 10:20  
Siyasət Azərbaycanİtaliya iqtisadi əlaqələrinin inkişafı barədə müzakirə aparılıb FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və "Made

arrow Ətraflı
Heydər Əliyev adına Hərbi İnstituta kursant qəbulu qaydaları açıqlanıb  VİDEO like
  • 14 Fev 09:55  
Digərləri Heydər Əliyev adına Hərbi İnstituta kursant qəbulu qaydaları açıqlanıb VİDEO

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2023/2024-ci tədris

arrow Ətraflı
Azərbaycan bərpa olunan enerji üzrə regional mərkəzə çevrilə bilər like
  • 14 Fev 09:51  
Siyasət Azərbaycan bərpa olunan enerji üzrə regional mərkəzə çevrilə bilər

Azərbaycan bərpa olunan enerji üzrə regional mərkəzə çevrilə bilər.

arrow Ətraflı
Ucarda mikroavtobus TIRla toqquşub, ölən və yaralananlar var like
  • 14 Fev 09:45  
Digərləri Ucarda mikroavtobus TIRla toqquşub, ölən və yaralananlar var

Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Türkiyə üçün toplanan yardımlar zəlzələ bölgəsinə necə çatdırılır? like
  • 14 Fev 09:24  
Digərləri Türkiyə üçün toplanan yardımlar zəlzələ bölgəsinə necə çatdırılır?

Zəlzələ bölgələrində hər cür yardıma ehtiyacımız var. Hazırda isti

arrow Ətraflı
Erməni xilasedicilərdən rüsvaylıq: həlak olanların şəxsi əşyalarını oğurlayır, like
  • 14 Fev 09:18  
Digərləri Erməni xilasedicilərdən rüsvaylıq: həlak olanların şəxsi əşyalarını oğurlayır,

Ermənilər bir daha dünyaya öz xislətlərini, əsl simalarını nümayiş e

arrow Ətraflı
Dörd evini zərərçəkənlərə verəcək like
  • 14 Fev 09:09  
Digərləri Dörd evini zərərçəkənlərə verəcək

Türkiyəli müğənni Demet Akalın zəlzələdə zərərçəkənlərə yardım

arrow Ətraflı
Rus hərbçiləri kəndi atəşə tutdu: like
  • 14 Fev 09:00  
Siyasət Rus hərbçiləri kəndi atəşə tutdu:

Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin İnqulets kəndini atəşə

arrow Ətraflı
Bu ucuz yağın kosmetik faydalarını bilirsinizmi? like
  • 14 Fev 08:59  
Digərləri Bu ucuz yağın kosmetik faydalarını bilirsinizmi?

Gənəcərçək yağından indiyə kimi qarın işədici və tük diblərini mö

arrow Ətraflı
Qalxanvari vəz nədir və fəaliyyəti nədən ibarətdir? like
  • 14 Fev 08:55  
Digərləri Qalxanvari vəz nədir və fəaliyyəti nədən ibarətdir?

Qaxanvarı vəzi endokrin vəzlərdən biri sayılır. Qalxanvari vəzi trioksin

arrow Ətraflı
Limfa düyünləri nədir, onların quruluşu və böyüməsi like
  • 14 Fev 08:55  
Digərləri Limfa düyünləri nədir, onların quruluşu və böyüməsi

Limfa düyünləri kapsullu limfoid orqan olub orqanizmin hər tərəfində yerl

arrow Ətraflı
Bakıda iki avtomobil toqquşub, yaralanan var like
  • 14 Fev 08:54  
Digərləri Bakıda iki avtomobil toqquşub, yaralanan var

Bakının Suraxanı rayonunda 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı

arrow Ətraflı
İsrailin bu planlarından çox narahatıq like
  • 14 Fev 08:53  
Siyasət İsrailin bu planlarından çox narahatıq

ABŞ İsrailin İordan çayının qərb sahilində yaşayış məntəqələrini

arrow Ətraflı