İranda məhbuslara təcavüz edilir,
Digərləri 14 Fev 2023 11:52:00 317 0
İranda son etirazlar zamanı tutalan şəxslərin əksəriyyətinin gənc olduğu nəzərə alınmalıdır. Onlar azadlığa çıxarkən həbsxanada yaşadıqları təzyiqlərə tab gətirə bilmir. Buna görə də psixoloji cəhətdən mütləq yardım edilməlidir.
Bu xəbəri də oxu: Qayınana ilə problemi necə həll etmək olar?
Son.az xəbər verir ki, bu sözləri Axar.az-a Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədri Sina Yusifi deyib.
O, həbsxana mühitinin insanın psixoloji sağlamlığına ziyan vurduğunu, depressiyaya saldığını bildirib:
"Zindan mühiti elə bir yerdir ki, insanları psixoloji cəhətdən depressiyaya salır. Azadlığa çıxandan sonra yoldaşları belə insanları tərk edir. Bu məsələdə ailənin rolu çox önəmlidir. Ailələri məhbusların yanında olmalıdır. Bəzən həmin şəxs təzyiqlərdən ruhi sarsıntı keçirir. Bir də onların azad edilməsi üçün "tövbənamə" sənədi imzaladırlar. Belə şəxslərə azadlığa çıxanda pis baxırlar və mühakimə edirlər. Bu isə şəxsin özünə sui-qəsd etməsinə səbəb olur. Odur ki, ailələr, gərək, bu məsələdə diqqətli olsun, həbsxanadan çıxan yaxınlarını bir müddət tək buraxmasın. Mütəxəssis yanına aparıb, müalicə etdirsinlər. Əks halda yaxşı nəticə olmaya bilər".
Vəkil bildirib ki, İrandakı son etirazlarda qadınlara qarşı cinsi zorakılığın olması ilə bağlı yayılan məlumatlar da intihara yol açan əsas səbəblərdəndir:
"Bu məsələdə qadınlar həssasdır. Əllərinə imkan keçən kimi intihar edə bilərlər. Hesab edirlər ki, onların namusuna və şərəfinə toxunulub. Kermanda bir vəkil bir neçə gün əvvəl özünü öldürdü. Vəkil 20 gün həbsdə saxlanıldı və azad olduqdan sonra özünü öldürdü. Onun bu məsələyə görə intihar etdiyi ehtimal olunur", - o bildirib.
Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları arasında terro
Son.az türkiyəli yazar Həsən Barının Türkiyədə dəhşətli zəlzələ i
Fevralın 14-də gün ərzində Hacıqabul rayonunun Qızılburun və Atbulaq, B
Türkiyədə baş verən zəlzələdən sonra yardıma gələn ilk Azərbaycan o
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və "Made
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2023/2024-ci tədris
Azərbaycan bərpa olunan enerji üzrə regional mərkəzə çevrilə bilər.
Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
Zəlzələ bölgələrində hər cür yardıma ehtiyacımız var. Hazırda isti
Ermənilər bir daha dünyaya öz xislətlərini, əsl simalarını nümayiş e
Türkiyəli müğənni Demet Akalın zəlzələdə zərərçəkənlərə yardım
Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin İnqulets kəndini atəşə
Gənəcərçək yağından indiyə kimi qarın işədici və tük diblərini mö