Beynəlxalq hüquq mütəxəssisləri Ermənistanın mövqeyinə birmənalı qiymət verməlidirlər
Siyasət 13 Fev 2023 13:14:00 269 0
Dövlətimizin başçısı İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın ölkə Prezidenti ətrafında bir məqsəd naminə səfərbərliyi Azərbaycanın parlaq qələbəsini təmin etdi. Qazanılan Qələbə bütün cəmiyyətimiz kimi, onun ayrılmaz tərkib hissəsi olan məhkəmələri də ruhlandıraraq, azad olunmuş ərazilərdə Konstitusiyanın birbaşa qüvvəsinin təmin edilməsi, qanunçuluğun bərqərar olunması, insan hüquq və azadlıqlarının bərpa edilməsində daha da məsuliyyətlə çalışmağa sövq edir.
Bu xəbəri də oxu: Avropa İttifaqı: Ya dəyişəcək, ya dağılacaq
Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən "Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar" mövzusunda beynəlxalq konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.
Qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi vətəndaşlarımızın Konstitusiyada təsbit edilmiş bir sıra hüquqlarının bərpası üçün zəmin yaratsa da, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən minaların xəritələrinin verilməməsi həmin hüquqların praktiki müstəvidə həyata keçirilməsinə əngəl yaradır.
"Dünya ictimaiyyəti, beynəlxalq hüquq üzrə mütəxəssislər sülh və azadlıq naminə Ermənistan hökumətinin bu mövqeyinə birmənalı qiymət verməlidirlər. Biz bu gün işğaldan azad olunan ərazilərin yüksək sürətlə yenidən qurulması prosesinin şahidiyik. Realizə edilən bütün genişmiqyaslı layihələr bu rayonların dirçəlməsinə, burada əhalinin məskunlaşmasına xidmət edir, eyni zamanda həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əsas yaradır", - deyə Fərhad Abdullayev vurğulayıb.
Son.az
İstehlak qiymətləri indeksi ötən ilin yanvar ayına nisbətən 113,6 % art�
"İtkin düşən 4 tələbələrdən biri də bacım oğlu Şahin Vəliyevd
Hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpaolunan enerjiyə
Türkiyədə baş verən dəhşətli zəlzələ nəinki qardaş ölkədə Azərb
Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarı
Baş verən bədbəxt hadisənin, təbii fəlakətin qarşısını ala bilməsə
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə s�
Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb və
"Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ərəbyengicə kənd
Türkiyədə baş verən zəlzələ nəticəsində yaşadığımız bina gözüm
Yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi n�
İllər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçe