Peyğəmbərlik möhürü
Digərləri 12 Fev 2023 22:50:00 295 0
Həzrət Mühəmməd Peyğəmbərin (s) mübarək mövlud günləri münasibətilə həzrətin həyatı ilə bağlı maraqlı mövzulardan birini işıqlandırmaq qərarına gəldik. Söhbət Həzrət Mühəmmədin (s) mübarək vücudunda mövcud olmuş peyğəmbərlik möhüründən gedir. Dini mənbələrdə bu möhür həzrətin peyğəmbərliyini sübut edən mühüm dəlillərdən və fiziki əlamətlərdən biri sayılır. Kitablarda peyğəmbərlik möhürü ilə bağlı məlumatlar kifayət qədərdir. Bu məlumatlara əhli-sünnə alimlərinin əsərlərində daha çox rast gəlirik. Həzrətin həyatından bəhs edən, eləcə də, onun peyğəmbərliyinin dəlillərinə həsr edilmiş kitablarda bəzən bu barədə çox geniş bilgilərlə rastlaşırıq. Bəzən məlumatlar bir-birini tamamlayır, bəzən də biri digəri ilə ziddiyyət təşkil edir.
Bu xəbəri də oxu: Azərbaycanda polis nəfəri vəfat etdi
XV əsrdə yaşamış məşhur müsəlman alimi, dini elmlərin ən müxtəlif sahələrində öz qələmini sınamış, məhsuldarlığı ilə seçilmiş şafii məzhəbli Cəlaləddin Süyutinin (1445-1505) yazdığı kitablardan biri də "əl-Xəsais əl-kübra" adlanır. Bu kitab Sevgili Peyğəmbərimizin həyatı, davranışı, əxlaqı barədə kifayət qədər dolğun və əhatəli bilikləri özündə ehtiva edir. Süyuti hər mövzu ilə bağlı ona məlum olan hədis və rəvayətləri bir yerə toplamış, ehtiyac duyulan yerlərdə ümumiləşdirmə aparmış və qısa şərhlər vermişdir.
Kitabın üçüncü bölümü həzrətin vücudundakı möcüzəvi xüsusiyyətlərə həsr edilib və "Xatəm əl-nübüvvə", yəni "Peyğəmbərlik möhürü" babı ilə başlayır. Süyuti yazır:
"İki şeyx (yəni Buxari və Müslim) Saib ibn Yeziddən rəvayət etmişlər ki, belə deyib: Mən Peyğəmbərin arxasında durdum və iki çiyninin arasında kəklik yumurtası ölçüsündə peyğəmbərlik möhürünə baxdım" (Süyuti. Əl-Xəsais əl-kübra, səh. 145).
Böyük hədis alimləri Müslim və Beyhəqi səhabə Cabir ibn Səmürənin belə rəvayət etdiyini yazırlar: "O həzrətin çiyinlərinin arasında göyərçin yumurtası boyda peyğəmbərlik möhürünü gördüm; onun rəngi həzrətin bədəninin rənginə bənzəyirdi".
Tirmizi bu hədisi bir qədər fərqli şəkildə rəvayət edir: "Göyərçin yumurtası ölçüsündə qırmızımtıl bir vəzi idi" (yux. mənbə).
Müslimin Abdullah ibn Sərcisdən etdiyi rəvayətdə peyğəmbərlik möhürünün bir qədər fərqli təsvirini görürük: "Peyğəmbərlik möhürünə baxdım, onu həzrətin çiyinlərinin arasında, sol çiyin çıxıntısına yaxın bir yerdə, qara xalların məcmusundan ibarət bir ləkə şəklində gördüm".
İmam Əhməd ibn Hənbəl və Beyhəqi rəvayət edirlər ki, səhabə Qürrə ibn İyas dedi: "Peyğəmbərə söylədim ki, ey Allahın Rəsulu, mənə möhürü göstər. Buyurdu: "Əlini içəri (köynəyimin altına) sal. Mən onun çiyin çıxıntısı yanında yumurtaya bənzər olduğunu hiss etdim". Qürrənin rəvayəti məşhur rical kitabı olan "əl-İstiab" əsərində daha geniş şəkildə təsvir edilib.
Tarixdən məlumdur ki, böyük səhabə Salmani-farsi Həzrət Mühəmmədlə (s) görüşməzdən əvvəl məsihi alimləri ilə bu barədə müzakirələr aparmışdı. Onlardan biri Salmana məsləhət görmüşdü ki, sonuncu peyğəmbəri, bədənində olan aşkar əlamətlə - peyğəmbərlik möhürü ilə tanıya bilər. Beyhəqinin rəvayətinə görə, Salman Həzrət Mühəmmədlə (s) görüşəndə o, köynəyinin çiynini aşağı salaraq buyurmuşdu: "Yaxın gəl, nəyə baxmağı tapşırıblarsa bax". Salman deyir ki, yaxınlaşıb həzrətin iki çiyninin arasında göyərçin yumurtası ölçüsündə möhürü gördüm" (Süyuti. Əl-Xəsais əl-kübra, səh. 146).
Tirmizi Əbu Musaya istinadən xəbər verir ki, peyğəmbərlik möhürü çiyin sümüyünün oynağından bir az aşağıda yerləşirdi və almaya bənzəyirdi (ölçü baxımından).
İbn Hənbəl, Tirmizi, Hakim Nişaburi, Təbərani kimi böyük hədis alimləri isə öz kitablarında Əbu Zeyd adlı səhabəyə istinadən qeyd edirlər ki, o demişdir: "Peyğəmbər mənə buyurdu: "Yaxın gəl və əlini kürəyimə qoy". Mən yaxın gəlib onun kürəyinə toxundum, barmaqlarımı peyğəmbərlik möhürünün üzərinə qoydum". Bu hədisi eşidənlər Əbu Zeyddən soruşdular ki, peyğəmbərlik möhürü necə idi? Cavab verdi: "Çiyninin üzərində topa halında bitmiş tüklər kimi hiss etdim".
Peyğəmbərlik möhürünün ölçüləri və quruluşu barədə digər məlumatlar da mövcuddur. Məsələn, bəzi hədislərdə bu möhürün qan alma şüşəsinin tutduğu yer qədər ölçüyə malik olduğu deyilir, bir hədisdə isə onun ölçüsü fındıq boyda göstərilir.
Peyğəmbərin xanımı Aişə rəvayət edirdi ki, peyğəmbərlik möhürü sarıya çalan qara rəngdə idi, ətrafında at yalı kimi sıx tüklər vardı.
Əbbad ibn Əmr isə deyirdi ki, peyğəmbərlik möhürü sol çiyin tərəfdə yerləşirdi, oğlağın (bala keçinin) diz qapağı şəklində idi və həzrət özü bu möhrü başqalarına göstərməyi xoşlamazdı.
İbn Əsakir və Hakim Nişaburi məşhur səhabə Abdullah ibn Ömərə istinadən rəvayət edirlər ki, peyğəmbərlik möhrü fındıq ölçüsündə ət parçasından ibarət idi və üzərində sanki "Mühəmmədun Rəsulullah" sözləri yazılmışdı. Bu yazı da elə bədən ətindən ibarət idi. (Yəni dərinin özü bu cür yazı halına gəlmişdi).
Möhürün daha bir xüsusiyyəti onun ətirli olması idi. Məlumdur ki, ümumilikdə Peyğəmbərin bədənindən gözəl ətir gəlirmiş. Məşhur səhabə Cabir ibn Abdullah rəvayət edir ki, bir dəfə miniyin belində Allahın Rəsulundan arxada oturmuşdum. Bu zaman kürəyindəki peyğəmbərlik möhrünü qoxuladım, burnuma müşk ətri gəldi (yux mənbə, səh. 147).
İkinci hissə
Peyğəmbərlik möhürü ilə bağlı hədislərin bir qismi çətin izah edilir. Bu cür hədislərdə möhürün üzərində olan yazı ziddiyyətli və dolaşıq şəkildə təsvir edilir. Əvvəlki hədislərin birində adını çəkdiyimiz Salmani-farsi peyğəmbərlik möhürünün daha bir qəribə xüsusiyyətini bəyan etmişdir. Belə ki, onun qeyri-müsəlman ustadı son peyğəmbəri tanıtdırarkən demişdi ki, onun iki çiyninin arasında göyərçin yumurtası boyda bir möhür vardır. Möhürün batinində (daxilində) "Allah təkdir, şəriki yoxdur və Mühəmməd Allahın rəsuludur" ifadəsi, zahirində (çöl tərəfində) isə "hara istərsən üz tut, sən qalibsən (yardım edilənsən)" cümləsi yazılmışdır (Süyuti. Əl-Xəsais əl-kübra, səh. 147).
Süyuti peyğəmbərlik möhürü barədə fərqli rəvayətlərin hamısını ardıcıl olaraq sadaladıqdan sonra mövzuya yekun vuraraq yazır ki, hədislərdə bu möhürün gah kəklik, gah da göyərçin yumurtasına bənzədilməsi, alma yoxsa fındıq boyda olması, keçinin diz qapağının yaxud qan alma şüşəsinin ölçüsünə malik olması, üzərində nə qədər tükün mövcudluğu, qara yoxsa sarı rəngə çalması, az ya çox qabarıq forma daşıması, üzərində hansı sözlərin yazılması qəribə deyil. Çünki bu məlumatların hamısı bir-birinə yaxındır və peyğəmbərlik möhürü barədə hər ravinin öz təsəvvürünü ifadə edir. Qeyd edək ki, peyğəmbərlik möhürünün hədislərdəki fərqli təsvirlərinin sayı 20-yə yaxındır (Qastalaninin "əl-Məvahib əl-lədüniyyə" əsərinə Əllamə Zərqaninin şərhi, 1-ci cild, səh. 298).
Alimlərin bir qismi bu rəvayətləri ümumiləşdirərək, Həzrət Mühəmmədin (s) bədənindəki peyğəmbərlik möhürünün ümumi təsvirini verməyə çalışmışlar. Səhihi-Müslimi ixtisar etmiş Qürtübi (bu, məşhur təfsirin müəllifi deyil, başqa alimdir) "əl-Müfhim" kitabında yazır ki, səhih hədislərdən çıxan nəticə budur: Peyğəmbərlik möhürü o həzrətin kürəyində, sol çiyni tərəfdə qırmızımtıl rəngdə qabarıq formada idi. Möhür öz ölçüsünü dəyişirdi, kiçiləndə göyərçin yumurtası ölçüsünə düşür, böyüyəndə yumruq boyda olurdu. (Peyğəmbər vəfat edən zaman isə bu qabarıqlıq tam çəkilmişdi).
Kahramanmaraşdakı zəlzələdə dağıntılar altında qalaraq ölən qızın�
Hakimiyyətdə olduğu bütün bu illər ərzində Putin yalnız Rusiya təyyar�
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə əlaqəsi olan 2
"Həzm sistemlərində problem olan insanlar armud yeməkdən çəkinməkm�
2018 Masterchef yarışmasında çempion olan Uğur Kardaş kömək üçün getd
Ər-arvadın ailədə möhtac olduqları iki mühüm xüsusiyyət qarşılıqlı
Amerikada orqanizmdə iltihabi prosesləri azaldan, müalicəvi təsir edən fay
Bəzi nadan insanlar İslam dini haqqında xürafat və yanlış bilgilər yarad
Zeytun yarpağı virus profilaktikasında istifadə edilsə, yaxşı olar. İsti
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Hatay Hava Limanının zəl
Bu gün gənclərin çolxuyaddaş pozulmasından 65-70 yaşından başlayaraq ş
Azərbaycan torpaqlarında təsəvvüf ənənəsi İslamın ilk əsrlərindən e
"Sənin ixtiyarında olan hakimiyyət öz payın deyil, öhdəndə olan bir
"İran yeni növ qabaqcıl uzun mənzilli döyüş pilotsuz uçuş aparatla