Onun hicrəti yeni bir təvəllüd idi


Digərləri 11 Fev 2023 20:10:00 311 0

Onun hicrəti yeni bir təvəllüd idi

İbn Əsəm "Əl-Fütuh"da qeyd edir ki, Yezid ibn Müaviyənin məktubu Mədinənin hakimi Vəlid ibn Ütbəyə çatdıqda dedi:

Bu xəbəri də oxu: Türkiyədə ardıcıl

انا لله و انا الیه راجعون "Vay olsun Vəlidə, kim onu hakimiyyətə gətirdi, mənim Hüseyn ibn Əli ilə nə işim var?" Dərhal adam göndərib Mərvan ibn Həkəmi məşvərətə dəvət etdi. Soruşdu: Bu dörd nəfər barəsində nə məsləhət görürsən? Mərvan dedi: "Məsləhət budur ki, bu saat dördünü də çağırıb Yezidə beyət etmələrini tələb edəsən. Əgər qəbul etməsələr, boyunlarını vurmaqla işi tamamlamalısan. Əks təqdirdə camaat Müaviyənin ölümünü və bunların Yezidə beyət etmədiklərini bilsələr, onların ətrafına toplaşar və bundan sonra onlara gücün çatmaz". Vəlid başını aşağı salıb bir saat heyrət içində qaldı və sonra ağlamsınıb dedi: "Kaş, heç doğulmayaydım. Naçar qalıb bir nəfəri Hüseyn ibn Əli(ə), Əbdürrəhman ibn Bəkr və Abdulla ibn Zübeyrin ardınca göndərdi ki, onları çağırsın. Vəlidin elçisi onların hər üçünü Peyğəmbər məscidində tapıb onun sözünü çatdırdı. Abdulla ibn Zübeyr soruşdu: Ya Əba Abdulla, bu çağırışda məqsəd nə ola bilər? Buyurdu: Zənn edirəm ki, Müaviyə ölmüşdür. Vəlid də istəyir ki, bir kəs bilməmiş bizdən Yezid üçün beyət alsın. Əgər belə olsa, mən Yezidə beyət etməyəcəyəm. Abdulla və Əbdürrəhman Vəlidin yanına getməyib Məkkəyə qaçdılar. Amma Rəsulullahın (s) balası evə gəldi. Yuyunub paltarını dəyişdi. Rəsulullahın (s) əsası əlində 30 nəfər Bəni Haşimlə birlikdə Vəlidin sarayına getdi. Onunla birlikdə gələnlərə buyurdu: "Sarayın qapısında gözləyin. Əgər mənim səsim ucalsa, daxil olun və əgər məni öldürmək istəsələr, dəf edin". Seyid Möhsin Əmin Amili "Əyanul-şiə" kitabında Şeyx Müfiddən nəql edərək yazır: "Kələbi, Mədaini və başqa tarixçilər demişlər: O həzrət içəri daxil olduqda gördü ki, Vəlid Mərvanla oturmuşdur. Öncə Mərvan Müaviyənin ölümündən xəbər verdi. İмам (ə): انا لله وانا الیه راجعون dedi. Sonra Yezidin məktubunu həzrət üçün oxuyub beyət məsələsini araya gətirdi. İmam(ə) belə qərara aldı ki, beyət etməməsi barədə bir söz deməsin və bunlarla toqquşmadan məclisdən çıxsın. Odur ki, üzünü Vəlidə tutub buyurdu: "Mən yəqin bilirəm ki, siz mənim gizlin beyətimlə kifayətlənməyəcək və Yezidə aşkar beyət etməyimi istəyəcəksiniz". Vəlid dedi: Belədir. Həzrət buyurdu: "Hər zaman məsələni xalqa çatdırıb hamını beyət üçün dəvət etsəniz bizim də xəbərimiz olacaqdır. Onda hamımız birlikdə qərar qəbul edərik". Məclisdə olan Mərvan Vəlidə dedi: "Əgər indi Hüseyn beyət etmədən buradan getsə, daha ona əlin çatmayacaqdır. Yalnız səninlə onun arasında çoxlu adamlar öldürüldükdən sonra onu əldə edə biləcəksən. Elə indicə onu zindana sal, əgər beyət etsə daha yaxşı, əks təqdirdə isə boynunu vur". Hüseyn bu sözü eşitcək yerindən qalxıb dedi: - Vay olsun sənə, ey Zərqanın oğlu, məni öldürmək göstərişi verirsənmi? Yalan deyib öz alçaqlığını göstərdin. Sonra üzünü Vəlidə tutub dedi: Vəlid! Biz peyğəmbər ailəsi və risalətin mərkəziyik. Bizim ailəmiz Allah mələklərinin get-gəl etdiyi yerdir, ilahi hidayətin başlanğıcı və sonu bizimlədir. Yezid pozğun, əxlaqsız, əyyaş və açıq-aşkar günah edən bir qatildir. Mənim kimi bir şəxs əsla onun kimi bir adama beyət etməyəcəkdir. Seyid Mühsin Əmin Amilinin yazdıqlarına əsasən, həzrət təhlükədən xilas olub Vəlidin mənzilindən xaric olduqdan sonra evinə qayıtdı. Hicrətin 60-cı ilinin rəcəb ayının 27-si şənbə gecəsinə təsadüf edən o gecəni səhər etdi. Səhər isə bu iş barədə olan söhbətlərlə bağlı məlumat almaq məqsədilə xalq arasına çıxdı. Yolda Mərvanla rastlaşdı. Mərvan dedi: Ey Əbu Abdulla, mən sənə bir öyüd-nəsihət verirəm ki, əgər qəbul etsən qarşında düz yol açılacaqdır. İmam (ə) buyurdu: "De eşidim". Mərvan dedi: "Mən sənə tövsiyə edirəm ki, Yezid ibn Müaviyəyə beyət edəsən və bu yolla həm dinini, həm də dünyanı qoruyasan". Həzrət buyurdu: انا الله و انا اليه راجعون، و على الاسلام السلام اذ قد بليت الامة براع مثل يزيد "Əgər Yezid kimi bir adam islam ümməti hökumətinin rəhbərliyini ələ alarsa, onda İslam məhv olar və ona yas saxlanılar". İmamin (ə) Mərvanla söhbəti uzun çəkdi, sonda Həzrət (ə) qəzəbli halda ondan ayrıldı. Şənbə gününün axırlarında Vəlid bir neçə nəfəri İmamın(ə) ardınca göndərərək, onu Yezidə beyət etmək üçün dəvət etdi. Həzrət (ə) buyurdu: "Bu gecə keçsin, görək sabah nə olur". Onlar da gecəni İmamdan (ə) əl çəkdilər ki, ertəsi gün işi biryolluq etsinlər. Gecənin qaranlığında Rəsulullahın (s) nəvəsi Mədinədən çıxmaq üçün hazırlaşdı. Öncə məzlum anasının qəbri üstünə gedib xudahafizləşdi və oradan qardaşının qəbri üstünə gələrək onunla da vidalaşdı. Sonra qardaşı cənab Məhəmməd Hənəfiyyə ilə görüşdü. Yazmışlar ki, o, xəstə idi və onların arasında olan müfəssəl bir müzakirə tarixdə qeyd olunmuşdur. Sonda İmam (ə) buyurdu: أنت يا أخى فلا عليك أن تقيم بالمدينة فتكون لى عيناً لاتخفى عنى شيئاً من امورهم "Еy mənim qardaşım, sənin Mədinədə qalmağın üçün heç maneə yoxdur və xalqın işləri ilə əlaqədar xəbərləri mənə çatdırasan". Sonra kağız-qələm istədi və мəşhur оlаn vəsiyyət məktubunu yаzdı: بسم الله الرحمان الرحيم هذا ما او صى به الحسين بن على بن أبيطالب الى اخيه محمد المعروف بابن الحنفيه ... "Bağışlayan və mehriban Allahın adı ilə! Bu, Hüseyn ibn Əli ibn Əbi Talibin (ə) qardaşı Məhəmməd Hənəfiyyəyə vəsiyyətidir. Həqiqətən, Hüseyn (ə) Allahın yeganəliyinə, ondan başqa pərəstişə layiq olan bir mövcud olmadığına və Allahın şərikinin olmamasına şəhadət verir. Yenə də şəhadət verir ki, Məhəmməd (s) onun bəndəsi və haqqı haqqın yanından gətirən elçisidir. Cənnət və cəhənnəm haqdır. Haqq-hesab günü çatar və onda heç bir şəkk-şübhə yoxdur və Allah ölüləri dirildər". Sonra yazdı: "Bu hərəkəti etməkdə məqsədim sizləri dikbaşlığa, tüğyana, nəfsi istəklərə və fitnə-fəsada təhrik etmək deyildir. Əslində mənim məqsədim babam Peyğəmbərin (s) ümmətini çətin vəziyyətdən xilas etməkdir. Nəzərdə tutmuşam ki, sizləri pis işlərdən çəkindirim və xeyirxah işlərə dəvət edim. Məni və məqsədlərimi haqq, doğru hesab edən hər bir kəs bilməlidir ki, Allah haqq və doğruluğa layiqdir. Mənim bu rəyimi rədd etsəniz, mən bu problemlərlə təklikdə qalacağam". Sonra gecə vaxtı qardaşları, qardaşı uşaqları və öz Əhli-beyti (ə) ilə birlikdə aşağıdakı ayəni oxuduğu halda Mədinədən çıxdı. فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبُ قَالَ رَبِّ نَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ ("QƏSƏS", ayə 21) Həzrət(ə) əsas yollа Məkkəyə tərəf yola düşdü. Yoldaşları təklif etdilər ki, sən də İbn Zübeyr kimi başqa yolla get. O, buyurdu: "Mən əsla belə etməyəcəyəm və ilahi qəzavü-qədərin intizarındayam ki, Allah nə istəsə, qoy olsun". Şəban ayının 3-ü, cümə günü Həzrət(ə) Məkkəyə daxil oldu. O gün onun təvəllüd günü idi və həmin gün siyasət və din meydanında yeni bir təvəllüd günü yarandı. Məkkədə qaldığı müddətdə (şəban, ramazan, rəbiələvvəl, ziğəddə ayları) dörd ay beş gün müddətində şəhərin bütün adamları, habelə digər islam şəhərlərindən gəlmiş sayılıb-seçilən adamları onunla görüşdülər. Eləcə də öncədən Məkkəyə gəlmiş Abdulla ibn Zübeyr bu camaatla bərabər iki gündə bir dəfə və bəzən də bir az çox İmamın (ə) yanına gəlir və ona bəzi rəylərini bildirirdi. Amma bilmək lazımdır ki, İmamın (ə) Məkkədə olmağı hamıdan çox İbn Zübeyr üçün ağır idi. Çünki o, bilirdi ki, Hüseyn ibn Əli (ə) Məkkədə nə qədər qalsa, xalq ona beyət etməyəcəkdir. Məhəmməd Mehdi Şəmsəddin İbn Kəsirin "Əl-bidayə vənnihayə" kitabından nəql edərək yazır: "Hüseyn (ə) və Abdulla ibn Zübeyr Mədinədən Məkkəyə getdikləri zaman camaat Hüseynə (ə) şiddətli məhəbbət göstərdilər. Belə ki, ardıcıl olaraq onun mənzilinə get-gəl olur, onun məclisində dövrə vurub oturur, həvəslə onun sözlərini dinləyir və ondan eşitdikləri rəvayətləri yazırdılar". Yenə də Əbul Fərəc İsfahaninin "Məqatil Talibin" kitabından nəql edərək yazır: "Hüseynin (ə) Hicazda qalması Abdulla ibn Zübeyr üçün çox ağır idi. İbn Zübeyr çox istəyirdi ki, Hüseyn (ə) İraqa tərəf getsin ki, o, Hicazı öz təsiri altına alsın. O, bilirdi ki, Hüseyn (ə) Hicazdan çıxmamış öz məqsədinə çata bilməz".

Azərbaycan Qızıl Aypara Cəmiyyəti: like
  • 11 Fev 20:09  
Digərləri Azərbaycan Qızıl Aypara Cəmiyyəti:

"Səninləyəm Türkiyəm" adlı yardım kampaniyasının 3-cü mərh�

arrow Ətraflı
Gürcüstanda zəlzələ like
  • 11 Fev 20:07  
Dünya Gürcüstanda zəlzələ

Gürcüstanın qərbində - Kobuleti regionunda 4,5 maqnitudalı zəlzələ olub

arrow Ətraflı
Türkiyə səfiri: “Azərbaycanlı bacıqardaşlarımız var olsun!” like
  • 11 Fev 20:06  
Siyasət Türkiyə səfiri: “Azərbaycanlı bacıqardaşlarımız var olsun!”

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yardım göndərən vətən

arrow Ətraflı
Siyəzəndə baş verən qəzada ölənlərin sayı like
  • 11 Fev 20:02  
Digərləri Siyəzəndə baş verən qəzada ölənlərin sayı

Bu gün Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat h

arrow Ətraflı
Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbə bacılar like
  • 11 Fev 20:00  
Digərləri Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbə bacılar

Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarı

arrow Ətraflı
“Dağıntılar olan ərazilərdə çadırlara ehtiyac var” like
  • 11 Fev 19:59  
Dünya “Dağıntılar olan ərazilərdə çadırlara ehtiyac var”

"Azərbaycanın Zəfərində azərbaycanlılar qədər türk milləti də q

arrow Ətraflı
İkinci səhra hospitalı da Türkiyəyə like
  • 11 Fev 19:57  
Digərləri İkinci səhra hospitalı da Türkiyəyə

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiy�

arrow Ətraflı
Zelenski Türkiyə səfirliyində like
  • 11 Fev 19:56  
Siyasət Zelenski Türkiyə səfirliyində

Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna Prezident Ofisinin rəhbəri A

arrow Ətraflı
İdrisın Quranda adı və onun asimana çəkilməsi like
  • 11 Fev 19:55  
Digərləri İdrisın Quranda adı və onun asimana çəkilməsi

Qurani-Kərimdə iki yеrdə Idrisin adı gəlmişdir. Biri "Məryəm"

arrow Ətraflı
Allahın Pak Zatı nəhayətsiz, hüdudsuzdur like
  • 11 Fev 19:50  
Digərləri Allahın Pak Zatı nəhayətsiz, hüdudsuzdur

Biz inanırıq ki, Allah-təala sonsuz və nəhayətsiz bir varlıqdır. İstər

arrow Ətraflı
Bayramov dağıntılar olan ərazilərə like
  • 11 Fev 19:48  
Siyasət Bayramov dağıntılar olan ərazilərə

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın

arrow Ətraflı
Bu ölkə Türkiyəyə görə matəm like
  • 11 Fev 19:47  
Siyasət Bu ölkə Türkiyəyə görə matəm

Albaniya hökuməti Türkiyədə baş verən şiddətli zəlzələyə görə öl

arrow Ətraflı
İsrail əməliyyata başlayır: like
  • 11 Fev 19:46  
Dünya İsrail əməliyyata başlayır:

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Şərqi Qüdsdə Müdaf

arrow Ətraflı
ABŞdan Bakıİrəvan açıqlaması, MQ yalanı: like
  • 11 Fev 19:44  
Siyasət ABŞdan Bakıİrəvan açıqlaması, MQ yalanı:

Fəaliyyətdə olduğu müddətdə heç bir əməli iş görməyən Minsk Qrupun

arrow Ətraflı