Allahın Pak Zatı nəhayətsiz, hüdudsuzdur
Digərləri 11 Fev 2023 19:50:00 238 0
Biz inanırıq ki, Allah-təala sonsuz və nəhayətsiz bir varlıqdır. İstər elm, istər qüdrət, istərsə də, əbədi həyat, əzəliyyət cəhətindən sonsuz və nəhayətsizdir. Elə bu səbəbdən də, zaman və məkan məhdudəsinə sığmazdır. Çünki zaman və məkan Onunla müqayisə olunmaz dərəcədə məhdud, naqis və təsəvvür olunma qabiliyyətinə malik deyildir. Allah-təala zaman və məkanı yaradan, ona hökm edəndir. Bununla belə O, eyni halda (zamana və məkana ehtiyacı olmadan) hər bir yerdə və zamanda mövcuddur. Çünki zaman və məkanı əhatə edərək, bunlardan daha uca və yüksəkdir. Qurani-kərim buyurur:
Bu xəbəri də oxu: İnsanları 100 il yaşadan "mavi zona"
"O, həm yerdə Allahdır, həm də göydə Allahdır (məbuddur). Hikmətli və bilicidir." (Zuxruf, 84) Yaxud; "Hər bir yerdə olsanız, O, daim sizinlədir. Allah əncam verdiyiniz hər bir işi görür." (Hədid, 4) Bəli, uca Tanrı bizə bizim özümüzdən də, yaxındır. O, daim bizimlədir. Bizim fitrətimizdədir. O, məkana, zamana ehtiyacı olmadığı halda, hər bir yerdədir. (Ağıllar bu həqiqəti olduğu kimi dərk etməkdən acizdir.) Necə ki, Qurani-kərim buyurur: "Biz (Allah), insana onun şah damarından da, yaxınıq." (Qaf, 16) Və ya; Əvvəl və axır Odur, zahir (aşkar) və batin (gizli) Odur! O hər şeyi bilir." Beləliklə, əgər biz Qurani-kərimdə: "Odur şərəfli ərşin sabihi." Və ya; "Mehriban Allah ərşin üzərində qərar tutubdur" (Buruc, 15, Taha, 5) kimi ayələrə rast gəliriksə də, bu o demək deyildir ki, Allahın ərş adında xüsusi bir məkanı (taxtı) vardır və orada qalır. Əksinə "ərş"-dən məqsəd Allahın sonsuz və naməhdud hakimiyyətidir. Yəni Allahın nəhayətsiz qüdrət və hakimiyyəti bütün maddi cahanı və mənəvi aləmləri əhatə etmişdir. Əgər biz, Allah-təalanın xüsusi bir məkanda yerləşdiyini söyləsək, həqiqətdə, Onu məhdud bir varlıq saymış olarıq. Allaha məxluqatın xüsusiyyətlərini nisbət verməklə, uca Tanrını kiçiltmiş və məhdud etmiş olarıq. Bir halda ki, Qurani-kərim buyurur: "Heç nə Ona tay ola bilməz" (Şura, 11) yaxud, İsra surəsində 4-cü ayə; "Heç bir kəs Ona tay ola bilməz."
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın
Albaniya hökuməti Türkiyədə baş verən şiddətli zəlzələyə görə öl
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Şərqi Qüdsdə Müdaf
Fəaliyyətdə olduğu müddətdə heç bir əməli iş görməyən Minsk Qrupun
Azərbaycandan Türkiyənin yardımına gələn heyət 900 nəfərdir. Amma bili
Ey əziz qardaş, bacardıqca Rəbbinin dərgahına əllərini qaldır və ehtiy
Gündə 6 saatdan az yatmaq Altsheymer, xərçəng və sonsuzluq kimi xəstəlik
Rusiya 14 postsovet ölkəsindən 8-i ilə yaxşı əlaqələrə malikdir.
Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
"Rusiya mövcud reallıq əsasında Ukrayna ilə danışıqlara hazırdır,
Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətinin Vuqledar şəhəri yaxı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın
Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Firəngiz Mütəllimova haqq�