438 nəfər Azərbaycan vətəndaşı zəlzələ bölgəsindən təxliyə olunub
Digərləri 10 Fev 2023 22:17:00 314 0
Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir.
Bu xəbəri də oxu: Erməni sürücülər İranla sərhədi bağladı
Bu barədə Son.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
"Bu günə qədər 438 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub, onlardan 58-i azyaşlı, 209 nəfər isə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdir. Təxliyə prosesi davam etməkdədir.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının - Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib. Səfirlik əməkdaşları tərəfindən sözügedən Azərbaycan vətəndaşları ilə görüş keçirilib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər.
Bu günə qədər 5 nəfər Azərbaycan Respublikası vətəndaşının - 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı, 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının və 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızının vəfatı barədə məlumat əldə olunub. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək. Digər 4 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin!", - deyə XİN-dən bildirilib.
Türkiyədə dəhşətli zəlzələ nəticəsində baş verən dağıntılar alt
Rusiya növbəti genişmiqyaslı hücumda gün ərzində Ukrayna ərazisinə 100
Azərbaycan xilasediciləri Türkiyənin Qəhrəmanmaraş şəhərində gecə va
44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş peşəkar həkim
Türkiyənin Kahramanmaraş şəhərində Fövqəladə Hallar Nazirliyinin axtar
"Son 5 il ildə indeksləşdirilmə nəticəsində pensiyaların sığorta
"Trthaber" Sumqayıtda məktəb direktorunun Türkiyədəki zələzlə
Ağ Evin kommunikasiya üzrə direktoru Keyt Bedinqfild fevralın sonunda istefa
Türkiyənin Qəhrəmanmaraş bölgəsində 4,7 bal gücündə zəlzələ baş v
Hindistanın Uttar Pradeş ştatının Qaziabad rayonunda məhkəmə bnasına b�
Quba rayonunun Tülər kəndi ərazisində Dövlət Ekoloji Təhlükəsizlik Xid
Müğənni Nura Suri Türkiyədəki zəlzələ ilə bağlı yazdığı müzakir�