Vətən müharibəsinin könüllü həkimləri Kahramanmaraşa uçur Oqtay Mehdiyevdən açıqlama
Digərləri 10 Fev 2023 21:56:00 278 0
44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş peşəkar həkimlərin Türkiyəyə, zəlzələ bölgəsinə getmək istədikləri barədə məlumat vermişdik. Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləri olan mütəxəssislər qardaş ölkənin Bakıdakı səfirliyinə müraciət etdikdən sonra qardaş ölkənin Səhiyyə Nazirliyi hələlik tibbi personala ehtiyac olmadığını bildirmişdi.
Bu xəbəri də oxu: Toyun səhəri ata oldu, boşandı İndi alimenti ödəmək istəmir
Son.az xəbər verir ki, Assosiasiyanın sədri, Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasınnın əməkdaşı Oqtay Mehdiyev musavat.com-a bildirdi ki, yaxın dəqiqələrdə Türkiyəyə uçacaqlar. Həkimin dediyinə görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə İL-76 təyyarəsi ilə Kahramanmaraşa uçacaqlar və orada zəlzələdən zərər çəkən qardaşlarımıza yardım göstərəcəklər.
O.Mehdiyev bildirdi ki, 44 nəfərlik heyətin getməsi nəzərdə tutulsa da, son anda tibbi personalın ixtisara salınması barədə təklif gəlib. Ona görə də ilkin olaraq 16 nəfərlik heyət gedir: "Tərkibimiz azdır. Amma çox şeylər aparırıq. 6 çadır qurulacaq, 2 əməliyyat bloku, 1 reanimasiya, 1 təxirəsalınmaz tibbi sarğılar qoymaq üçün otaq-laboratoriya və bir də çeşidləmə otağı olacaq. Bunlar hamısı modul tipli yaradılacaq. Bütün avadanlıqlar yüklənir və FHN-lə birgə gedirik. Bunların hamısı FHN-ə məxsusdur. Bizim FHN-lə əməkdaşlığımız var. Bu quruma da müraciətimizi yollamışdıq. Odur ki, 15 nəfər tibbi heyət, bir nəfər texniklə birgə Kahramanmaraşa gedirik.
Türkiyədən dedilər ki, hələlik çox həkimə ehtiyac yoxdur. Biz ayrı-ayrı ixtisaslardan olan peşəkarları götürürük və yerində vəziyyətə baxacağıq, işimizi koordinasiya edəcəyik. İstəyirik ki, gedək, bizim də bir xeyrimiz dəysin. Heç olmasa deyərik ki, dar gündə bizim də qardaşlıq köməyimiz dəydi, ona görə də hər bir həkimimiz könüllü şəkildə qardaş ölkəyə getməyə can atır. Əlavə edim ki, bizim FHN də orda fəaliyyət göstərir".
O.Mehdiyev bildirdi ki, Türkiyəyə aparacaqları avadanlıqlar burada test edilib, yoxlanılıb, ondan sonra göndərilməsi qərara alınıb: "Ümumiyyətlə, bizim dövlətimiz Prezidentin göstərişi ilə həddindən artıq çox avadanlıqlar göndərib."
Türkiyənin Kahramanmaraş şəhərində Fövqəladə Hallar Nazirliyinin axtar
"Son 5 il ildə indeksləşdirilmə nəticəsində pensiyaların sığorta
"Trthaber" Sumqayıtda məktəb direktorunun Türkiyədəki zələzlə
Ağ Evin kommunikasiya üzrə direktoru Keyt Bedinqfild fevralın sonunda istefa
Türkiyənin Qəhrəmanmaraş bölgəsində 4,7 bal gücündə zəlzələ baş v
Hindistanın Uttar Pradeş ştatının Qaziabad rayonunda məhkəmə bnasına b�
Quba rayonunun Tülər kəndi ərazisində Dövlət Ekoloji Təhlükəsizlik Xid
Müğənni Nura Suri Türkiyədəki zəlzələ ilə bağlı yazdığı müzakir�
Türkiyədə Kahramanmaraş bölgəsində zəlzələdən sonra dağıntılar alt
Azərbaycan pensiya məbləğinin alıcılıq indeksinə görə MDB-də birincid
Müğənni Ebru Gündeşin iraqlı sevgilisi Raşşan Xoşnavın da zəlzələ q
Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp Azərbaycan�