Müğənni Dəniz şikayət etdi, baş həkim həbs edildi
Şou-biznes 10 Fev 2023 11:36:00 359 0
Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib.
Bu xəbəri də oxu: "Qızlar, kişilərin xətrinə dəyməyin" VİDEO
Son.az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində dünən Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.
Hadisə ilə bağlı "Qafqazinfo"ya açıqlama verən müğənni Dəniz Əsədova Rauf İsfəndiyarovun yarım milyon manatdan artıq pulu 2017-2018-ci illərdə ondan aldığını deyib: "Mənim şəxsi məsələm var idi, Rauf İsfəndiyarov həmin işi həll etmək adı ilə məndən 627 min manat pul almışdı. Lakin verdiyi vədə əməl etmədi, pulları da öz şəxsi ehtiyaclarına xərcləyib. Bu ilin yanvarında polisə şikayət edəndən sonra araşdırma müddətində vurduğu zərərin 100 min manatını polisdə mənə qaytardı. Lakin yerdə qalan 527 min manatı ödəməkdən imtina etdi. Rauf İsfəndiyarov qalan pulun üçdə birini verərək barışıq əldə etmək və şikayətimi geri götürməyimi istəyirdi, lakin bununla razılaşmadım və onun barəsində cinayət işi açıldı".
Rauf İsfəndiyarov daha əvvəl Laçın Rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Qeyd edək ki, bununla yanaşı müğənni Dəniz Əsədova Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımova və daha bir neçə nəfər barəsində də dələduzluq iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib.
Təbrizli qızın Türkiyəyə dəstək verməsinə dair görüntülər yayılı
Bakı şəhərində növbəti dəfə enerji sahəsində parlaq hadisə olan müh
Türkiyədə fevralın 6-sı baş vermiş dağıdıcı zəlzələdən sonra dağ
İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu ilk
Türkiyədə zəlzələ bölgəsində binalardan biri təbii fəlakət nəticəs
Ermənistan, İran və ya Rusiya Türkiyədəki zəlzələdən istifadə edib Az
Moskva Qərb ölkələrinə xatırlatmaq istəyir ki, Ukrayna ərazisinə gətir
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (Rİ
Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işl
Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu
Türkiyədə artıq 5 gündür ki, zəlzələdən sonra axtarış-xilasetmə iş
Xoydakı zəlzələdən uzun müddət keçib. 15 dərəcə şaxtada çöllərdə
Türkiyənin zəlzələ bölgəsi olan Malatyada yenidən 5 bal gücündə zəlz
Türkiyənin Kahramanmaraş şəhərində baş verən dəhşətli zəlzənin dah
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın