Azərbaycanın Xəzər enerji strategiyası: Qazaxıstan və Türkmənistan bu üstünlükləri qaçırmamalıdır
Digərləri 10 Fev 2023 11:23:00 343 0
Bakı şəhərində növbəti dəfə enerji sahəsində parlaq hadisə olan mühüm tədbir keçirilib. Azərbaycan çoxdandır Xəzəryanı regionun enerji dünyasına "qapı" rolunu oynayır və uzun illər ərzində Avropa ölkələrinin enerji təhlükəsizliyinə imkan yaradan əsas tərəfdaşa çevrilib.
Bu xəbəri də oxu: 7 min manat cəriməsi olan sürücü
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası səmərəli əməkdaşlığın davamıdır. Azərbaycan Avropa ölkələri ilə qarşılıqlı səmərəli münasibətləri inkişaf etdirməklə böyük iş görüb və özünü enerji sahəsində mühüm və etibarlı tərəfdaş kimi təsdiqləyib.
Lakin Xəzər hövzəsinin enerji potensialından tam istifadə üçün bu təşəbbüsə Mərkəzi Asiyanın neft-qaz ixrac edən ölkələrinin də qoşulması vacibdir. Bakı artıq bu gün Qazaxıstan və Türkmənistan üçün möhkəm əsas və həll olaraq Astana və Aşqabadın siyasi-iqtisadi maraqlarının təşviqi üçün platforma təklif edir. Mərkəzi Asiya ölkələri yeni bazarlara çıxış əldə edə və mövcud tərəfdaşlarla əməkdaşlığı yeni formatda davam etdirə bilər.
Bakı şəhərində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası dünya birliyinin Xəzər regionunun enerji potensialına dəyişən baxışlarını əks etdirən mühüm hadisə oldu.
Son ildə baş vermiş geosiyasi transformasiyalar qeyri-kooperativ Makiavelli yanaşmaları ilə müqayisədə daha çox yaradıcı potensiala malik qlobal paradiqma olaraq əməkdaşlığın əhəmiyyətini artırıb.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası şübhəsiz gözlənilən təsiri yaratdı, lakin Qazaxıstan və Türkmənistanın da iştirakı əməkdaşlığın formatının və coğrafiyasının genişləndirilməsi üçün zəruri şəraiti yarada bilərdi.
Həmçinin Bakı şəhərində müzakirə olunan yaşıl enerji imkanları Mərkəzi Asiyanın enerji ixrac edən ölkələrinə öz məhsullarını yeni tərəfdaşlara təklif etmək və enerji siyasətində, həmçinin təhlükəsizlik sahəsində yeni tendensiyaları öyrənmək üçün gözəl imkan yaradıb. Bundan başqa, Astana və Aşqabad Mərkəzi Asiya regionunda "yaşıl" enerji sahəsində əsas ölkələrə çevrilməyə tərəfdar olduqlarını və bu istiqamətdəki cəhdlərini vurğulaya bilərdi.
Mərkəzi Asiya ölkələri üçün perspektivli istiqamət
Mərkəzi Asiya ölkələri böyük miqdarda istifadə olunmamış potensiala malikdirlər və bunu reallaşdıra bilərlər. Aşağıda sadalanan səbəblər Astana və Aşqabadın Bakı şəhərində keçirilən tədbirlərdə iştirakdan əldə edə biləcəkləri üstünlükləri çox gözəl əks etdirir.
Birinci səbəb iqtisadi xarakter daşıyır. İkinci Dünya müharibəsi bitdikdən sonra liberalizm və əməkdaşlıq əksər ölkələrin siyasi və iqtisadi davranış modellərində dominant paradiqmaya çevrildi. Qısa müddət ərzində dünya ölkələri dünya ticarətində iştirak etməklə mühüm sərvət və gəlir əldə etdilər. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası qlobal əməkdaşlıq modelini özündə ideal şəkildə əks etdirir. Hətta qlobal və regional hadisələrə müəyyən qədər ziddiyyətli baxışları olan Türkiyə və Yunanıstan əhalisinə fayda gətirmək üçün əməkdaşlıq etməyin yollarını tapırlar.
Hazırkı nöqteyi-nəzərdən bu, Qazaxıstan və Türkmənistan üçün problem deyil, belə ki, onların qonşuları və birbaşa yaxınlıqlarında yerləşən digər dövlətlərlə daha isti münasibətləri var. İki ölkə öz məhsullarını yeni bazara çıxarmaqla bu təşəbbüsə qatılan hər bir ölkə üçün üstünlük təmin edə bilər.
Həmçinin ölkələrin bu formatda əməkdaşlığa qoşulması müasir iqtisadi yanaşmaya və siyasi fəlsəfəyə uyğun gələrdi. Astana və Aşqabad Bakının təklif etdiyi bu platformaya qatılmaqla siyasi üstünlük əldə etmək üçün enerji vasitələrindən istifadə edə bilərdilər.
İkinci səbəb maliyyə xarakterlidir. Mərkəzi Asiyanın hər iki ölkəsi iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən nəqliyyat, energetika sahələrinə və yerli kadrların ixtisasının artırılmasına investisiyaların cəlb edilməsi üçün gözəl imkan əldə edə bilərlər.
Üçüncü səbəb iqtisadi və siyasi mülahizələrin uyğunluğundan ibarətdir. BP, Masdar, WindEurope, SolarPower Europe və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirak edən digər şirkətlər təkcə enerji şirkətləri deyil. Onlar artıq öz dövlətlərinin xarici işlər və iqtisadiyyat nazirliklərinin "şöbələri"nə çevrilməkdədir. Bakı şəhərində keçirilən tədbir biznes subyektləri ilə, dolayısı ilə onların təmsil etdiyi hökumətlərlə əlaqələri inkişaf etdirmək üçün əla imkandır.
Dördüncü səbəb sırf geosiyasi xarakter daşıyır. Xarici tərəfdaş və investorlarla qarşılıqlı əlaqələr Mərkəzi Asiya dövlətlərinin siyasi təhlükəsizlik səviyyəsinin artmasına gətirib çıxaracaq. Yuxarıda qeyd olunduğu kimi, müasir enerji şirkətləri qəbul edən ölkələrdə diplomatik və iqtisadi nümayəndəliklərin davamı kimi fəaliyyət göstərirlər. Bu şirkətlərlə iqtisadi və investisiya layihələrində iştirak həmin şirkətlərdə yüksək səviyyədə əminlik yaratmaqla onları öz investisiyalarını qorumağa təşviq edəcək.
Son olaraq qeyd edilməlidir ki, bu proqramlarda iştirak Mərkəzi Asiyanın enerji nəhənglərinin qanunvericiliyinin transformasiyasına imkan yaradacaq. Bir neçə ölkə ilə geniş əməkdaşlıq onların qanunvericilik bazalarının bir-birini tamamlamasını zəruri edir.
Yaşıl enerji gələcəkdir
Ola bilsin ki, yaşıl enerjinin artıq qlobal enerji təhlükəsizliyində mühüm rol oynadığını düşünmək bir az sadəlövhlükdür. Lakin bunun müvəqqəti tendensiya olduğunu və bir müddət sonra aradan qalxacağını düşünmək daha böyük sadəlövhlük olardı. Məsələnin mahiyyəti ondadır ki, enerji "inqilabı" artıq başlayıb və neft-qaz ixrac edən və bu ünsürə etinasız yanaşan istənilən dövlət geridə qalır.
Yaşıl enerjinin qlobal enerji siyasətinin yeni istiqaməti olduğuna dair ümumi formalaşmış fikir nisbətən birtərəfli arqumentdir. Yaşıl enerji iqlim dəyişikliyi və təbii resursların təhlükəsizliyi kimi daha geniş kontekstdə nəzərdən keçirilməlidir. Belə ki, bunlar sənaye cəhətdən inkişaf etmiş əksər ölkələrin yaxın onillik ərzində qarşılaşacağı ekzistensional problemdir. Ümumiyyətlə insanlar uzunmüddətli riskləri düzgün qiymətləndirmirlər, bəzən fəlakətin baş vermə ehtimalını qətiyyətlə inkar edirlər. Lakin iqlim dəyişikliyi istənilən dövlətin iqtisadi və siyasi imkanlarını azalda biləcək problemdir. Məsələn, bu kontekstdə Qazaxıstan vaxtilə dünyada böyüklüyünə görə dördüncü göl olan Aral dənizinin qurumasının şahidi oldu.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Mərkəzi Asiya ölkələri Azərbaycanın paytaxtında keçirilən tədbirlərdə iştirak etməklə ancaq qazana bilərdilər.
Doğrudur, Qazaxıstan artıq müəyyən layihələri başladıb və 2060-cı ilədək karbon neytrallığına nail olmaqla bağlı doktrinanı mərhələli şəkildə həyata keçirir. Bununla bağlı bu yaxınlarda Prezident Kasım-Jomart Tokayevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı imzalanmış sazişlər xüsusən diqqət çəkir.
Yanaşmada dəyişikliyin nəticələrini yaxın gələcəkdə müşahidə edəcəyimizə dair şübhə yoxdur. Lakin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası Qazaxıstanın enerji siyasətinin restrukturizasiyasına olan yanaşmasının effektivliyini artırmaq və xarici tərəfdaşların qabaqcıl təcrübəsinin ötürülməsinə imkan yaratmaq üçün təkanverici qüvvə rolunu oynaya bilərdi.
Bunlar Astana və Aşqabadın nəzərdən keçirməli olduqları mühüm imkanlardır.
Hələ gec deyil
Şübhəsiz Qazaxıstan və Türkmənistan Avropa ölkələrinin enerji təhlükəsizliyini artıra biləcək böyük enerji ehtiyatlarına malikdir. Qərb dövlətlərinin Xəzəryanı ölkələrə marağının artdığı şəraitdə Məşvərət Şurasının iclaslarının Mərkəzi Asiya dövlətlərinin irəliləyişində rolu Qazaxıstan və Türkmənistanın nüfuzunun daha da artırılmasına müsbət təsir göstərə bilərdi.
Bakı şəhərində keçirilən tədbirlər bir neçə ayrı-ayrı sahədə, o cümlədən iqtisadiyyat, siyasət və təhlükəsizlik sahələrində üstünlük formalaşdırmaq üçün bariz potensiala malikdir. Qazaxıstan və Türkmənistanın Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirakı bu dövlətlərin maraqlarının təşviqi üçün çox gözəl imkan ola bilərdi.
Astana və Aşqabad bu format çərçivəsində əməkdaşlığın vəd etdiyi üstünlüklər haqqında düşünməli və bu imkanı qaçırmamalıdır.
TREND
Türkiyədə fevralın 6-sı baş vermiş dağıdıcı zəlzələdən sonra dağ
İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu ilk
Türkiyədə zəlzələ bölgəsində binalardan biri təbii fəlakət nəticəs
Ermənistan, İran və ya Rusiya Türkiyədəki zəlzələdən istifadə edib Az
Moskva Qərb ölkələrinə xatırlatmaq istəyir ki, Ukrayna ərazisinə gətir
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (Rİ
Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işl
Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu
Türkiyədə artıq 5 gündür ki, zəlzələdən sonra axtarış-xilasetmə iş
Xoydakı zəlzələdən uzun müddət keçib. 15 dərəcə şaxtada çöllərdə
Türkiyənin zəlzələ bölgəsi olan Malatyada yenidən 5 bal gücündə zəlz
Türkiyənin Kahramanmaraş şəhərində baş verən dəhşətli zəlzənin dah
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın
Məşhur cütlük Sıla Gençoğlu və İlker Kaleli də zəlzələdən əziyyə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Ə