Azərbaycana hücum planı: İran haranı


Siyasət 09 Fev 2023 21:46:00 307 0

Azərbaycana hücum planı: İran haranı

Ermənistan və İranın Azərbaycana qarşı təxribat hazırlığı təkcə Türkiyənin zəlzələyə görə diqqətinin bölgədən yayınmasından qaynaqlanmır: mümkündür ki, belə bir təxribata zəlzələdən öncə qərar verilib, sədəcə, mövcud vəziyyəti şans kimi qiymətləndirirlər.

Hərçənd, Tehran və İrəvanda da anlayırlar ki, Azərbaycan Ordusu təxribatlara cavab vermək əzmindədir, o cümlədən, miqyasına görə dəhşətli olan zəlzələyə baxmayaraq, Türkiyə ordusunun proseslərə mümkün müdaxiləsi gecikməyəcək;

Burada əsas məqam Ermənistanın məqsədi və İranın təxribatda maraqlarının nə olmasıdır.

Son.az axar.az-a istinadən bildirir ki, İrəvanın sərhəd təxribatlarının nəyə hesablandığı aydındır:

- Azərbaycan ordusunun nəzarət etdiyi strateji ərazilərdə mümkün qədər irəliləmək və ələ keçirmək, bununla da sərhədlə bağlı danışıqlarda əlini gücləndirmək;

- Sərhəddə eskalasiya ilə Avropa İttifaqının missiyasının vacibliyini göstərmək, antirusiya aqrumentlərini güclədirmək və Bakıya qarşı beynəlxalq təzyiqi gündəmə gətirmək.

Laçın yolunda aksiya üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiq dalğasının praktiki nəticələrinə nail ola bilmədilər. Bunun səbəblərindən biri də beynəlxalq hüquqda Qarabağın Azərbaycan ərazisi kimi tanınmasıdır. Sərhəd təxribatı ilə Azərbaycanı "təcavüzkar" göstərmək imkanı daha çox ola bilər.

Və mümkün təxribat Fransanın Ermənistan-Azərbaycan sərhədinə jandarma qüvvələri göndərməsi üçün əsas rolunu da oynayacaq. Rəsmi Paris qərar verib, İrəvan razılaşıb, lakin bunu eskalasiyasız həyata keçirmək Rusiyaya açıq "meydan oxumaq"dır. Bu baxımdan, təxribatla "Rusiya Ermənistanın təhlükəsizliyini qorumur" arqumentini gücləndirəcək və Aİ missiyasının əhəmiyyətinə, bu missiya tərkibində Fransa qüvvələrinin gətirilməsinə əsas yaradacaqlar.

İranın isə bu təxribat planında üç hədəfi var:

Birincisi, mümkün eskalasiya ilə Aİ-nin (Fransa) bölgədə varlığını legitimləşdirmək Tehrana Türkiyə, Rusiya və Azərbaycanın üçtərəfli razılaşmalar üzərindən bölgədə yaratdığı balansın pozulması baxımından lazımlıdır;

İkincisi, Tehran Ermənistana yardım və Fransanın regiondakı maraqlarına oynamaqla İrana hərbi müdaxilə ssenarisinə qarşı dəstək əldə etmək istəyir: İsrailin yaratmaq istədiyi beynəlxalq koalisiyada Fransanın da olacağı gözlənilir və İran Cənubi Qafqazdakı proseslər üzərindən Parisin neytrallığını təmin edə, o cümlədən, ermənilərin Qərbdə onun lobbiçiliyini aparacağına ümid edir;

Üçüncüsü, sərhəddə genişmiqyaslı toqquşma üçtərəfli razılaşmaları arxa plana keçirə və Zəngəzur dəhlizinin aktuallığını sual altına sala bilər.

Mümkün təxribat hücumu ilə İranın hərbi müstəvidə nail olmaq istədiyi hədəf də var: Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsinə nəzarət etmək;

Bu ərazidə postun qurulduğu ilk dövrdə də İranda yola müdaxilə haqda fikirlər var idi, lakin həmin vaxt bölgədəki siyasi mənzərə sərfəli deyildi. Çünki belə bir müdaxiləyə qarşı təkcə Azərbaycan və Türkiyə yox, Rusiya da çıxacaqdı. İndi Ukrayna müharibəsinə görə Rusiyanın üzləşdiyi vəziyət və Qərb qüvvələrinin Ermənistan üzərindən bölgəyə gəlişi bu yola müdaxilə ediləcəyi halda İranın üzləşə biləcəyi təzyiqi zəiflədir. Və istisna deyil ki, erməni əsgərlərin formasını geyinmiş İran hərbçilərinin Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsini ələ keçirmək ssenarisi var.

İranın Ermənistandakı səfiriyinin bu gün Zəngəzur dəhlizinə qarşı verdiyi açıqlama, "Fransa jandarmalarının sərhəddə yerləşdirilməsinə" qarşı olmadıqlarını deməsi də diqqət çəkir və proseslərin analizi fonunda təxibat planı haqda informasiyanın doğruluq payını artırır.

Mədə qıcqırması və göynəməsini dərmansız söndürün – like
  • 09 Fev 21:45  
Digərləri Mədə qıcqırması və göynəməsini dərmansız söndürün –

Mədənin qıcqırması, boğaza turş mədə suyunun geri axması, gəyirmə, m

arrow Ətraflı
Paşinyan niyə İranı yox, Türkiyəni seçdi? like
  • 09 Fev 21:43  
Siyasət Paşinyan niyə İranı yox, Türkiyəni seçdi?

Necə oldu ki, İranın Zəngəzur bölgəsinin qarantına çevrilməsi fonunda

arrow Ətraflı
Ərdoğana qarşı qəsd planı like
  • 09 Fev 21:42  
Siyasət Ərdoğana qarşı qəsd planı

Qardaş Türkiyədə yaşanan ağır faciədən Ərdoğan əleyhdarlarının, x�

arrow Ətraflı
Dünya sevgisi like
  • 09 Fev 21:40  
Digərləri Dünya sevgisi

Ey əziz qardaş, dünya sevgisindən uzaq ol! Çünki dünya sevgisi bütün x�

arrow Ətraflı
İranın təxribat planı: Ordumuzun cavabı like
  • 09 Fev 21:39  
Siyasət İranın təxribat planı: Ordumuzun cavabı

İran münaqişəyə (Ermənistan-Azərbaycan konflikti - red.) hərbi müdaxil�

arrow Ətraflı
Erməni: "Türkiyəyə yardımı zəhərləyib like
  • 09 Fev 21:37  
Dünya Erməni: "Türkiyəyə yardımı zəhərləyib

Türkiyədəki dəhşətli zəlzələnin yaratdığı mənzərə bütün dünyad

arrow Ətraflı
İran zəlzələdən çirkin siyasəti üçün like
  • 09 Fev 21:36  
Siyasət İran zəlzələdən çirkin siyasəti üçün

Yanvarın 28 və 29-da Güney Azərbaycanın Xoy şəhərində zəlzələ oldu.

arrow Ətraflı
Teztez sabunla çimmək zərərlidir? like
  • 09 Fev 21:35  
Digərləri Teztez sabunla çimmək zərərlidir?

Elmi araşdırmaların nəticələrinə görə dəri mikroflorası hər gün və

arrow Ətraflı
“Ermənistan nədir?” soruşduq, KTMT susdu – like
  • 09 Fev 21:34  
Siyasət “Ermənistan nədir?” soruşduq, KTMT susdu –

Ermənistan Baş naziri Nikol Paşinyan niyə KTMT-nin deyil, AB müşahidə mis

arrow Ətraflı
Qadını qaynar su ilə yandırıb öldürdü, meyitini... like
  • 09 Fev 21:32  
Dünya Qadını qaynar su ilə yandırıb öldürdü, meyitini...

Sankt-Peterburqda 52 yaşlı yerli sakin 30 yaşlı qadını qətlə yetirməkd�

arrow Ətraflı
Azərbaycan Türkiyədən kimsəsiz uşaq götürə bilər? like
  • 09 Fev 21:31  
Dünya Azərbaycan Türkiyədən kimsəsiz uşaq götürə bilər?

Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarının zəlzələdə zərərçək

arrow Ətraflı
SPİD xəstəliyinə yoluxduğunu göstərən 10 əlamət like
  • 09 Fev 21:30  
Digərləri SPİD xəstəliyinə yoluxduğunu göstərən 10 əlamət

QİÇS (el arasında SPİD kimi tanınan) infeksion xəstəlik virus vasitəsil�

arrow Ətraflı
Siqaret tüstüsünü udmaq çəkməkdən daha zərərlidir like
  • 09 Fev 21:25  
Digərləri Siqaret tüstüsünü udmaq çəkməkdən daha zərərlidir

Siqaret ürəyə və qan damarlarına böyük ziyan vurur. Bir ədəd siqaretdə

arrow Ətraflı
Son sutkada 24 yanğına çıxış oldu – like
  • 09 Fev 21:23  
Digərləri Son sutkada 24 yanğına çıxış oldu –

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən

arrow Ətraflı
Vaqonların metal hissələrini və təkərlərini oğurlayanlar like
  • 09 Fev 21:22  
Digərləri Vaqonların metal hissələrini və təkərlərini oğurlayanlar

Dəmiryolu Nəqliyyatında Polis İdarəsi və Biləcəri Xətt Polis Şöbəsin

arrow Ətraflı