Azərbaycan və Türkiyə birbirinin köməyinə həmişə hamıdan əvvəl gəlir


Digərləri 08 Fev 2023 13:00:00 207 0

Azərbaycan və Türkiyə birbirinin köməyinə həmişə hamıdan əvvəl gəlir

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) azərbaycanlı tərəfdaşları və QHT-lərlə birlikdə "Qardaş köməyi" platformasını yaradıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə MÜSİAD-ın idarə heyətinin sədri Rəşad Cabirli Bakı KOB evində "Qardaş köməyi" platformasının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bir-birinin köməyinə həmişə hamıdan əvvəl gələn iki qardaş ölkədir.

"Türkiyə həmişə Azərbaycanı ən çətin zamanlarda dəstəkləyib və biz Azərbaycan tərəfin qarşılığını görürük", - o deyib.

R.Cabirli Azərbaycan və Türkiyənin bir-birini təkcə çətin zamanlarda deyil, yaxşı gündə də dəstəkləməyə davam edəcəklərini deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib.

Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

Eyni zamanda Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir.

Fevralın 8-də yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Türkiyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. Bundan əlavə FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola düşüb, bu yardıma isə 115 ədəd müxtəlif ölçülü çadır, 1448 ədəd ədyal, 140 ədəd çarpayı, 90 ədəd qızdırıcı, 300 ədəd masa, 1000 ədəd oturacaq, 2000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxil edilib.

Son.az 

Prezident: Azərbaycanda Tofiq Quliyevin xatirəsi əbədiləşdirilib like
  • 08 Fev 12:58  
Siyasət Prezident: Azərbaycanda Tofiq Quliyevin xatirəsi əbədiləşdirilib

Tofiq Quliyevin xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun yaşadığı b

arrow Ətraflı
Türkiyədə zəlzələ bölgələrində 60 minə yaxın çadır qurulub like
  • 08 Fev 12:57  
Digərləri Türkiyədə zəlzələ bölgələrində 60 minə yaxın çadır qurulub

Türkiyədə zəlzələ bölgələrində 60 minə yaxın çadır qurulub.

arrow Ətraflı
“MONEX” Türkiyəyə komissiyanı sıfırladı! like
  • 08 Fev 12:52  
Digərləri “MONEX” Türkiyəyə komissiyanı sıfırladı!

"MONEX" və "UPT" pul köçürmə sistemləri 8 fevral tarix

arrow Ətraflı
İlham Əliyev: Tofiq Quliyevin əsərləri bizim böyük sərvətimizdir like
  • 08 Fev 12:50  
Siyasət İlham Əliyev: Tofiq Quliyevin əsərləri bizim böyük sərvətimizdir

Tofiq Quliyevin əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsə

arrow Ətraflı
Prezident: Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib like
  • 08 Fev 12:49  
Siyasət Prezident: Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib

Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi b�

arrow Ətraflı
1 yaşlı uşaq 53 saat sonra dağıntılar altından sağ çıxarıldı like
  • 08 Fev 12:46  
Dünya 1 yaşlı uşaq 53 saat sonra dağıntılar altından sağ çıxarıldı

Türkiyənin Şanlıurfa bölgəsində bir yaşlı uşaq zəlzələ nəticəsind

arrow Ətraflı
Yunanlardan şərəfsiz Parisə tərs sillə like
  • 08 Fev 12:44  
Dünya Yunanlardan şərəfsiz Parisə tərs sillə

Yunanıstanın ən populyar "Kathimerini" qəzeti Charlie Hebdo-nun T�

arrow Ətraflı
Qardaş qardaşdan heç nə əsirgəməz, necə ki əsirgəmir... like
  • 08 Fev 12:35  
Siyasət Qardaş qardaşdan heç nə əsirgəməz, necə ki əsirgəmir...

2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra

arrow Ətraflı
Diplom təsdiqi ilə bağlı qaydalar dəyişdi	like
  • 08 Fev 12:35  
Digərləri Diplom təsdiqi ilə bağlı qaydalar dəyişdi

Xarici universitetlərdən aldıqları diplomun tanınması üçün daha əvvəl

arrow Ətraflı
Avtobusun yolunu kəsən meyxanaçı Balaəli cərimələndi like
  • 08 Fev 12:24  
Digərləri Avtobusun yolunu kəsən meyxanaçı Balaəli cərimələndi

Məşhur meyxanaçı Balaəli yolun hərəkət hissəsində avtomobilini saxlaya

arrow Ətraflı
İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib  FOTO like
  • 08 Fev 12:17  
Siyasət İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda

arrow Ətraflı
Akademik: Zəlzələlərin davam edəcəyi gözlənilir like
  • 08 Fev 12:13  
Digərləri Akademik: Zəlzələlərin davam edəcəyi gözlənilir

"Son 20 ildə yer aktivlik dövrünü yaşayır".

arrow Ətraflı
Ölümə meydan oxuyan like
  • 08 Fev 12:02  
Dünya Ölümə meydan oxuyan

Onlar qışın sazağında, on tonlarla daş-dəmirin altında sağ qalmağı ba

arrow Ətraflı
Zəlzələ bölgəsi üçün toplanan yardımlar like
  • 08 Fev 11:51  
Siyasət Zəlzələ bölgəsi üçün toplanan yardımlar

Ötən gün azərbaycanlılar tərəfindən Türkiyədə baş vermiş zəlzələ

arrow Ətraflı
Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib like
  • 08 Fev 11:44  
Dünya Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib

Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2032-yə çatıb.

arrow Ətraflı