Təxliyyə olunmaq istəyən Azərbaycan vətəndaşları bu nömrələrə zəng etsin


Digərləri 07 Fev 2023 16:22:00 213 0

Təxliyyə olunmaq istəyən Azərbaycan vətəndaşları bu nömrələrə zəng etsin

6 fevral 2023-cü il tarixində Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirir.

XİN-dən verilən xəbərə görə, zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər 6 fevral tarixində Türkiyəyə yola salınıb və artıq fəaliyyətə başlayıb.

Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti artıq Türkiyəyə yola düşüb.

Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, 8 nəfər tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da bu gün qardaş ölkədədir.

Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və təxliyyəsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarında Operativ Qərargahlar çalışmaqdadır.

24 saat fəaliyyət göstərən və əməkdaşlar tərəfindən cavablandırılan qaynar xətlərə daxil olmuş vətəndaş müraciətlərinə və əldə edilmiş məlumatlara əsasən, Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində (Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları siyahıya alınır. Azərbaycana təxliyyə edilmək arzusunda olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin edilir. Əlverişsiz hava şərati ilə bağlı məhdudiyyətlərin təxliyyə prosesinə maneə yaratmaması üçün Türkiyə dövlət qurumları ilə bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqlar aparılır.

Zəlzələ zamanı sənədləri itmiş və ya yararsız vəziyyətə düşmüş vətəndaşlarımız üçün sənədləşdirmə işləri Türkiyədəki Səfirlik və Baş konsulluqlarımız tərəfindən sadələşdirilmiş qaydada həyata keçirilir.

Ordumuzun bir qrup hərbi tibb personalı da Türkiyəyə göndərilib like
  • 07 Fev 16:21  
Digərləri Ordumuzun bir qrup hərbi tibb personalı da Türkiyəyə göndərilib

Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da Türkiyəyə göndəril

arrow Ətraflı
Məktəblər də akkreditasiyadan keçəcək like
  • 07 Fev 16:12  
Digərləri Məktəblər də akkreditasiyadan keçəcək

Gələcəkdə ümumtəhsil müəssisələrinin də akkreditasiyadan keçirilməs

arrow Ətraflı
Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları təltif edildi like
  • 07 Fev 16:10  
Siyasət Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları təltif edildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları təlti

arrow Ətraflı
Əfv Məsələləri Komissiyasının iclası keçirilir like
  • 07 Fev 16:05  
Digərləri Əfv Məsələləri Komissiyasının iclası keçirilir

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti i

arrow Ətraflı
Türkiyədə fövqəladə vəziyyət elan edildi like
  • 07 Fev 15:55  
Digərləri Türkiyədə fövqəladə vəziyyət elan edildi

Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub.

arrow Ətraflı
Elnarə Türkiyədəki zəlzələnin süni yaradıldığını düşünür like
  • 07 Fev 15:51  
Şou-biznes Elnarə Türkiyədəki zəlzələnin süni yaradıldığını düşünür

Müğənni Elnarə Xəlilova Türkiyədə minlərlə insanın ölümü ilə nət

arrow Ətraflı
Sumqayıta prokuror təyin olundu like
  • 07 Fev 15:45  
Digərləri Sumqayıta prokuror təyin olundu

Sumqayıta prokuror təyin olunub.

arrow Ətraflı
Türkiyə mediası azərbaycanlı xilasedicilərin fəaliyyətindən yazdı like
  • 07 Fev 15:44  
Digərləri Türkiyə mediası azərbaycanlı xilasedicilərin fəaliyyətindən yazdı

Türkiyədə zəlzələ bölgəsi olan Kahramanmaraşda 8 mərtəbəli binada T�

arrow Ətraflı
İTVnin əməkdaşı iş yerində qəfil dünyasını dəyişdi like
  • 07 Fev 15:43  
Digərləri İTVnin əməkdaşı iş yerində qəfil dünyasını dəyişdi

İctimai Televiziyanın əməkdaşı dünyasını dəyişib.

arrow Ətraflı
Azərbaycan Türkiyəyə daha 3 konteyner yardım göndərdi  VİDEO  FOTO like
  • 07 Fev 15:41  
Digərləri Azərbaycan Türkiyəyə daha 3 konteyner yardım göndərdi VİDEO FOTO

Azərbaycan Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün

arrow Ətraflı
BQXKya məxsus avtomobillər Laçın yolundan keçdi  FOTO like
  • 07 Fev 15:19  
Digərləri BQXKya məxsus avtomobillər Laçın yolundan keçdi FOTO

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 minik və bir yük avt

arrow Ətraflı