Narkotik daşıyan “Wolt” kuryerləri saxlanıldı Bakıda əməliyyat VİDEO FOTO


Kriminal 03 Fev 2023 15:11:00 201 0

Narkotik daşıyan “Wolt” kuryerləri saxlanıldı  Bakıda əməliyyat  VİDEO  FOTO

Səbail RPİ-nin 9-cu Polis Bölməsinin keçirdiyi tədbirlərlə paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətinin əməkdaşları - Sübhan Qəhrəmanov və Elgün Quliyev saxlanılıblar.

Son.az DİN-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, onların üzərində şəxsi axtarış aparılan zaman 6 qrama yaxın marixuana aşkar edilib.

İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib.

Onun üzərindən və evindən isə 7 qrama yaxın marixuana aşkar edilib. Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını bildirib. Adı çəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən 5 kiloqramdan artıq marixuana akar edilib.

Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib. Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.

Qeyd edək ki, 9-cu Polis Bölməsinin keçirdiyi sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 5, həmçinin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən 1 nəfər saxlanılıb. Onlardan müxtəlif xassəli narkotik vasitələr və 1 ədəd "Makarov" markalı tapança aşkar olunaraq götürülüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, tutulan kuryerlər "Wolt" şirkətinin əməkdaşları olub.

Hansı oyuncaqlar uşaqların psixologiyasına mənfi təsir göstərə bilər? like
  • 03 Fev 14:44  
Digərləri Hansı oyuncaqlar uşaqların psixologiyasına mənfi təsir göstərə bilər?

Uşaqların ən yaxşı dostları oyuncaqlar. Bu dostlar bəzən düşmənə d

arrow Ətraflı
Avropa İttifaqı və Azərbaycan çox yaxşı əməkdaşlıq edirlər like
  • 03 Fev 14:38  
Siyasət Avropa İttifaqı və Azərbaycan çox yaxşı əməkdaşlıq edirlər

Biz uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsaslarını qoyur

arrow Ətraflı
Nazir: Naxçıvanda orta məktəbdə narazılıqla bağlı gün ərzində qərar veriləcək like
  • 03 Fev 14:27  
Digərləri Nazir: Naxçıvanda orta məktəbdə narazılıqla bağlı gün ərzində qərar veriləcək

Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə baş verən insiden

arrow Ətraflı
Novikov: Azərbaycan gücləndikcə, like
  • 03 Fev 14:22  
Dünya Novikov: Azərbaycan gücləndikcə,

Bakı getdikcə fəallaşır. İkinci Qarabağ müharibəsindən sonra Azərbayc

arrow Ətraflı
Sabiq nazir müavininin divanından 1 milyon dollar tapıldı like
  • 03 Fev 14:11  
Dünya Sabiq nazir müavininin divanından 1 milyon dollar tapıldı

Ukraynanın keçmiş müdafiə nazirinin müavini Aleksandr Mironyukun divanınd

arrow Ətraflı
"Pandemiyadan sonra başımız daşa dəydi" like
  • 03 Fev 14:00  
Şou-biznes "Pandemiyadan sonra başımız daşa dəydi"

Uzun müddətdir Türkiyəyə köçən müğənni Elçin Cəfərov Bakıya gəl

arrow Ətraflı
2 Fevral  Azərbaycan Gəncləri Gününə həsr olunan “ÇİÇƏKLƏR” adlı etüd like
  • 03 Fev 13:56  
Kriminal 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunan “ÇİÇƏKLƏR” adlı etüd

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İtti

arrow Ətraflı
"Baku Network" platformasında müzakirə like
  • 03 Fev 13:52  
Siyasət "Baku Network" platformasında müzakirə

"Baku Network" ekspert platformasında Azərbaycanın Avropa Parlament

arrow Ətraflı
Binəqədidə hərbi sursat aşkarlandı like
  • 03 Fev 13:49  
Digərləri Binəqədidə hərbi sursat aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Rumıniya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb like
  • 03 Fev 13:26  
Siyasət Rumıniya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfər

arrow Ətraflı
Azərbaycanın mövqeyi GÜCLƏNİR like
  • 03 Fev 13:24  
Siyasət Azərbaycanın mövqeyi GÜCLƏNİR

Azərbaycan bu gün həm region, həm də Avropa və Asiya üçün olduqca önə

arrow Ətraflı