Azərbaycanın mövqeyi GÜCLƏNİR


Siyasət 03 Fev 2023 13:24:00 178 0

Azərbaycanın mövqeyi GÜCLƏNİR

Azərbaycan bu gün həm region, həm də Avropa və Asiya üçün olduqca önəmli aktorlarından birinə çevrilib. Rəsmi Bakı qitəmiqyaslı çox önəmli iri layihələri öz çiyinlərinə götürərək, qloballaşma şəraitidə dünya iqtisadiyyatında böhranların yaranması fonunda onu inamla hədəfə doğru aparan ölkə kimi inam, etimad qazanan azsaylı dövlətlərdən biridir. 

Dünyanı bir yanda iqtisadi inflyasiya, digər tərəfdən Ukrayna-Rusiya müharibəsi kimi böyük savaşın içindən çıxış yolları axtarmaq üçün nə gücü, nə də imkanları qalıb. Ən əsası isə hər ötən gün dövlətlərin bir-birinə olan etimadının ciddi sarıslması prosesinə şahid olurub. Belə bir qarışıq zaman kəsiyində Azərbaycan tək regiondakı problemlərin həlli ilə yox, eyni zamanda qlobal miqyasda da dünya ictimaiyyətini narahat edən bir çox həlli mümkünsüz kimi görünən problemlərin çözülməsində öz töhfəsini verməkdədir. 

Bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları bir daha deyilənlərin bariz təsdiqidir. Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum), Avropada TAP qaz kəmərinin, həmçinin Türkiyədə TANAP qaz kəmərinin genişləndirilməsi üzrə layihə olan Cənub Qaz Dəhlizi və həm də gələcək yaşıl enerji ilə bağlı Qara dənizin altı ilə inşa ediləcək layihə imkan verəcək ki, Azərbaycanın bərpaolunan enerji mənbələri Avropaya nəql edilsin. 

Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər ki, bunun da günümüzdə nə qədər əhəmiyyətli olduğunu görməkdəyik. Belə ki, Avropa hazırda enerji və mavi qaz böhranı təhlükəsi ilə üz-üzədir. 

Cənub Qaz Dəhlizinin layihələndirilməsi nəticəsində Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK), TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Türkiyə və Cənubi Avropaya ixracını təmin etmək mümkün olacaq ki, artıq bu istiqamətdə çox irihəcmli işlərin görüldüyünə şahidik. Layihənin əsas məqsədi isə heç şübhəsiz Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır. Bərpa olunan enerji istehsalının artmasını da nəzərə alsaq, belə görünür ki, Azərbaycan Avropanı təbii qazla planlaşdırılandan daha çox təmin edə biləcək. 

Təxminən iki həftə əvvəl (yanvarın 19-da) Prezident İlham Əliyev hələ Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında iştirakı zamanı bəyan etdi ki, "TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Təsəvvürünüzə gətirin, TAP yalnız iki il bundan əvvəl açılmışdır. Biz düşündük ki, bu, Avropa üçün uzun müddətə tələb edilən həcm olacaq. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq".

Azərbaycanın Avropaya təbii qaz tədarükünü iki dəfə artırmaq (10 milyard kubmetrdən 20-yə çatdırmaq) istəyi o deməkdir ki, 10 milyard kubmetr təbii qaz bütün Avropa ölkələrinə satıla bilər. Amma istisna edilmir ki, bundan da artıq həcmdə qaz ötürülməsi mümkündür. Azərbaycanın bərpa olunan enerji istehsalını genişləndirməsi faktı da təbii qaz tədarükünü iki dəfə artırmasına imkan yaradır.

Avropaya qaz tədarükünün iki dəfəyə qədər artırılması ilə bağlı İlham Əliyev bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı bir daha toxundu. Prezidentin ən yadda qalan bəyanatlarından biri isə heç şübhəsiz ki, "Təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək" çıxışı oldu.

Dövlət başçısı bununla da Azərbaycanın bunun öhdəsindən gəlmək imkanlarının yüksək olduğunu Avropaya bəyan etmiş oldu. Bu, Azərbaycanın alternativ enerji mənbələrinin Avropanın əksər ölkələrini təmin edəcək səviyyədə olduğunu və bunun nə az-nə çox, ən azı bir əsri əhatə edəcəyini diqqətə çatdıraraq, Qərbin bu çətin məqamda Azərbaycana etimadını daha da artırması adına olduqca önəmli mesaj oldu. 

Təbii ki, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olan Cənub Qaz Dəhlizi nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Son proseslər bir daha təsdiq edir ki,  Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu günbəgün artmaqdadır.

Azərbaycanın bu enerji resursunun tədarükünün artırılmasından bütün Aİ ölkələri faydalanacağını nəzərə alsaq, bu detal bir daha imkan verir düşünək ki, Bakının bundan sonra həm Qərb ölkələri arasında, həm də dünyada çəkisi daha da artacaq, həm də sözünü dinləyən, onu müsbət qarşılayanların sayı çoxalmaqla Azərbaycanın haqq səsinin eşidilməsində, onun müxtəlif siyasi proseslərdə əlini gücləndirəcək rıçaqa çevriləcək. Bakının bu öhdəlikləri və vədinə sadiqliyi imkan verəcək ki, bundan sonra da Azərbaycana qarşı formalaşdırılan təzyiqlərin, qəbul edilə biləcək istənilən qətnamələrin qarşısını almaqda əsas amil kimi ön plana çıxsın. 

Konkret desək, Cənub Qaz Dəhlizi Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Gələcək illərdə bu layihə region və qitə üçün əhəmiyyətli olmaqda davam edəcək ki, bu da Qərbin rəsmi Bakıya qarşı siyasi mövqeyinə təsirsiz ötüşməyəcək. 

Nəzərə alsaq ki, bu ilki iclas Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Avropada enerji böhranın dərinləşdiyi dövrə təsadüf edir, o zaman bu iclasın genişmiqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir edəcəyini də gözləmək olar.

Təhməz Əsədov Son.az

Solovyov isterika içərisində: Hanı ordu!? like
  • 03 Fev 13:16  
Dünya Solovyov isterika içərisində: Hanı ordu!?

Rusiyalı teleaparıcı Vladimir Solovyov Ukrayna ordusuna Qərb tanklarının t

arrow Ətraflı
Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi qeyd ediləcək like
  • 03 Fev 13:13  
Kriminal Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi qeyd ediləcək

Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi qeyd ediləcək.

arrow Ətraflı
Xoy sakini: “İran dövləti zəlzələdən ziyan çəkənləri aldadır” like
  • 03 Fev 13:05  
Digərləri Xoy sakini: “İran dövləti zəlzələdən ziyan çəkənləri aldadır”

"İran dövləti zəlzələdən ziyan çəkənləri aldadır".

arrow Ətraflı
İlham Əliyev: Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq like
  • 03 Fev 13:03  
Siyasət İlham Əliyev: Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq

Bərpaolunan enerji bizim planlarımızın bir hissəsidir. Üç əsas enerji ş

arrow Ətraflı
Dayə xidmətləri bahalaşıb like
  • 03 Fev 12:54  
Digərləri Dayə xidmətləri bahalaşıb

Övladları balaca olan, xüsusilə də işləyən valideynlər uşaqlarını ya

arrow Ətraflı
Şənbə gününün like
  • 03 Fev 12:49  
Digərləri Şənbə gününün

Fevralın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
“İndiki qadınlar güclü deyillər” like
  • 03 Fev 12:43  
Şou-biznes “İndiki qadınlar güclü deyillər”

Aktyor və prodüser Cövdət Şükürov müzakirə yaradacaq açıqlama verib.

arrow Ətraflı
Moskvada azərbaycanlı iş adamı faciəvi şəkildə öldü like
  • 03 Fev 12:38  
Digərləri Moskvada azərbaycanlı iş adamı faciəvi şəkildə öldü

Bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı

arrow Ətraflı
Bu, Azərbaycanın irəli sürdüyü ən vacib beynəlxalq enerji layihəsidir like
  • 03 Fev 12:36  
Siyasət Bu, Azərbaycanın irəli sürdüyü ən vacib beynəlxalq enerji layihəsidir

İtaliya Azərbaycandan ixrac olunan təbii qazı Avropanın digər ölkələrin

arrow Ətraflı
Britaniya Azərbycanla enerji əlaqələrinin daha da genişlənəcəyinə ümid edir like
  • 03 Fev 12:34  
Siyasət Britaniya Azərbycanla enerji əlaqələrinin daha da genişlənəcəyinə ümid edir

Cənub Qaz Dəhlizi Məşvərət Şurasında səslənən planlar enerji təhlük

arrow Ətraflı
Bəzi ərazilərdə səkilər ya zəbt olunub, ya da standartlara uyğun inşa edilməyib like
  • 03 Fev 12:32  
Digərləri Bəzi ərazilərdə səkilər ya zəbt olunub, ya da standartlara uyğun inşa edilməyib

Paytaxtın bəzi küçələrində piyada səkiləri müxtəlif obyektlər tərə

arrow Ətraflı
İlham Əliyev: Məşvərət Şurasının iclasında ilk olaraq konseptual məsələlər həll edilməlidir like
  • 03 Fev 12:31  
Siyasət İlham Əliyev: Məşvərət Şurasının iclasında ilk olaraq konseptual məsələlər həll edilməlidir

Məşvərət Şurasının iclasında ilk olaraq konseptual məsələlər həll e

arrow Ətraflı