Aqil Abbas: “İran hökuməti icazə versə, özüm də maddi yardım göndərərəm”
Digərləri 02 Fev 2023 17:22:00 198 0
"Bu, faciədir. Heç nəyə baxmadan biz yardımımızı etməliyik".
Bu fikirləri millət vəkili Aqil Abbas musavat.com-a İranın Xoyda zəlzələdən zərər çəkənlərə yardımı rədd etməsini şərh edərkən bildirdi.
A.Abbas xatırlatdı ki, Azərbaycan-Ermənistan müharibəsi zamanı İranda zəlzələ olanda Azərbaycandan İrana həkimlər yola salınmışdı, onları qəzaya salıb öldürmüşdülər: "İranda faciə olub. Zəlzələ nəticəsində evlər dağılıb. Bizim də yardım etmək imkanımız var. İran bu yardımı rədd etməklə səhv edir. İran hökuməti icazə verməsə, heç nə etmək mümkün deyil. Güman edirəm ki, kənar vilayətlərdə yaşayan azərbaycanlılar köməklərini əsirgəmirlər. İran hökuməti icazə versə, şəxsən özüm də maddi yardım göndərərəm".
Qeyd edək ki, Musavat.com-a daxil olan məlumata görə, ikitərəfli münasibətlərdə böhrana baxmayaraq, Azərbaycan bu günlərdə diplomatik kanallarla yardım təklif edib. İran isə bunu rədd edib. Türkiyə Qırmızı Aypara Cəmiyyətinin başqanı Kərəm Kınık isə bu barədə öz səhifəsində bu barədə aşağıdakıları yazıb: "Zəlzələdən sonra dərhal yardım təklifimizi onlara çatdırdıq. Ancaq zəlzələnin öhdəsindən gələ biləcək qədər imkanları olduğunu ifadə edərək, bizə təşəkkür etdilər".
Xalq artisti Aygün Kazımovanın ad günündə həmkarı Nigar Camalla küsül�
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus
1-8 fevral tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
Aldıqları evə görə ödədikləri məbləğin ƏDV - nin bir hissəsinin qay
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviy
4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar gec - gec gəlir,
İlk tibbi yardım insana qəza zamanı və qəfil halı pisləşdikdə göstər
Məşhur türkiyəli müğənni İrem Derici özəl həyatı və açıqlamaları
Xoyda baş verən zəlzələ və Tehran Respublikasının zəlzələdən zərər
Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyü
İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Baş nazirinin müavini, infr
Məşhur model Şevval Şahin haqqında yeni iddia ortaya atılıb.
Zəngəzur dəhlizinin açılması bütün tərəflərin xeyrinədir və dəhliz
İran Azərbaycanda 18 deputatın seçilməsinə nail olmaq üçün 50 milyon v�