Aqrar sahədə vahid sahibkarlıq ekosisteminin yaradılması da zəruridir


Digərləri 01 Fev 2023 11:17:00 245 0

Aqrar sahədə vahid sahibkarlıq ekosisteminin yaradılması da zəruridir

Aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vahid sahibkarlıq ekosisteminin yaradılmasını da zəruri edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Aqrobiznesin İnkişafı Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib ki, bu gün, kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılması həm istehsalçılar, həm də dövlət qarşısında duran əsas məsələlərdəndir.

"Müasir dövrümüzdə aqrobiznes müxtəlif sahələrdə kifayət qədər əhəmiyyətli dəyişikliklərə məruz qalır. İstehlakçıların ərzaq seçimləri və "ekoloji təmiz" etiketli məhsullara artan tələbatdan innovativ texnologiyaların inkişafı və tətbiqinə qədər geniş spektrli elementlər ilə xarakterizə olunan bu yeniliklər qarşıdakı illərdə qida məhsullarının necə becərilməsini və istehsal olunmasını müəyyən edəcəkdir.

Kənd təsərrüfatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi hökumətin strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərdən birini təşkil etməklə yanaşı, məhsuldarlığın artırılması baxımından kifayət qədər geniş inkişaf potensialının mövcud olmasına dəlalət edir. Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunmuşdur. Nəticədə, 2022‒2026-cı illərdə kənd təsərrüfatının hər il orta hesabla 4% artacağı nəzərdə tutulur.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda "Tarladan süfrəyə" prinsipi ilə qurulmuş sistemin davamlı transformasiyasına nail olmaqda maraqlıyıq. Yaşıl enerji, rəqəmsallaşma və daha güclü biznes mühiti davamlı kənd təsərrüfatının qurulması üçün əsas hədəflər sayılır.

Əhalinin ərzaq təminatının yaxşılaşdırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi zərurəti aktuallaşmaqdadır ki, bu da kənd təsərrüfatı məhsullarının istehsal həcminin və keyfiyyət səviyyəsinin yüksəldilməsini tələb edir. Bunun üçün də bitkiçilik və heyvandarlıq məhsulları istehsalında, emalında ənənəvi iqtisadi münasibətlər sistemi və üsullarının dəyişdirilərək sahibkarlıq fəaliyyətində müasir bazar iqtisadiyyatı prinsiplərinin tələblərinə cavab verən yeni və daha səmərəli təşkilati-iqtisadi mexanizmlərlə əvəzlənməsi zəruridir.

Kənd təsərrüfatı məhsullarının istehsalı prosesindən fərqli olaraq aqrar sahədə sənaye emalı, logistika, ticarət və digər infrastruktur fəaliyyətləri ilə bağlı sahibkarlığın daha geniş təcrübi biliklərə və maliyyələşmə mənbələrinə malik olması tələb olunur.

Aqrobiznes sahəsində mövcud olan sahibkarlıq fəaliyyəti müəssisələrin istehsalatda resurslara qənaət etməklə daha yüksək mənfəət əldə etməsinə kömək edəcək və bu da öz növbəsində sahibkarlara bu sahədə bizneslərini daha da inkişaf etdirmələrinə əlavə stimullar yaradacaqdır. Həmçinin sahibkarların bütün vasitələrdən maksimum və optimal şəraitdə istifadə etmələri kənd təsərrüfatında yararsız torpaqların bərpasına, su itkisinin minimumlaşdırılmasına, müasir texnologiya və gübrələrdən səmərəli və düzgün istifadə edilməsinə gətirib çıxarmaqla bu sahədə sahibkarlığın inkişafını sürətləndirəcəkdir.

Aqrar sahədə sahibkarlıq fəaliyyəti bir çox sahənin bir-biri ilə əlaqəli şəkildə birlikdə fəaliyyəti nəticəsində baş tutan bir fəaliyyətdir. Belə ki, bu proses zamanı sahibkarlar tərəfindən bütün vasitələrdən, xüsusilə torpaq, əmək, texnika, logistika, kapital və s. kimi resurslardan optimal və səmərəli şəkildə istifadə edilərək kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, bazara çıxarılaraq satışı və s. dəyər yaradan işlər görülür.

Qeyd edilənlərlə əlaqədar olaraq aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vahid sahibkarlıq ekosisteminin yaradılmasını da zəruri edir ki, bu da klasterləşmə ilə bağlı təbliğat işlərin sürətləndirilməsini və müvafiq tədbirlərin görülməsini tələb edir. Klasterlərin yaradılmasında məqsəd klaster iştirakçıları arasında yeni texnologiyaların əlçatanlığının təmin edilməsi, risklərin asan bölüşdürülməsi, xarici bazara birgə çıxış, elmi biliklərdən və əsas vəsaitlərdən kollektiv istifadə etmək kimi qarşılıqlı fəaliyyətləri möhkəmləndirməkdən ibarətdir. Bu, ixracın həm əmtəə tərkibinin, həm də coğrafiyasının şaxələnməsinə geniş imkanlar açır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə" şübhəsiz ki, bu istiqamətdə həyata keçiriləcək işlərə təkan verəcəkdir. Ümid edirəm ki, klasterləşməyə dair digər mövcud güzəşt və imtiyazlar da bu istiqamətdə ekosistemin qurulmasını sürətləndirəcəkdir.

Eyni zamanda düşünürəm ki, aqrobiznes sahəsinin və ümumilikdə KOB sektorunun inkişafında keçid mərhələsinin şərtləndirilməsində cənab Prezidentin 02 dekabr 2022ci il tarixində imzaladığı "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Qanun mühüm rol oynayacaqdır. Belə ki, qanunda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi, onların maraqlarının qorunması və problemlərinin həlli, həmçinin dövlət orqanlarının və özəl qurumların KOB subyektlərinə göstərdikləri xidmətlərin əlaqələndirilməsi məqsədilə dəqiq istiqamətlər müəyyən edilmişdir.

Qeyd edim ki, sözügedən qanunda səlayiyyətli qurum subyekti kimi nəzərdə tutulan KOBİA qarşısında həm yuxarıda qeyd etdiyim fəaliyyətlərin, həm də KOB subyektləri haqqında müvafiq məlumatları özündə əks etdirən vahid reyestrin yaradılması, dəstək infrastrukturunu təşkil edən qurumlar, şərtlər və qaydalar, onun təhlilinin nəticələri barədə məlumatların ümumiləşdirilməsi barədə vəzifələr müəyyən edilmişdir.

Zakir Həsənov İsrailin müdafiə naziri ilə telefonla danışdı like
  • 01 Fev 11:15  
Siyasət Zakir Həsənov İsrailin müdafiə naziri ilə telefonla danışdı

Fevralın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik

arrow Ətraflı
17 yaşlı oğlan anasını köməyə çağırıb vəfat etdi... like
  • 01 Fev 11:13  
Digərləri 17 yaşlı oğlan anasını köməyə çağırıb vəfat etdi...

Zaqatala rayonunda 17 yaşlı oğlanın ölümü ilə nəticələnən hadisə ba

arrow Ətraflı
Rəhim Rəhimli ilə Anarın arxiv görüntüləri yayıldı like
  • 01 Fev 11:02  
Şou-biznes Rəhim Rəhimli ilə Anarın arxiv görüntüləri yayıldı

Repçi Nadir Nəğd Pul sosial şəbəkədə arxiv videosunu paylaşıb.

arrow Ətraflı
Natəvan Bayramovaya yeni VƏZİFƏ VERİLDİ like
  • 01 Fev 10:56  
Digərləri Natəvan Bayramovaya yeni VƏZİFƏ VERİLDİ

Dövlət Miqrasiya Xidmətinə (DMX) yeni mətbuat katibi təyin olunub.

arrow Ətraflı
Vasif Talıbovun qudası Fazil Ələkbərov istintaqa dəvət olunub like
  • 01 Fev 10:54  
Digərləri Vasif Talıbovun qudası Fazil Ələkbərov istintaqa dəvət olunub

Bir müddətdir mediada Naxçıvanın keçmiş Daxili İşlər naziri general-le

arrow Ətraflı
Netanyahu İranın hərbi zavoduna endirilən zərbə ilə bağlı like
  • 01 Fev 10:51  
Dünya Netanyahu İranın hərbi zavoduna endirilən zərbə ilə bağlı

İsrailin Baş naziri Benyamin Netanyahu İranın mərkəzi şəhəri olan İsfa

arrow Ətraflı
Melkonyan: Ermənistan darmadağın ola bilər like
  • 01 Fev 10:46  
Digərləri Melkonyan: Ermənistan darmadağın ola bilər

III Dünya müharibəsi de-fakto reallığa çevrilib, artıq qırmızı xətt �

arrow Ətraflı
Eşq ismarıclarına görə fanatını məhkəməyə verdi like
  • 01 Fev 10:40  
Şou-biznes Eşq ismarıclarına görə fanatını məhkəməyə verdi

Türkiyəli müğənni Hakan Peker pərəstişkarını məhkəməyə verib.

arrow Ətraflı
Neftçalada İranın casus şəbəkəsinə qarşı əməliyyat: like
  • 01 Fev 10:34  
Digərləri Neftçalada İranın casus şəbəkəsinə qarşı əməliyyat:

Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməl

arrow Ətraflı
Bu il illik inflyasiya neçə faiz olacaq? like
  • 01 Fev 10:31  
Digərləri Bu il illik inflyasiya neçə faiz olacaq?

Azərbaycan Mərkəzi Bankı bu il inflyasiyanın 8 % civarında olacağını pr

arrow Ətraflı
İsrail “görünməz” və uzaqmənzilli PUA yaradıb? like
  • 01 Fev 10:29  
Dünya İsrail “görünməz” və uzaqmənzilli PUA yaradıb?

İsrailin əlində çox geniş miqdarda PUA-lar mövcuddur. Ancaq 1000 km-dən u

arrow Ətraflı
Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır like
  • 01 Fev 10:26  
Digərləri Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır

Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır.

arrow Ətraflı
Narkotikə görə saxlanıldı, evindən snayper çıxdı like
  • 01 Fev 09:52  
Digərləri Narkotikə görə saxlanıldı, evindən snayper çıxdı

Balakəndə narkotik dövriyyəsi ilə məşğul olan şəxsdən snayper aşkarl

arrow Ətraflı
Zakir Həsənov Türkiyəyə səfər edəcək like
  • 01 Fev 09:29  
Siyasət Zakir Həsənov Türkiyəyə səfər edəcək

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səf

arrow Ətraflı
Laçın yolundakı aksiyanı Çexiya televiziyasının əməkdaşları da işıqlandırırlar  FOTO like
  • 01 Fev 09:25  
Digərləri Laçın yolundakı aksiyanı Çexiya televiziyasının əməkdaşları da işıqlandırırlar FOTO

Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası yerinə Çexiya televiziy

arrow Ətraflı