İranın terror siyasətinin növbəti təzahürü Azərbaycan


Siyasət 01 Fev 2023 00:06:00 211 0

İranın terror siyasətinin növbəti təzahürü  Azərbaycan

Xəbər verdiyimiz kimi 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Hadisə baş verəndən İran tərəfi müxtəlif aldadıcı variantlar səsləndirməyə başladı. Gah Azərbaycan səfirliyinə hücum edənin yanında uşaqlarının olduğunu, gah hadisənin ailə-məişət zəmnində baş verdiyi kimi cəfəng iddalar səsləndirildi. Hücum anının görüntüləri yayıldıqdan sonra isə İran tərəfinin bütün iddialarının yalan olduğu məlum oldu.

Məsələni şərh edən Milli Məclisin deputatı, Azər Badamov qeyd edib ki, müharibənin başa çatdığı iki ildən bir az çox dövrdə İran bütün gücü ilə Ermənistanı canlandırmağa və hərbi gücünün yenidən bərpa edilməsinə çalışır.

Hətta İran mütəxəsisləri Ermənistana gələrək İran PUA-larla işləmək təcrübəsini öyrədirlər. Məqsədi İsə Ermənistanı Azərbaycana qarşı yenidən müharibəyə hazırlamaqdır. İran görür ki, onun bütün cəhdləri iflasa uğrayır və Azərbaycana təsir etmək mümkün deyil. Azərbaycan öz sözünü deyir, əzələyə əzələ ilə cavab verir və regionda mövqeləri möhkəmlənmiş vacib aktora çevrilir. Bunu da İran qəbul edə bilmir və hesab edirəm ki, ona görə də Tehrandakı səfirliyimizə hücum təşkil olunur. Məhz təşkil olunur. Ona görə ki, video kameraların görüntülərindən hamı görür ki, terrorçu avtomat silahı ilə səfirliyimizə daxil olanda qapıdakı mühafizəçiyə işarə edir və mühafizəçi heç bir tədbir görmədən telefonla oynamaqda davam edir.

Hətta polis idarəsində jurnalist terrorçudan çox sərbəst şəkildə müsahibə alır. Aydın şəkildə görünür ki, məqsəd təşkil olunmuş cinayətin istiqamətini dəyişdirmək və beynəlxalq ictimaiyəti azdırmaqdan ibarətdir.

Halbuki, səfirliklər Vyana konvensiyasına və beynəlxalq hüquq normalarına görə səfirliklərin yerləşdiyi ölkə tərəfindən qorunmalıdır. Burda aydın şəkildə görünür ki, heç bir qorunma yoxdur və əksinə terrorçuya göz yummaqla səfirliyimizə hücuma şərait yardılır. Təbii ki, bu, qəbuledilməz haldır.

Səfirliyimizə hücmun təşkilinin məqsədinin qalib və dünyada nüfuzlu Azərbaycan dövlətinin siyasətini sındrmaq istəyindən irəli gəldiyini düşünürəm. Hesab edirəm ki, səfirliyimizə təşkil olunmuş terrora görə İranın Ali rəhbəri və dövlət başçısı Azərbaycan dövlətindən və xalqından üzr istəməli və belə halların bir daha təkrar olunmayacağına zəmanət verməlidirlər. Əks halda İranla diplomatik münasibətlərimizə yenidən baxılmalıdır", - deyə deputat əlavə edib.

Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın İrandakı səfirliyində törədilən hadisə terror aktıdır və bu terror aktının arxasında İran hakimiyyəti durur, buna görə İran hakimiyyəti məsuliyyət daşıyır.

"İran hakimiyyətinin törətdiyi bu cinayətlə bağlı faktların ortada olması həmin cinayəti sifariş verənlərin və cinayətkarın cəzalandırılmasına gətirib çıxarmalıdır.

"Biz bu terroru qətiyyətlə pisləyirik. Dini komitə olaraq biz də bu terror aktını lənətləyirik, pisləyirik", - deyə M.Qurbanlı bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib ki, biz hamımız Tehranda Azərbaycan səfirliyində baş verən hadisəni qınayırıq.

"Amma çox təəssüflənirəm ki, Azərbaycana qonşu olan bir dövlətin Azərbaycana qarşı apardığı ədavətli hökmlərin nəticəsidir ki, bu gün akopyanları müqəddəs yerlərə gətirib gəzdirirlər, "Ermənistanın ərazi bütövlüyü bizim qırmızı çizgimizdir" deyirlər, tankları gətirib sərhədə düzürlər.

Mən burada İran xalqı deməzdim, çünki orda bizim 40 milyona yaxın azərbaycanlılarımız yaşayır, onlar bizim qardaşlarımızdırlar, onlar başa düşürlər, amma bu gün onlar İran rejminin, fars rejminin əlində əsirdirlər. Mən inanıram ki, gələcəkdə həqiqət öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq, hansı ki, bizi qardaş hesab edirdi. Biz indi bilirik ki, İran bizim qardaşımız deyil. Onlar Ermənistanın qardaşıdır", - deyə A.Paşazadə əlavə edib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun dəfn mərasiminin bu cür izdihamla keçirilməsi xalqımızın və dövlətimizin şəhidinə verdiyi dəyərin növbəti təzahürüdür.

"Bu hadisə Azərbaycan xalqının hiddətinə səbəb olub. Bu hadisəyə görə şübhəsiz ki, İran dövləti məsuliyyət daşıyır, çünki beynəlxalq konvensiyaya əsasən, ərazisində səfirliklərin, diplomatik nümayəndəliklərin qorunması məsuliyyəti İranın üzərinə düşür. Azərbaycan xalqı cinayətkarın layiqli cəzasına çatmasını və bu hadisənin hərtərəfli və obyektiv araşdırılaraq məlumat verilməsini tələb edir", - deyə Ş.Hacılı əlavə edib.

Nəticə etibarı ilə İranda Azərbaycan səfirliyinə edilən xain hücum birbaşa İran rejiminin günahıdır və bəlkə də öz təşkilatçılığı ilə baş tutub. Bu terror molla rejiminin Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik siyasətindən qaynaqlanır. İran daim terrora dəstək verən ölkə kimi tanınıb, burada tarixən terrorçular üçün münbit şərait olub. Belə olduğu halda rəsmi Tehran diplomatik korpusların, xarici nümayəndəliklərin təhlükəsizliyinə necə zəmanət verə bilər? Digər tərəfdən İranın ölkəmizə qarşı tutduğu düşmənçilik mövqeyi sirr deyil. Xüsusilə də son iki ildə İran tərəfinin təhdidləri, bizimlə açıq hədə dili ilə danışması məlumdur. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycan səfirliytinə edilən silahlı hücum əvvəlcədən məqsədli şəkildə planlaşdırılmış terror aktıdır.

Fərid Zöhrabov Trend

Günün qoroskopu: Gəlir əldə edə bilərsiniz like
  • 01 Fev 00:01  
Digərləri Günün qoroskopu: Gəlir əldə edə bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar like
  • 31 Yan 23:55  
Digərləri Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar

Qəbir - insanın gedəcəyi son mənzil və axirətə açılan qapıdır. İnsa

arrow Ətraflı
Abramoviçə 2,3 milyardlıq like
  • 31 Yan 23:53  
Siyasət Abramoviçə 2,3 milyardlıq

Böyük Britaniya hökuməti rusiyalı oliqarx Roman Abramoviçin "Çelsi&q

arrow Ətraflı
Ermənistan bu yolla milyardlar qazanır like
  • 31 Yan 23:52  
Digərləri Ermənistan bu yolla milyardlar qazanır

Ermənistan artıq bir neçə aydır dünyaya yeni hekayə yaymağa çalışır

arrow Ətraflı
Saakaşvili: Gürcüstanda siyasətlə məşğul like
  • 31 Yan 23:51  
Siyasət Saakaşvili: Gürcüstanda siyasətlə məşğul

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Vahid Milli Hərəkat Partiyas�

arrow Ətraflı
İnsan dərisi haqqında maraqlı faktlar like
  • 31 Yan 23:50  
Digərləri İnsan dərisi haqqında maraqlı faktlar

Siz heç düşünmüsünüzmü ki, bizim dərimiz orqanizmimizdə olan ən önə

arrow Ətraflı
Saakaşvili ağır vəziyyətdə reanimasiyaya like
  • 31 Yan 23:46  
Siyasət Saakaşvili ağır vəziyyətdə reanimasiyaya

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili son bir neçə aydır yatdı�

arrow Ətraflı
Nə üçün qadınlar kişilərdən like
  • 31 Yan 23:45  
Digərləri Nə üçün qadınlar kişilərdən

Kişilərlə müqayisədə qadınlar soyuğa qarşı daha həssas olur, tez-tez

arrow Ətraflı
BMT Ukraynadakı bütün tərəfləri atəşkəsi like
  • 31 Yan 23:43  
Dünya BMT Ukraynadakı bütün tərəfləri atəşkəsi

BMT Ukrayna münaqişəsinin bütün tərəflərinin hərbi əməliyyatları day

arrow Ətraflı
ABŞ İranın 7 təşkilatını “qara siyahı”ya like
  • 31 Yan 23:42  
Siyasət ABŞ İranın 7 təşkilatını “qara siyahı”ya

ABŞ Ticarət Nazirliyi İranın 7 təşkilatını qara siyahıya salıb.

arrow Ətraflı
Çirkin sözlər çirkin insanları cəzb edər like
  • 31 Yan 23:40  
Digərləri Çirkin sözlər çirkin insanları cəzb edər

Söyüş söymək və dilə pis söz gətirmək - rəzil sifətlərdəndir ki, m

arrow Ətraflı
Azər Zahidin hesabı bloklandı, "Təkərdə" şou like
  • 31 Yan 23:36  
Şou-biznes Azər Zahidin hesabı bloklandı, "Təkərdə" şou

"Təkərdə" şousunun layihə rəhbəri, aparıcı Azər Zahidin TikT

arrow Ətraflı
Burundan qan gələndə nə etmək lazımdır? like
  • 31 Yan 23:30  
Digərləri Burundan qan gələndə nə etmək lazımdır?

Uşaqlarda ən çox baş verən narahatlıqlardan biri də burun qanamasıdır.

arrow Ətraflı
Bu 3 ərzaq 90% hallarda xərçəng yaradır like
  • 31 Yan 23:25  
Digərləri Bu 3 ərzaq 90% hallarda xərçəng yaradır

Bu qidalardan imtina etməklə, orqanizmdə xərçəngin inkişafını əngəll�

arrow Ətraflı
Naxçıvanda 21 xəstəlik dövlət dəstəyi ilə like
  • 31 Yan 23:23  
Digərləri Naxçıvanda 21 xəstəlik dövlət dəstəyi ilə

Naxçıvanda 2023-cü ildə 21 xəstəlik üzrə epizootiya əleyhinə profilakt

arrow Ətraflı