Burundan qan gələndə nə etmək lazımdır?


Digərləri 31 Yan 2023 23:30:00 282 0

Burundan qan gələndə nə etmək lazımdır?

Uşaqlarda ən çox baş verən narahatlıqlardan biri də burun qanamasıdır. Azyaşlılarda bütün yaş dövrlərində bu problemə rast gəlinir. Burun qanaması hansı hallarda yaranır?

Belə bir hal olanda hansı tədbirlər görülməlidir? İlkin tibbi yardım necə olmalıdır?

"Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) məqaləni təqdim edirik:

Uşaqda burun qanaması ümumiyyətlə, heç bir səbəb olmadan, qəfildən baş verə bilər. Çox vaxt qanaxma qısa müddətdən sonra öz-özünə dayanır. Qanaxma uzun müddət davam edərsə, uşaq özünü zəif hiss edir, təzyiqi aşağı düşür, soyuq tər basır və başı fırlanır. Uzun müddət davam edən qanaxma böyük qan itkisinə, anemiyanın inkişafına səbəb olur.

Uşaqlarda burun qanamasının səbəbləri nədir?

- Çox vaxt qanaxma burnun zədələnməsi nəticəsində baş verir.

- Bəzən körpələrin burnuna bir şey tıxaması qan damarlarını zədələyərək, qanaxmaya səbəb olur.

- Çox quru hava ilə nəfəsalma zamanı burnun selikli qişası quruyur, elastikliyini itirir və asqırarkən çatlayaraq, qanaxmaya səbəb olur.

- Damar keçiriciliyinin artması zamanı iltihab, soyuqdəymə, qrip zamanı burun qanxması müşahidə oluna bilər.

- Vegeto-damar distoniyasından əziyyət çəkən uşaqlarda burun qanaması ola bilər.

- Həddindən artıq istiləşmə, gün vurması da burun qanamasına səbəb ola bilər.

- Burun çəpərinin əyriliyi burun qanamasına səbəb ola bilir.

- Bəzən burun qanamaları burundakı xoş və ya bədxassəli bir şişin, qan xəstəliklərinin əlaməti ola bilər.

Uşağın burnundan qan gəlirsə nə etməli?

- Uşağı sakitləşdirin (və özünüz sakitləşin).

- Uşaqdan başını bir az irəli əyməsini xahiş edərək otuzdurun. Burun qanaması zamanı başı geri atmaq olmaz!

- Pəncərəni açaraq təmiz hava axınını təmin edin. Paltarların düymələrin açın. Uşağa ağızdan dərin nəfəs almasını deyin.

- Burun kökünə soyuq bir şey - dəsmalla bükülmüş buz və ya soyuq suya batırılmış bez qoyun. Ayaqlar, əksinə, isti olmalıdır.

- Kömək etmirsə, 3%-li hidrogen peroksid məhlulunda isladılmış steril bir pambıq çubuğu burun dəliyinə qoyun.

- Qan dayandırıldıqdan dərhal sonra uşağa yemək, çay və ya kakao verməyin.

- Qanaxma şiddətlidirsə dərhal təcili yardım çağırın.

Bu 3 ərzaq 90% hallarda xərçəng yaradır like
  • 31 Yan 23:25  
Digərləri Bu 3 ərzaq 90% hallarda xərçəng yaradır

Bu qidalardan imtina etməklə, orqanizmdə xərçəngin inkişafını əngəll�

arrow Ətraflı
Naxçıvanda 21 xəstəlik dövlət dəstəyi ilə like
  • 31 Yan 23:23  
Digərləri Naxçıvanda 21 xəstəlik dövlət dəstəyi ilə

Naxçıvanda 2023-cü ildə 21 xəstəlik üzrə epizootiya əleyhinə profilakt

arrow Ətraflı
Bakıda tələbə qız eyvandan like
  • 31 Yan 23:22  
Digərləri Bakıda tələbə qız eyvandan

Bakının Xətai rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.

arrow Ətraflı
Naxçıvanda bir sıra sahələrdə like
  • 31 Yan 23:21  
Digərləri Naxçıvanda bir sıra sahələrdə

Naxçıvanda bir sıra sahələrdə əməkhaqqı artırılıb, ştat cədvəllə

arrow Ətraflı
Allah əncir və zeytuna and içir like
  • 31 Yan 23:20  
Digərləri Allah əncir və zeytuna and içir

Əncir mənasındakı "Tin" sözü Quranda yalnız bir dəfə keçib.

arrow Ətraflı
Naxçıvanda generalmayor like
  • 31 Yan 23:19  
Digərləri Naxçıvanda generalmayor

Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Eti

arrow Ətraflı
Saçlar niyə erkən ağarır və bunun qarşısını necə almaq olar? like
  • 31 Yan 23:15  
Digərləri Saçlar niyə erkən ağarır və bunun qarşısını necə almaq olar?

Saçların erkən ağarması hallarına tez-tez rast gəlmək olar. Bəzən saç

arrow Ətraflı
"Vaqiə" surəsində dünyanın sonunda baş verəcək hadisələr like
  • 31 Yan 23:10  
Digərləri "Vaqiə" surəsində dünyanın sonunda baş verəcək hadisələr

Qurani-Kərimin əlli altıncı surəsi "Vaqiə" adlanır. 96 ayədən

arrow Ətraflı
Rusiyanın bu əraziləri like
  • 31 Yan 22:58  
Siyasət Rusiyanın bu əraziləri

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayəti və Şebekinski rayo

arrow Ətraflı
Quql mətni musiqiyə çevirən proqram like
  • 31 Yan 22:57  
Dünya Quql mətni musiqiyə çevirən proqram

Quql yazılı mətnləri musiqiyə çevirən yeni proqram hazırlayıb.

arrow Ətraflı
Ərdoğan hansı seriallara baxdığını like
  • 31 Yan 22:56  
Siyasət Ərdoğan hansı seriallara baxdığını

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hansı serialları izlədiyini aç

arrow Ətraflı
Tərbiyənin 2 tərəfi və təlimin ayrılmazlığı like
  • 31 Yan 22:55  
Digərləri Tərbiyənin 2 tərəfi və təlimin ayrılmazlığı

Ümumi olaraq tərbiyəni iki hissəyə bölmək olar: cismin tərbiyəsi və ru

arrow Ətraflı
Yalançılar zirəkdirmi? like
  • 31 Yan 22:50  
Digərləri Yalançılar zirəkdirmi?

Çox təəssüf ki, bu gün cəmiyyətdə doğruluq ilə yalanın yeri dəyişmi

arrow Ətraflı
Qan xərçənginin ilk simptomları  baş ağrıları, başgicəllənməsi... like
  • 31 Yan 22:45  
Digərləri Qan xərçənginin ilk simptomları baş ağrıları, başgicəllənməsi...

Qan xərçənginin dəqiq səbəbi məlum deyil. Lakin alimlər qan xərçəngin

arrow Ətraflı
Nə edək ki, insanların sevimlisi olaq? like
  • 31 Yan 22:40  
Digərləri Nə edək ki, insanların sevimlisi olaq?

İnsan xilqət baxımından həmişə sevilib və sevməyi xoşlayan varlıqdır

arrow Ətraflı