Terror aktı regiondakı sülh prosesinə mane olmaq cəhdidir Xarici ekspertlər


Siyasət 31 Yan 2023 19:00:00 215 0

Terror aktı regiondakı sülh prosesinə mane olmaq cəhdidir  Xarici ekspertlər

Xarici ekspertlər və jurnalistlər Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı xaincəsinə törədilmiş terror aktını regiondakı sülh və normallaşma prosesinə mane olmaq cəhdi kimi qiymətləndirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, britaniyalı jurnalist və ekspert Neil Vatson, "Dona Gracia" Diplomatiya Mərkəzinin baş direktoru Reyçel Avraham, Fransadakı Diplomatiya və Dialoq üçün Beynəlxalq Şuranın (İCDD) direktoru Erik Gozlan, Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Ceyhan terror aktını pisləyiblər və Səfirliyimizin təhlkəsizlik xidmətinin rəisi Orxan Əsgərovun həlak olması ilə əlaqədar onun ailəsinə başsağlığı veriblər.

Neil Vatson hesab edir ki, İran Azərbaycan‒Ermənistan münasibətlərinin normallaşmasının istənilən perspektivini puça çıxarmaq istəyir, çünki bu, Azərbaycanı regionda daha güclü edəcək. "İran rejimi Azərbaycan‒Türkiyə müttəfiqliyini sarsıtmaq istəyir və İsrailə Cənubi Qafqazda müttəfiq qazandıran güclü Azərbaycan‒İsrail münasibətini sevmir. İran beynəlxalq qanunları və ya təşkilatları saymır", ‒ deyə N.Vatson vurğulayıb.

Reyçel Avraham xatırladıb ki, bu dəhşətli hücum İranın terrorizmin himayədarı olmasının daha bir nümunəsidir. "İran 1979-cu ildə Amerika səfirliyinə, 1992-ci ildə İsrailin Argentinadakı səfirliyinə hücum edib, indi - 2023-cü ildə - Azərbaycanın İrandakı səfirliyini hədəf alıb".

Terror aktından məyus olduğunu bildirən Erik Gozlan nəzərə çatdırıb ki, terror qorxaqların, arqumenti olmayanların və sülhdən imtina edənlərin silahıdır. "Bəzi insanlar Qafqazda sülhü istəmir, lakin bu, hər şeydən əvvəl İranın bu münaqişədə iştirakını göstərir. Avropa və Birləşmiş Ştatlar anlamalıdır ki, İran Qafqazda müharibə oyunu oynayır və onlar nəhayət molla rejiminə yaxın olanların hamısının bu prosesdən kənarlaşdırılmasını tələb edərək, sülhə təkan verməlidir", ‒ deyə ekspert beynəlxalq birliyi hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Borrel ermənipərəst deputata cavab verdi like
  • 31 Yan 17:29  
Digərləri Borrel ermənipərəst deputata cavab verdi

Avropa İttifaqı (Aİ) Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar Az

arrow Ətraflı
“Anamın sonuncu sıradan bilet almağa pulu çatdı” like
  • 31 Yan 17:20  
Şou-biznes “Anamın sonuncu sıradan bilet almağa pulu çatdı”

"Konsertlə bağlı anam məni, mən də anamı təbrik etdim. Ona dedim ki

arrow Ətraflı
"Gələcəkdə Ermənistan da həyata keçirdiyimiz layihələrdə bizə qoşula bilər" like
  • 31 Yan 17:10  
Digərləri "Gələcəkdə Ermənistan da həyata keçirdiyimiz layihələrdə bizə qoşula bilər"

Gələcəkdə Ermənistan da həyata keçirdiyimiz layihələrdə bizə qoşula

arrow Ətraflı
İsmayıllı yolu genişləndirilir: 4 zolaq, tunel, asma körpü  10 km qısalır  VİDEO  FOTO like
  • 31 Yan 17:09  
Digərləri İsmayıllı yolu genişləndirilir: 4 zolaq, tunel, asma körpü 10 km qısalır VİDEO FOTO

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımız�

arrow Ətraflı
Molla rejimi fəallaşdı: Bakıdakı casus şəbəkəsində kimlər var? like
  • 31 Yan 16:51  
Digərləri Molla rejimi fəallaşdı: Bakıdakı casus şəbəkəsində kimlər var?

İrandakı Azərbaycan səfirliyinə hücum fars-molla rejiminin iç üzünü, t

arrow Ətraflı
Britaniya Azərbaycanı bu layihədə dəstəkləyir  Səfir ilə müsahibə  FOTO like
  • 31 Yan 16:50  
Digərləri Britaniya Azərbaycanı bu layihədə dəstəkləyir Səfir ilə müsahibə FOTO

İkitərəfli ticarətin və investisiyaların təşviqi, beynəlxalq biznes ü�

arrow Ətraflı
Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb  VİDEO  FOTO like
  • 31 Yan 16:29  
Kriminal Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb VİDEO FOTO

Bakıda "Makarov" tapançası ilə gəzən şəxs saxlanılıb.

arrow Ətraflı
BDUda magistratura üzrə iki yeni ixtisaslaşma açılacaq like
  • 31 Yan 15:52  
Digərləri BDUda magistratura üzrə iki yeni ixtisaslaşma açılacaq

2023-2024-cü tədris ilində Bakı Dövlət Universitetində (BDU) magistratura

arrow Ətraflı
Əsgər yolasalma mərasimi faciə ilə bitdi  Anbaan VİDEO like
  • 31 Yan 15:29  
Digərləri Əsgər yolasalma mərasimi faciə ilə bitdi Anbaan VİDEO

İstanbulun Çekmeköy rayonunda əsgər yolasalma mərasimi faciə ilə bitib.

arrow Ətraflı
DİNin İran casus şəbəkəsinə qarşı əməliyyatı davam edir like
  • 31 Yan 15:21  
Digərləri DİNin İran casus şəbəkəsinə qarşı əməliyyatı davam edir

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının Bakıda İran casus şəbə

arrow Ətraflı
Arda Turan ad gününü belə qeyd etdi  VİDEO like
  • 31 Yan 15:20  
Digərləri Arda Turan ad gününü belə qeyd etdi VİDEO

Aslıhan Doğan Turan həyat yoldaşı məşhur futbolçu Arda Turanın ad gün�

arrow Ətraflı
"SalamNews" və “İnteraz”da əməliyyat: 7 nəfər saxlanıldı like
  • 31 Yan 15:07  
Digərləri "SalamNews" və “İnteraz”da əməliyyat: 7 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi Bakıda "SalamNews" informasiya agentliyi v�

arrow Ətraflı
Nadir Qafarzadədən aparıcılara irad like
  • 31 Yan 14:59  
Şou-biznes Nadir Qafarzadədən aparıcılara irad

"Həmişə gəlinimdən danışıram və qınaq obyektivinə çevrilirəm.

arrow Ətraflı