Britaniya Azərbaycanı bu layihədə dəstəkləyir Səfir ilə müsahibə FOTO


Digərləri 31 Yan 2023 16:50:00 210 0

Britaniya Azərbaycanı bu layihədə dəstəkləyir  Səfir ilə müsahibə  FOTO

İkitərəfli ticarətin və investisiyaların təşviqi, beynəlxalq biznes üçün ən uyğun şəraitin yaradılması Azərbaycanla əməkdaşlıqda strateji prioritet kəsb edir.

Bu barədə Trend-ə eksklüziv müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old deyib.

Prioritet əməkdaşlığın qiymətləndirilməsi

"Böyük Britaniya və Azərbaycanın ticari-iqtisadi dialoq üzrə birgə hökumətlərarası illik komissiyası bütünlükdə Azərbaycan iqtisadiyyatının diversifikasiyasının dəstəklənməsinə fokuslanıb", - səfir deyib.

Onun sözlərinə görə, 2022-ci ildə səhiyyə, informasiya-kommunikasiya texnologiyaları (İKT) və kənd təsərrüfatı kimi prioritet sahələr müəyyən edilib.

Böyük Britaniya həyat elmləri, klinik tədqiqatlar, genomka, dərmanların hazırlanması, həmçinin, tibbi təhsil və ilkin tibbi yardım üzrə peşəkar təlim sahələrində əməkdaşlığa fokuslanıb", - səfir deyib.

"Biz, həmçinin, ikili diplomlar təqdim etmək üsullarını, eləcə də Britaniya universitetləri və tibb bacısı məktəbləri ilə tərəfdaşlıq məsələlərini öyrənməkdəyik", - Old qeyd edib.

"İKT sektoruna gəlincə, Böyük Britaniya elektron kommersiya, kibertəhlükəsizlik, "ağıllı" şəhər və kəndlər sahəsində, həmçinin, TheCityUK ilə Azərbaycanın Mərkəzi Bankı (AMB) arasında ötən il reallaşdırılmış Fintex layihəsinin inkişafı üzrə əməkdaşlığı nəzərdən keçirir", - diplomat əlavə edib.

"Biz kənd təsərrüfatı sahəsinin hazırkı modernizasiyasını, o cümlədən, aqrotexnologiyanı və bio və nanotexnologiyanın tətbiqini dəstəkləməyə çalışırıq", - səfi deyib.

"İnfrastrukturun, yaradıcı sənaye və rəqəmsal inşaatın inkişafı potensial əməkdaşlıq imkanlarının mövcud olduğu və geniş miqyasda öyrənməli olduğumuz daha bir sahədir. Ötən il bir sıra yeni uğurlu birgə layihələrin, o cümlədən, Bakı şəhərində Britaniya dizaynına məxsus hava yastığı üzərində ultra müasir barjanın inşasının, britaniyalı mütəxəssislərin Qarabağda yenidənqurma proseslərini dəstəklədiyini və tibbi tullantıların idarə olunmasının təkmilləşdirilməsi üzrə konsultasiya verən britaniyalı ekspertlərin dəstəyinin şahidi olduq", - Old əlavə edib.

İkitərəfli ticarətin və qarşılıqlı investisiyaların gücləndirilməsi

"Böyük Britaniya və Azərbaycan arasında qarşılıqlı ticarətin 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında artdığını görmək xoşdur. Böyük Britaniyadan Azərbaycana idxal olunan əsas məhsullar elektrik generatorları və sənaye avadanlığı, avtomobil və zərgərlik məmulatları kimi kapital və aralıq məhsulları olub. Azərbaycandan Böyük Britaniyaya ixrac olunan əsas məhsullar xam neft və mexaniki enerji generatorları və xüsusi avadanlıqlar kimi aralıq məhsulları olub", - o deyib.

Səfirin sözlərinə görə, Böyük Britaniya Azərbaycanla bzines mühitini yaxşılaşdırma yollarının müzakirəsinə imkan yaratmaq üçün iqtisadi və gömrük işçi qrupları təsis edib.

"Britaniya şirkətlərinin çağırışlarına cavab veriləndə və tədbirlər görüləndə bu, investorların etimadını artırmağa kömək edir. İctimaiyyətlə, özəl sektorla mütəmadi konsultasiyalar və biznes tərəfdaşlarla aydın kommunikasiya investisiya mühitinin təkmilləşdirilməsi üçün çox vacibdir", - o deyib.

Onun sözlərinə görə, Böyük Britaniya son 30 il ərzində Azərbaycanda yerlərdə 400-dən çox britaniyalı şirkətlə ən iri xarici investor olub.

"Britaniya şirkətləri iş yerləri yaratmaqla, təlimə və yerli istedadların inkişafına investisiyalarla, icmanın maariflənməsinə və inkişafına investisiyalarla Azərbaycan iqtisadiyyatına öz töhfələrini verməkdədir. Əhəmiyyətli sayda azərbaycanlı mütəxəssis Böyük Britaniya şirkətlərində rəqabətqabiliyyətli vəzifələr tuturlar, yüksək ixtisaslaşmış işçi qüvvəsinin bacarıqlarından isə beynəlxalq müştərilərə xidmət göstərilməsində istifadə olunur. Bütün bunlar təlim və inkişafın keyfiyyətindən, habelə azərbaycanlı peşəkarların nail olduğu rəqabət qabiliyyətindən xəbər verir", - o deyib.

"Bu gün Böyük Britaniyanın investisiyalarının böyük hissəsi enerji sektorunun payına düşsə də, əsas diqqət Azərbaycan iqtisadiyyatının diversifikasiyasına yetirilir", - deyən səfir əlavə olaraq Azərbaycanın biznes mühitinə etimadın Böyük Britaniya investisiyalarının digər sektorlara da cəlb olunacağına imkan yaradacağını bildirib.

"Hüquqi və məhkəmə-hüquq islahatlarında effektiv icra sayəsində əldə olunmuş davamlı tərəqqi, həmçinin, birbaşa xarici investisiyaların cəlb olunmasında həlledici rol oynayır. Görürük ki, dövlət müəssisələrinin effektivliyinin artırılması hakimiyyətin həlledici prioritetini təşkil edir. Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılması islahatları sürətləndirə bilər. Dövlət müəssisələrində islahatlar özəl sektora yönəlmiş artımı dəstəkləyə, özəl sektorun dövlət müəssisələrinin üstünlük təşkil etdiyi sektorlarda effektiv rəqabət aparmasına imkan verə və Azərbaycanda yeni investisiya imkanları aça bilər", - səfir qeyd edib.

Enerji tərəfdaşlığının parlaq perspektivləri

"Azərbaycan Cənub Qaz Dəhlizi ilə təbii qaz tədarükü sayəsində Avropanın enerji təhlükəsizliyinə artıq mühüm töhfə verməkdədir. "Yaşıl" enerji ixracı Azərbaycanın Avropanın enerji bazarında rolunu daha da möhkəmləndirəcək və ölkənin Avropanın elektrik enerjisi bazarına çıxışına imkan yaradacaq", - o deyib.

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb  VİDEO  FOTO like
  • 31 Yan 16:29  
Kriminal Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb VİDEO FOTO

Bakıda "Makarov" tapançası ilə gəzən şəxs saxlanılıb.

arrow Ətraflı
BDUda magistratura üzrə iki yeni ixtisaslaşma açılacaq like
  • 31 Yan 15:52  
Digərləri BDUda magistratura üzrə iki yeni ixtisaslaşma açılacaq

2023-2024-cü tədris ilində Bakı Dövlət Universitetində (BDU) magistratura

arrow Ətraflı
Əsgər yolasalma mərasimi faciə ilə bitdi  Anbaan VİDEO like
  • 31 Yan 15:29  
Digərləri Əsgər yolasalma mərasimi faciə ilə bitdi Anbaan VİDEO

İstanbulun Çekmeköy rayonunda əsgər yolasalma mərasimi faciə ilə bitib.

arrow Ətraflı
DİNin İran casus şəbəkəsinə qarşı əməliyyatı davam edir like
  • 31 Yan 15:21  
Digərləri DİNin İran casus şəbəkəsinə qarşı əməliyyatı davam edir

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının Bakıda İran casus şəbə

arrow Ətraflı
Arda Turan ad gününü belə qeyd etdi  VİDEO like
  • 31 Yan 15:20  
Digərləri Arda Turan ad gününü belə qeyd etdi VİDEO

Aslıhan Doğan Turan həyat yoldaşı məşhur futbolçu Arda Turanın ad gün�

arrow Ətraflı
"SalamNews" və “İnteraz”da əməliyyat: 7 nəfər saxlanıldı like
  • 31 Yan 15:07  
Digərləri "SalamNews" və “İnteraz”da əməliyyat: 7 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi Bakıda "SalamNews" informasiya agentliyi v�

arrow Ətraflı
Nadir Qafarzadədən aparıcılara irad like
  • 31 Yan 14:59  
Şou-biznes Nadir Qafarzadədən aparıcılara irad

"Həmişə gəlinimdən danışıram və qınaq obyektivinə çevrilirəm.

arrow Ətraflı
Qadağan edilmiş obyekti qaranlıqda tikirmişlər like
  • 31 Yan 14:48  
Digərləri Qadağan edilmiş obyekti qaranlıqda tikirmişlər

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə

arrow Ətraflı
Bələdiyyə sədrinə cinayət işi başlandı like
  • 31 Yan 14:41  
Digərləri Bələdiyyə sədrinə cinayət işi başlandı

Bələdiyyə əmlakının mənimsənilməsinə görə cinayət işi başlanıb.

arrow Ətraflı
Əməliyyat olunan Naibə Allahverdiyevanın like
  • 31 Yan 14:37  
Şou-biznes Əməliyyat olunan Naibə Allahverdiyevanın

Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Xalq artisti Naibə Allahv

arrow Ətraflı
Bakıda daha bir bina sökülür  FOTO like
  • 31 Yan 14:30  
Digərləri Bakıda daha bir bina sökülür FOTO

Bakının Nizami rayonunda ikimərtəbəli yaşayış binasının sökülməsin�

arrow Ətraflı
Roza dəbdəbəli mənzilindən danışdı like
  • 31 Yan 14:26  
Şou-biznes Roza dəbdəbəli mənzilindən danışdı

Müğənni Roza Zərgərli bahalı evindən danışıb.

arrow Ətraflı
Yeni tikilən binalarda niyə nəmişlik əmələ gəlir? like
  • 31 Yan 14:15  
Digərləri Yeni tikilən binalarda niyə nəmişlik əmələ gəlir?

Havaların soyuması ilə bəzi binalarda və mənzillərdə rütubət əmələ

arrow Ətraflı
İrana hücumun detalları like
  • 31 Yan 14:04  
Dünya İrana hücumun detalları

İsrail ordusu İran hədəflərinə qarşı son hava hücumlarını şərh etm�

arrow Ətraflı