Qadınların qəbir ziyarətinə getmələri qadağandırmı?


Digərləri 29 Yan 2023 23:50:00 184 0

Qadınların qəbir ziyarətinə getmələri qadağandırmı?

Tarixdən məlumdur ki, müsəlman qadınlar ilk xəlifələrin zamanında qəbir ziyarətinə sərbəst şəkildə gedir, heç bir təpki ilə qarşılaşmırdılar. Məsələn, Əbdürrəhman ibn Əbu Bəkr Hübşi məntəqəsində vəfat etdikdən sonra cənazəsini Məkkəyə gətirib dəfn etdilər. Ümmül-möminin Aişə qardaşının məzarını ziyarət etdi, onun üçün mərsiyə dedi, sonra söylədi: "Vallahi, əgər sağlığında yanında olsaydım, vəfat etdiyin yerdə dəfn olunardın. Əgər sağlığında səni görsəydim (yəni həyatının son anında səninlə vidalaşa bilsəydim), səni (qəbrində) ziyarət etməzdim" (Sünən əl-Tirmizi, Kitab əl-cənaiz, 61-ci bab, hədis 1055).

"Sünəni-Əbu Davud"a yazılmış ən məşhur şərhlərdən sayılan "əl-Mənhəl əl-əzb əl-movrud" kitabında da məsələyə aydınlıq gətitilməyə cəhd edilmişdir. Həmin əsərdə məşhur alim İbn Əbdül-birrin "əl-Təmhid" kitabına istinadən nəql edilir ki, Abdullah ibn Əbi Məlikə adlı şəxs bir gün ümmül-möminin Aişəni qəbristanlıqda görüb, burada nə etdiyini soruşur. Ümmül-möminin cavab verir ki, qardaşım Əbdürrəhmanın qəbri üzərindən gəlirəm. Abdullah bir daha soruşur: "Məgər Peyğəmbər sənə qəbir ziyarətini qadağan etmədimi?" Ümmül-möminin Aişə cavab verir: "Bəli, qadağan etmişdi. Amma sonra ziyarət etməyimi tapşırdı" (Sübki. Əl-Mənhəl əl-əzb əl-movrud, 9-cu cild, s.102-103; Beyhəqi. Əl-Sünən əl-kübra, 4-cü cild, s.131, hədis 7207).

Peyğəmbərin əziz qızı, iki dünya qadınlarının xanımı Həzrət Fatimə də hər cümə günü Ühüd şəhidlərinin məzarı üstünə gedər, Həmzənin qəbrini ziyarət edər, orada iki rükət namaz qılıb ağlayardı (Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 1-ci cild, səh. 377; Beyhəqi. Əl-Sünən əl-kübra, 4-cü cild, s.131, hədis 7208).

Alimlərin rəyi

Məşhur təfsir alimi, eyni zamanda Quran ayələrinin fiqhi hökmünü bəyan etmək sahəsində dərin biliyi ilə tanınan Qurtubi qəbir ziyarətindən söz açarkən bunu "bərkimiş qəlblər üçün ən böyük dərmanlardan" hesab edir; çünki qəbir ziyarəti ölümü və axirəti yada salmaqla, mənasız arzu-istəklərin azalmasına, dünya nemətlərinə rəğbətin azalmasına və dünyaya münasibətdə zahidanə davranmağa səbəb olur. Peyğəmbərin lənət dediyi qadınlar ("züvvarat") barədə Qurtubi bu fikirdədir ki, həmin ifadə mübaliğə formasındadır. Burada qəbir ziyarətinə gedən hər qadın yox, bunu özünə peşə edən, qəbir ziyarətinə həddən artıq tez-tez gedən qadınlar nəzərdə tutulurlar. Bu hərəkər qadının həyat yoldaşının haqqının tapdanmasına gətirib-çıxarır; çünki qadın qəbir ziyarətinə çox vaxt ayırdığı üçün ailədə daşıdığı öhdəlikləri lazımınca yerinə yetirə bilmir (İbn Həcər Əsqəlani. Fəth əl-bari şərh Səhih əl-Buxari, 3-cü cild, s.149).

Sünəni-Tirmiziyə şərh yazmış Hafiz ibn Ərəbi Maliki qadınların qəbir ziyarətinin məkruh olması qənaətinə gəlir və yazır ki, bunun səbəbi qadınların örtüyə kamil şəkildə riayət etməməsidir; onları qorumaq (naməhrəmlərin nəzərindən uzaqda tutmaq) üçün qəbir ziyarəti onlara məkruh bilinmişdir (İbn əl-Ərəbi əl-Maliki. Arizət əl-Əhvəzi bi-şərh Səhih əl-Tirmizi, 4-cü cild, s.276).

Mukovissidoz like
  • 29 Yan 23:45  
Digərləri Mukovissidoz

Mukovissidoz - irsi sistem xəstliyidir. Bu zaman bütun sekresiya vəzləri: m�

arrow Ətraflı
Türkiyədə Finlandiyanın NATOya üzvlük müraciətinə like
  • 29 Yan 23:42  
Siyasət Türkiyədə Finlandiyanın NATOya üzvlük müraciətinə

Türkiyə Finlandiyanın NATO-ya üzvlük müraciətinin qəbul edilməsinə mü

arrow Ətraflı
Qəhvənizə bir qaşıq əlavə edin, xərçəngdən qorunun – like
  • 29 Yan 23:35  
Digərləri Qəhvənizə bir qaşıq əlavə edin, xərçəngdən qorunun –

Kokos və qəhvə ikilisinin faydaları təəccübləndirir. Siz də qəhvəniz�

arrow Ətraflı
İynə insult şübhəsi zamanı sizin köməyinizə çata bilər like
  • 29 Yan 23:30  
Digərləri İynə insult şübhəsi zamanı sizin köməyinizə çata bilər

İnsult beyin damarlarının patologiyası səbəbli meydana çıxır. Bu zaman

arrow Ətraflı
"Evin pərdəsini açıbbağlayır, mənə işarə verirdi"  Zaqataladakı like
  • 29 Yan 23:28  
Digərləri "Evin pərdəsini açıbbağlayır, mənə işarə verirdi" Zaqataladakı

Zaqatala rayonunda 1949-cu il təvəllüdlü Aydın şəxsi münasibətlər zəm

arrow Ətraflı
Su kanalına aşan maşında ölənlərin like
  • 29 Yan 23:27  
Digərləri Su kanalına aşan maşında ölənlərin

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata gör�

arrow Ətraflı
4 min il yaşı olan qara bibərin 12 faydası – like
  • 29 Yan 23:25  
Digərləri 4 min il yaşı olan qara bibərin 12 faydası –

Qara istiot 4 min ildən artıqdır ki, mövcuddur. Qədim zamanlarda qara istio

arrow Ətraflı
Orxan Əsgərovun cənazəsi ailəsinə təhvil verildi  FOTO like
  • 29 Yan 23:23  
Siyasət Orxan Əsgərovun cənazəsi ailəsinə təhvil verildi FOTO

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əs

arrow Ətraflı
“İrandan tələb edilib ki, cinayət şəffaf araşdırılsın” like
  • 29 Yan 23:21  
Siyasət “İrandan tələb edilib ki, cinayət şəffaf araşdırılsın”

Azərbaycanın İrandaki səfirliyinə edilən hücum BMT, NATO, Avropa İttifaq

arrow Ətraflı
Nə üçün “Tövbə” surəsi “Bismillah” ilə başlanmır? like
  • 29 Yan 23:20  
Digərləri Nə üçün “Tövbə” surəsi “Bismillah” ilə başlanmır?

Bəraət" surəsinin məzmunundan göründüyü kimi, bu surədə müşrikl

arrow Ətraflı
İflicin diaqnozunu qoymaq asanlaşdı like
  • 29 Yan 23:15  
Digərləri İflicin diaqnozunu qoymaq asanlaşdı

Bəzi  hallarda  iflicin  diaqnozunu  qoymaq  çətinlik  törədir. Hər�

arrow Ətraflı
Rəyə əsasən təfsir nə deməkdir? like
  • 29 Yan 23:10  
Digərləri Rəyə əsasən təfsir nə deməkdir?

İslam təfsirçiləri və alimləri bu fikirdədirlər ki, kimsə Quranı öz n

arrow Ətraflı
Duzlu və şoraba yeyənləri bu ağır xəstəlik gözləyir – like
  • 29 Yan 23:05  
Digərləri Duzlu və şoraba yeyənləri bu ağır xəstəlik gözləyir –

Çox duzlu qidalara, turşuya, şorabaya bağlılıq, meyillik gələcəkdə hə

arrow Ətraflı
"İran terror aktı və ağır nəticələri ilə bağlı məsuliyyət daşıyır" like
  • 29 Yan 23:03  
Siyasət "İran terror aktı və ağır nəticələri ilə bağlı məsuliyyət daşıyır"

"Yanvarın 27-də təqribən saat 08:30 radələrində Azərbaycanın İran

arrow Ətraflı
“Təəssüf ki, qonşu dövlətdən şəhid aldıq” like
  • 29 Yan 23:02  
Siyasət “Təəssüf ki, qonşu dövlətdən şəhid aldıq”

"Təəssüf ki, qonşu dövlətdən şəhid aldıq. Azərbaycan səfirliyi

arrow Ətraflı