Mollaların düyməsindən asılanlar: üzüqara Tehranın


Siyasət 27 Yan 2023 22:54:00 429 0

Mollaların düyməsindən asılanlar: üzüqara Tehranın

Ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktı, səfirlik binasına soxulan Yunis Hüseynzadə adlı mərəndli şəxsin qarşısına çıxan hər kəsi "Kalaşnikov" avtomatından atəşə tutması ilə bağlı dünyanın çeşidli dövlətləri, təşkilatları, dövlət və hökumət başçıları, siyasətçiləri, ictimai xadimləri, ən nəhayət, adi vətəndaşları başsağlığı verdilər.

Səfirliyin mühafizə xidmətinin rəisi şəhid olub, iki vətəndaşımız yaralanıb.

Elementar məntiqə görə, istintaq başa çatmamış terror aktı ilə bağlı ehkam tipli açıqlamalar verilməməlidir. Verilirsə, belə bəyanatların müəllifləri ya sadəlövh və məlumatsız insanlardır, ya da yaranmış vəziyyətdən öz maraqları üçün faydalanmağa çalışanlar, ya da sifariş yerinə yetirənlər.

Həmişə olduğu kimi, bu dəfə də məhz sifariş yetirənlərin səsi daha bərk çıxdı.

İlk əvvəl İranın "müstəqil", əslində isə Tehrandakı klerikal rejimin tam və total nəzarətində olan media strukturları hərəkətə gəldilər.

Onlar Mərənd şəhərinin sakini, 50 yaşlı Yunis Hüseynzadənin güya "sırf ailə-məişət zəminində" qanlı cinayət törətdiyini vurğuladılar.

Buyurdular ki, sən demə, Y.Hüseynzadənin xanımı Azərbaycan vətəndaşıdır, 9 aydır "səfirlikdə saxlanılır", ər də "bu aylar ərzində dəfələrlə etdiyi müraciətlərə rəğmən, arvadının səfirlikdən çıxarılmasına və azad olmasına nail ola bilməyib, rüşvət verib, aldadılıb" və s.

Sən demə, Y.Hüseynzadə Tehrandakı səfirliyimizin qarşısına 12 və 14 yaşlı iki övladı ilə məhz "azərbaycanlı diplomatların etinasızlığına və laqeydliyinə etiraz" üçün gəlibmiş.

Fəqət, hadisə anlarının görüntüləri bunun tam tərsini deyir.

Terrorçu plana əsasən kənardan saatlardır səfirliyin ətrafındakı maşında müşahidə aparır, Azərbaycan səfirliyinin əməkdaşlarının binaya daxil olmasını gözləyir. Bu müddətdə səfirliyin qarşısındakı İran polisi şübhəli maşına yaxınlaşıb, nədən saatlardır eyni yerdə dayandığını ondan soruşmur. Çünki planda onun yoxlanılması olmamalıdır.

Terrorçu özünə arxayındır, ətrafdakı polisin ona mane olmayacağını bilir. Bu anda Azərbaycan səfirliyində çalışan əməkdaşların maşını binanın qarşısına yaxınlaşır. Terrorçu bilir ki, sürətlə maşınını səfirlik əməkdaşlarının maşının arxasına çırpsa, səsə reaksiya verən səfirlik əməkdaşları nəyin baş verdiyini öyrənmək üçün çölə çıxacaqlar, elə də olur. Terrorçu qapının açılmasından istifadə edərək İran polisinin susqunğulu fonunda, hətta polisə əl edərək "Sənlik bir iş yoxdur" deyərcəsinə "Kalaşnikov" avtomatı ilə səfirlik binasına daxil olur.

Sonrası məlumdur.

Bunun nəyi "məişət zəminində" baş verən basqındır?! Yüksək peşəkarlıqla hazırlanan terror aksiyasıdır.

Y.Hüseynzadənin İran telekanallarına və informasiya agentliklərinə verdiyi müsahibələrə gəldikdə isə...

İran mollakratiyası nəzarətindəki telekanallarla informasiya agentliklərinin mənsublarını Tehrandakı səfirliyimizdə terror aktı törətmiş mərəndli Yunis Hüseynzadədən müsahibələr almağa səfərbər edib.

Başındakı hicab azacıq aşağı sürüşdüyünə görə tutulan və vəhşicəsinə döyülərək öldürülən Məhsa Əminini qətlə yetirən rejim özünü "mediativ, demokrat və transparent" göstərməyə çalışır.

Başlıca məqsəd isə baş verənin terakt yox, "ailə-məişət zəminində səfirliyinə hücum" qismində qələmə verməkdir.

Xarici ölkənin səfirliyinin binasına "Kalaşnikov"la soxulan, iki nəfəri yaralayıb bir nəfəri qətlə yetirən terrorçu rahat şəkildə müsahibələr verir.

Belə absurd heç Norveçdə, Cənubi Koreyada və ya Hollandiyada belə, mümkün deyil: orada terror aktında suçlanan adamdan telekanallarla informasiya agentlikləri cinayətdən dərhal sonra sıraya düzülüb müsahibələr almırlar.

Demokratiyanın belə mollakratik eybəcər təzahürü Qərbin ağlına belə, gələ bilməz.

Amma İran edir və çox biabırçı, rüsvayçı mənzərə yaşanır.

Tehran nəyin bahasına olursa-olsun, teraktı "qəddarcasına törədilsə də, adi cinayət" kimi ölkə vətəndaşlarına həzm etdirmək fikrindədir.

Amma bunu mollakratiyaya xas primitivlik və idiotizmlə etdiyindən nəticə tam əks olur.

Belə bir vəziyyətdə İranın mollakrat rejiminin propaqandasının primitiv tezislərini sənədlərdə "azərbaycanlı" kimi göstərilən Azərbaycansızlar az qala sözbəsöz təkrarlayırlar.

"Azad söz" YouTube kanalanını sahibi, tutduğu mövqenin əqidə, səbat və vətənpərvərlikdən çox uzaq olduğu Tural Sadıqlı qaçaraq video paylaşır.

Təngənəfəs halda kamera qarşısına keçən bu siyasət Qavroşu "Azərbaycanın Tehrandakı səfirliyinə hücumun detallarından danışacağam" deyərək rəsmi Tehranın həmin vaxta tirajladığı ifadələri olduğu kimi təkrarlayır.

O, törədilən teraktda az qala səfirlik əməkdaşlarını suçlayır.

Daha sonra sosial şəbəkələrdə "Müsəlman Birliyi Hərəkatı"nın (MBH) bəyanatı yayılır. MBH bəyanatında "cinayəti qınayır və müqəssirin hansı motiv və hansı səbəb üzərindən cinayəti gerçəkləşdirməsindən asılı olmayaraq sərt şəkildə cəzalanmasını tələb edirik" ifadəsi yer alır.

Lakin bu, zahiri effektə hesablanmış gedişdir: gerçəkdə isə hazırda həbsdə olan Taleh Bağırovun tərəfdarları sosial şəbəkələrdəki profillərində səfirliyinə hücumda "Qərbin, ABŞ-ın və İsrailin əli olduğuna" şübhə etmədiklərini vurğulayır, "Azərbaycanla İranı düşmən etmək istəyən qüvvələr NATO-nu Bakıya gətirməyə can atırlar" yazırlar.

Yenə də rəsmi Tehranın narrativləri təkrarlanır, İran rəsmilərinin, siyasətçilərinin və mediasının açıqlamalarının leytmotivini təşkil edən tezislər tirajlanır.

Bir qədər keçir, Azərbaycandan qaçaraq İrana sığınmış Orxan Məmmədov, Tohid İbrahimbəyli, İsgəndər Hüseynov və Rövşən Əsədov aktivləşirlər.

Onlar diplomatlarımıza qarşı terror aktını az qala "Bakının hazırladığı və həyata keçirdiyi, İrana qarşı yönəlmiş çirkin əməl" kimi təqdim edirlər.

Orxan Məmmədov kamera qarşısında həyəcanına və təlaşına hakim ola bilmədiyindən əlindəki kağız parçalarında yazılmış sözlərə uyğun danışır.

Bu, aşkar görünür: çünki "indi də başqa nöqtəyə toxunmaq istəyirəm" deyərək kağızda sıralanmış göstərişləri bir daha oxuyur, anlamağa çalışır, amma alınmır.

"Şeyx" adlandırılan Orxan Məmmədov çıxışını hazırlamadığından, hər şey tələsik və spontan olub.

Eynən onun, habelə Tohid İbrahimbəyli, İsgəndər Hüseynov və Rövşən Əsədovun "rəhbərlik" etdikləri, Azərbaycanda "Kərimə dövlət" qurmaq üçün yaradıldığı "bəyan" edilən "Hüseyniyyun"un bütün aksiyaları kimi.

İrandakı teokratiyanın təbliğat maşının kiçik hissəsinə çevrilən, üzüqara Tehranın simasız marionetləri olan bu fiqurlar hərəkət salınan düymə basılan kimi aktivləşirlər.

... Tehrandakı din xadimləri və dövlət məmurları arasında xitablar zamanı "nökərinizəm, ağa" ifadəsi iltifat forması, nəzakət izharı sayılır.

Lakin sənədlərdə azərbaycanlı, gerçək həyatda isə azərbaycanlılıqdan çox uzaq olan marionetlərdə həmin naqolay "nəzakət izharı" yaşam formasına çevrilib.

Tehrandakı ağaların nökərləri, Vətənə qarşı düşmən kəsilən vətənsizlər bu gün də sosial şəbəkələrdə şeytanın gizləndiyi meydanı sulamağa çalışırdılar.

Şeytansa nökərlərini ortaya buraxaraq kənarda durub təlimatlarını yerinə yetirənləri ikrahla seyr edir.

Çünki bütün təlimatlara rəğmən, həmin zavallılar buyruğu tam yerinə yetirə bilmirlər.

Elçin Alıoğlu Son.az

Xomeyninin evinə bomba ilə hücum edildi like
  • 27 Yan 22:52  
Dünya Xomeyninin evinə bomba ilə hücum edildi

İranın Qum şəhərində etirazçı gənclər Xomeyninin evinə əldəqayırma

arrow Ətraflı
Nəsib Məhərrəmov vəfat edib like
  • 27 Yan 22:47  
Kriminal Nəsib Məhərrəmov vəfat edib

Əməkdar mədəniyyət işçisi Nəsib Məhərrəmov vəfat edib.

arrow Ətraflı
Misir Prezidenti Azərbaycanın işgüzar dairələri ilə görüşüb  FOTO like
  • 27 Yan 22:35  
Digərləri Misir Prezidenti Azərbaycanın işgüzar dairələri ilə görüşüb FOTO

Misir Prezindeti Əbdülfəttah əs-Sisi Azərbaycanın işgüzar dairələri il

arrow Ətraflı
Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qəti şəkildə pisləyir like
  • 27 Yan 22:29  
Siyasət Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qəti şəkildə pisləyir

Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan dərin tə�

arrow Ətraflı
İran rus səfiri də eyni bəhanə ilə öldürmüşdü like
  • 27 Yan 22:24  
Siyasət İran rus səfiri də eyni bəhanə ilə öldürmüşdü

1829-ci ildə Tehrandakı Rusiya səfirliyinə hücum, səfir Qriboyedovun qətl

arrow Ətraflı
Aİ İrandakı səfirliyə hücumla bağlı Azərbaycan dilində paylaşım edib like
  • 27 Yan 22:17  
Siyasət Aİ İrandakı səfirliyə hücumla bağlı Azərbaycan dilində paylaşım edib

Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə üzrə Ali Nümayənd

arrow Ətraflı
Bakının bu küçəsində hərəkət like
  • 27 Yan 22:12  
Digərləri Bakının bu küçəsində hərəkət

Paytaxtın Səbail rayonu Ziya Yusifzadə küçəsində yolun bir hissəsi bağl

arrow Ətraflı
Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir like
  • 27 Yan 22:06  
Siyasət Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində həlak ol

arrow Ətraflı
Erməni hərbçinin meyiti qarşı tərəfə verildi like
  • 27 Yan 21:54  
Siyasət Erməni hərbçinin meyiti qarşı tərəfə verildi

Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını qarşı tərəfə

arrow Ətraflı
450 min sənədsiz evlə bağlı ŞAD XƏBƏR  “Qeydiyyata alınması üçün…” like
  • 27 Yan 21:47  
Digərləri 450 min sənədsiz evlə bağlı ŞAD XƏBƏR “Qeydiyyata alınması üçün…”

Azərbaycanda qanunsuz tikilmiş 450 min sənədsiz evlə bağlı qanun layihəs

arrow Ətraflı
Avropa İttifaqı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib like
  • 27 Yan 21:41  
Siyasət Avropa İttifaqı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib

Avropa İttifaqı (Aİ) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuml

arrow Ətraflı