Daşların sehirli gücü
Digərləri 27 Yan 2023 22:01:00 345 0
Bu xəbəri də oxu: Bakıda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın
Daşlar haqqında məlumatlar qədim kitablardan qaynaqlanır. Həmin məlumatlar daha çox inanca əsaslansa da, sonralar onun elmi tərəfləri də araşdırılmağa başlanılıb. O vaxt almazı cəsarət və qorxmazlığın simvolu kimi görsələr də, indi onun ən bərk metalları belə aşılaya bildiyi məlumdur. Əvvəllər kvarsın gizli və sehrli enerjiyə malik olmasına inansalar da, mexaniki güc tətbiq edilərkən onda elektrik gərginliyi yarandığı, kəhrəbada qoruyucu keyfiyyət olduğu üzə çıxdı.
Həmsöhbətimiz Nazir Nağıyev 12 ildir ki, bu sahə ilə maraqlanır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olan gemmoloq hələlik 12 təbii daş əldə edib və onların kimyəvi tərkibi, enerjisi, mistik və müalicəvi xüsusiyyətlərini öyrənir. Gemmoloqun dediyinə görə, daşlar özü də bir neçə yerə bölünür. Kvars, ametist, əqiq mineral, almaz, sapfir, yaqut, aleksandrit və s. müalicəvi daşlar sayılır. Zümrüd, almaz, yaqut, turmalin bəzək əşyaları, nefrit, lapis, oniks və s. əl işləri üçün istifadə olunan daşlardır.
Son.az bildirir ki, N.Nağıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: "Belə hesab edilir ki, daşların vibrasiyası insan orqanizminin vibrasiyasına bərabərdir və orqanizmdə energetik axını optimal formada stimullaşdırır. Daşlarla müalicə alternativ təbabətin inkişafında yeni bir sahə sayılır və onu bəzən XXI əsrin təbabəti də hesab edirlər. Qiymətli daşların qan qrupuna uyğun təsnifatına görə, sarımtıl-narıncı rəngdən qırmızı, purpur rəngə qədər olan daşlar I, qırmızı, narıncı, mavi, yaşıl və bənövşəyi rənglərdə olanlar III, mavi və yaşıl rənglərdə olanlar II və IV qan qrupları üçün düşərlidir".
Onun verdiyi məlumata görə, nefrit daşında yaradılışın işarəsi, mifi görmək olar. Onunla ehtiyatlı olmaq lazımdır, onda keçmişlə gələcəyi qovuşdurmaq gücü var. Gemmoloq deyib: "Hematit qalibiyyət daşıdır, tərkibində dəmirlə zəngindir, onun mistikası həmişə qələbəyə səsləyir. Zümrüd bərəkət, kəhrəba təmizlik daşıdır. Turmalin gərginliyi aradan qaldırır. Opal daşı dəriyə təmas edir, dəri xərçənginə təsir edir əqiq təzyiqi stabilləşdirir, qanaxmanı dayandırır. Alın, gicgah və göz ağrısı zamanı kvarsdan, baş ağrısı zamanı ametistdən, xrizolit və sitrindən istifadə edilir. Nefrit ürək xəstəliyinə xeyirdir, sapfir yaddaşı gücləndirir, düşüncəni dəqiqləşdirir, sinirləri sakitləşdirir. Lakin yaqut və sapfir daşını taxarkən əsəbiləşmək olmaz, çünki əsəbi lap qaldırır. Firuzə daşı on iki xəstəliyin dərmanıdır. Əsasən görmə qabiliyyətinin qorumasında xüsusən xeyirlidir, ondan eynək taxanların istifadə etməsi məsləhətdir. Mədəaltı vəziyə, alındakı ağrılar, epilepsiyaya, dil qatlanmaya qarşı faydalıdır. Bütün daşları suya salıb içmək olar, minerallarla əlaqədə olan distillə olunmamış su çox faydalıdır".
Həmsöhbətimiz qeyd edib ki, mineral daşlar suyu gec süzsə də, tərkibini tam təmizləyir və başqa heç bir filtrdə ona nail olmaq mümkün deyil. Müxtəlif daşların ayaq altına yığılması, onların üzərində yerimə, əllərin həmin daşlara sürtülməsi, eyni zamanda masaj seansların, məsələn, onurğa və kürək üzərinə daşlar qoyulması birbaşa sinir sisteminə və enerjiyə müsbət təsir göstərir, yorğunluq və yüklənmədən azad edir.
Onun dediyinə görə, akvamarin əsəbləri sakitləşdirir, düşüncənin aydınlaşması və yaradıcılıq qabiliyyətinin üzə çıxmasında böyük rol oynayır. Kvars beyinə xəbərdarlıq edir, neqativ enerjini pozitivə çevirir. Əqiq daşı güc və uğur gətirir, bəd nəzərdən də qoruyur. Mirvari sadəlik və gözəllik nişanəsidir, eyni zamanda müdrikliyin simvolu olaraq da qəbul edilir. Hətta qədim zamanlarda onun ana südünü artırdığına da inanırdılar. Zümrüd bədəni və ruhu təmizləyir, mərhəməti, sevgini, səmimiyyəti və sədaqəti ifadə edir. Çəhrayı kvars sevgi daşıdır, hematit, baş ağrıları və qan azlığının müalicəsi üçün xeyirlidir. Kəhrəba daşı gərginlik və yorğunluğu aradan qaldırır. Firuzə miqren və baş ağrılarına kömək edir.
Söhbətimizin sonunda gemmoloq bir sıra məsləhətlər də verib: "Əsəbi xəstəliyi olanlar əqiq və ya zümrüd daşı gəzdirməlidir. Zümrüd yayda taxılmamalıdır, çünki Günəşlə əlaqəyə girəndə rəngi sola bilər. Ona görə də payızda taxmaq daha düzgündü. Çox qəmgin və neqativ fikirli olanların da zümrüd daşı taxması məsləhətdir. Özünə qapananlar yaqut və sapfir taxmalıdır ki, cəmiyyətə qaynayıb qarışsınlar. Əsəbi vaxtda almaz daşı ilə gəzmək olmaz, o əsəbin daha güclənməsinə səbəb olur. Nefrit taxan yalan danışmamalıdır. Cəsarətsiz olanlar qara almaz, şələ daşı taxmalıdır. Panik atak zamanı yaqut, yaşıl, sarı və adi sapfir gəzdirmək faydalıdır. Xrizolit, turmalin, opal, gül rəngli kvars sevgi daşlarıdır, qarşılıqlı hissləri ifadə etməyə kömək edir".
Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını qarşı tərəfə
Azərbaycanda qanunsuz tikilmiş 450 min sənədsiz evlə bağlı qanun layihəs
Avropa İttifaqı (Aİ) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuml
Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumun
Türkiyəli aktrisa Hafsanur Sancaktutan yeni reklam təklifi alıb.
"Çakal" ləqəbi ilə tanınan türkiyəli məşhur reper Emirhan Ça
Türkiyənin İstanbul şəhərində bir evin həyətində saxlanılan xoruzun f
İrandakı Azərbaycan səfəriliyinə edilən terror hücumuna görə məsuliyy
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid o
Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakist
Türkiyəli aktrisa Hazal Kayanın son açıqlaması tənqid hədəfinə çevril
Azərbaycanda 5 mindən çox şəxs mənzil fırıldağı ilə bağlı zərərç
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qar