Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası qəbul edildi


Digərləri 26 Yan 2023 15:35:00 366 0

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası qəbul edildi

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası qəbul edildi.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün Qərbi Azərbaycan İcmasın müşahidə şurasının yekun iclasındə qeyd edilib.

Giriş

1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" kimi təsis edilmiş, 2022-ci ildə "Qərbi Azərbaycan İcması" adını almış təşkilat (İcma) indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur.

Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Problemin təsviri

Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımılarından böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatmışdır. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır.

Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Bu aktların, o cümlədən 1918-21-ci illərdə "Ermənistan respublikası", "Dağlıq Ermənistan respublikası" adlanan qurumların, Sovet İttifaqının, ələlxüsus, Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgələri Ermənistana vermiş və yüz min azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və Ermənistan SSR-nin 1987-91-ci illərdə törətdiyi əməllərin nəticələri hələ də qalmaqdadır.

Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbirstanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib. Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində şöhrətləndirilir.

Presedenti olmayan bu haqsızlıq Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaratmış və onları Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı iddialara, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirib.

Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir.

Hədəf, məqsədlər və yanaşma

İcma ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir. Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri aşağıdakılardır:

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi; Geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması; Geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi; Beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və re-inteqrasiyasının təmin edilməsi. Qərbi azərbaycanlıların onilliklər ərzində legitim nümayəndəsi kimi İcma qayıdış prosesində fəal rol oynayacaq, maraqlı tərəf kimi aidiyyəti dövlətlər və beynəlxalq təşkilatlar ilə dialoq və əməkdaşlıq aparmaq və onlar tərəfindən legitim tərəf müqabili kimi tanınmaq üçün səy göstərəcək.

Qərbi azərbaycanlıların onlara uzun müddət ərzində qayğı göstərmiş Azərbaycan ilə xüsusi bağları nəzərə alınmalı və öz yurdlarına qayıtdıqdan sonra onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsinə imkan yaradılmalıdır.

Qayıdış prosesi Qərbi azərbaycanlıların qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasını bərpa etməlidir. Qovulmuş azərbaycanlıların qayıdış zamanı müxtəlif bəhanə və hüquqi fəndlərlə pərakəndə səpələnməsi cəhdləri irqçiliyin bir forması və re-inteqrasiyaya maneə olan zərərli yanaşma kimi rədd ediləcək. Bu prinsipdən yayınma ancaq aidiyyəti şəxslərin sərbəst iradəsi və razılığı əsasında baş verə bilər.

Qovulmuş şəxsin geriyə qayıtmaq barədə qərarı könüllü olmalı və onun bu qərarı verə bilməsi üçün ona hüquqları və imkanlar barədə tam məlumat verilməlidir. Müvafiq hüququ olan şəxsin geriyə qayıtmaq qərarını ancaq ləyaqətli və təhlükəsiz şəkildə evinə dönməyin mümkün olmasını, o cümlədən, qayıdış prosesi zamanı və qayıtdıqdan sonra həyatını qura bilməsi üçün müvafiq zəmanət və yetərli həcmdə resurs ayrılacağını, tarixi vətənində fərdi və kollektiv hüquqlarının təmin ediləcəyini yəqin etdikdən sonra verə biləcəyi nəzərə alınmalıdır.

Qayıdış prosesi zamanı qadınlar, uşaqlar və sosial baxımdan həssas əhali qrupuna aid edilən şəxslərin maraqları əsas prioritet kimi nəzərə alınacaq, "Qadınlar, sülh və təhlükəsizlik" yanaşması daxil olmaqla bu sahədə beynəlxalq aləmdə qəbul olunan mütərəqqi konsepsiya və standartlar qayıdış prosesində aparıcı yer tutacaq.

İcma ötən iki əsr ərzində erməni və Azərbaycan xalqları arasında dərin nifaq olduğunu və Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətləri nəticəsində hal-hazırda əhəmiyyətli sayda insanın təhlükəsizlik problemlərindən əziyyət çəkdiyini anlayır və yaranmış bütün siyasi, təhlükəsizlik, hüquqi, sosial və humanitar problemlərə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü hesab edir. İcma təhlükəsizlik problemlərinin sülh yolu ilə tənzimləməsi zamanı humanitar təcililiyi obyektiv kriteriya kimi qəbul etməklə bərabər, davamlı sülhün bərqərar edilməsində ədalətsizliyin və hüquq pozuntusunun baxılmamış qalma müddətini beynəlxalq diqqətin yetirilməsi üçün əsas kriteriya hesab edir.

Belə ki, hüquq pozuntusu və ədalətsizlik nə qədər öz həllini tapmamış qalırsa, bir o qədər cəzasızlıq hissi güclü olur və daha böyük ədalətsizlik törəyir. Bu, öz növbəsində fait accompli və bir ədalətsizliyi daha böyük ədalətsizlik törətməklə unutdurmaq kimi qeyri-insani, zərərli və təhlükəli taktikaları təşviq edir. Bu baxımdan İcma hesab edir ki, böyük haqsızlığa məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpası məsələsi regional təhlükəsizliyin və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin bərpa olunması kontekstində ən ilk sırada baxılmalı olan vəzifədir.

Planlama və icranın əsas mövzuları

İcma geriyə qayıtma hüququnun beynəlxalq hüququn və insan hüquqlarının ali prinsipi olmasından çıxış etməklə bərabər, bu prosesin asan olmayacağını nəzərə alır. İcma geriyə qayıtma hüququnun reallaşmasına əsas maneənin Ermənistanın müqaviməti olacağını gözləyir. Bundan əlavə, qayıtma prosesi əhəmiyyətli ölçüdə hüquqi məsələlərin həllini, təhlükəsizlik komponentini və böyük miqdarda resurs əldə edilməsini ehtiva edir. Bütün bu vəzifələrin həlli Azərbaycan və Ermənistan ilə yanaşı, geniş beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsini tələb edir.

İcma repatriasiya prosesinin bütün mərhələlərində mərkəzi rol alacaq və repatriasiya başa çatdıqdan sonra da öz fəaliyyətini davam etdirəcək.

Konseptual olaraq, qayıdışın əsas mövzularına dair İcmanın mövqeyi aşağıdakı kimidir.

Beynəlxalq hüquqi çərçivə və zəmanət

İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən, hüquqi baxımdan məcburi olan, müvafiq verfikasiya və zəmanət mexanizmini ehtiva edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsində də təsbit olunmasına çalışacaq.

Qayıdışın beynəlxalq hüquqi çərçivəsinin formalaşdırılması üçün İcma Azərbaycan Respublikası hökuməti, Ermənistan Respublikası hökuməti, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, region ölkələri və digər aidiyyəti dövlətlər və təşkilatlar ilə təmaslara başlayacaq.

İcmanın üzvlərinin müəyyən edilməsi və siyahıyaalınması

 

 
“Çiçəklər” adlı etüd keçiriləcək like
  • 26 Yan 15:30  
Kriminal “Çiçəklər” adlı etüd keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttif

arrow Ətraflı
Ordumuz Daşaltının daş altında yatan qisasını Vətən müharibəsində aldı  FOTO like
  • 26 Yan 15:29  
Digərləri Ordumuz Daşaltının daş altında yatan qisasını Vətən müharibəsində aldı FOTO

Bu gün Azərbaycan Ordusunun 1992-ci ilin yanvarın 25-i başlayıb bir gün so

arrow Ətraflı
Sahibkarların kreditlərinə subsidiya verilmə müddəti 2 il müddətinə artırıldı like
  • 26 Yan 15:26  
Siyasət Sahibkarların kreditlərinə subsidiya verilmə müddəti 2 il müddətinə artırıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İpoteka və Kredit

arrow Ətraflı
Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında qanun təsdiqləndi like
  • 26 Yan 15:22  
Siyasət Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında qanun təsdiqləndi

Prezident İlham Əliyev Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqq

arrow Ətraflı
“Kurtlar Vadisi”nin daha bir aktyoru vəfat etdi  FOTO like
  • 26 Yan 15:21  
Şou-biznes “Kurtlar Vadisi”nin daha bir aktyoru vəfat etdi FOTO

"Kurtlar Vadisi" serialındakı Bedir obrazı ilə tanınan aktyor Le

arrow Ətraflı
Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir?  Səbəbi bu VİDEOda like
  • 26 Yan 15:00  
Digərləri Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? Səbəbi bu VİDEOda

Qızdırıcı cihazlar standartlara və evin həcminə uyğun gəlməyəndə abo

arrow Ətraflı
Rasim Balayevin səhhətində problem yarandı like
  • 26 Yan 14:49  
Şou-biznes Rasim Balayevin səhhətində problem yarandı

Xalq artisti Rasim Balayevin səhhətində problem yaranıb.

arrow Ətraflı
“Breyn Rinq” bazar günü İTVnin efirində nümayiş olunacaq like
  • 26 Yan 14:48  
Digərləri “Breyn Rinq” bazar günü İTVnin efirində nümayiş olunacaq

Azərbaycanın ən intellektual oyunlarından biri - "Breyn Rinq"i baz

arrow Ətraflı
Makron Azərbaycan ərazisinə yerləşmək istəyir  Ermənilər like
  • 26 Yan 14:40  
Siyasət Makron Azərbaycan ərazisinə yerləşmək istəyir Ermənilər

"Ötən il Avropa Siyasi Birliyinin təhsis sammiti çərçivəsində Çexi

arrow Ətraflı
"Elementar şeydən ötrü insanlar getgələ salınır"  Deputat like
  • 26 Yan 14:29  
Digərləri "Elementar şeydən ötrü insanlar getgələ salınır" Deputat

"Abşeronda torpaqlar Suraxanıdan Binəqədiyə qədər aydınlaşdırılm

arrow Ətraflı
Özcan Dənizin gizli baş tutan toyundan  FOTOlar like
  • 26 Yan 14:20  
Şou-biznes Özcan Dənizin gizli baş tutan toyundan FOTOlar

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Özcan Dəniz iranlı sevgilisi

arrow Ətraflı
Soğanın bahalaşmasına səbəb nədir?  VİDEO like
  • 26 Yan 14:09  
Digərləri Soğanın bahalaşmasına səbəb nədir? VİDEO

Gündəlik qida məhsulu olan soğan sürətlə bahalaşır.Soğanın qiyməti s

arrow Ətraflı
“Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilir  FƏRMAN like
  • 26 Yan 14:01  
Siyasət “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilir FƏRMAN

Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Azərbaycan Respu

arrow Ətraflı
Bu torpaqlarda tikinti qadağan edilir like
  • 26 Yan 14:00  
Digərləri Bu torpaqlarda tikinti qadağan edilir

Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, d

arrow Ətraflı