Ordumuz Daşaltının daş altında yatan qisasını Vətən müharibəsində aldı FOTO
Digərləri 26 Yan 2023 15:29:00 370 0
Bu gün Azərbaycan Ordusunun 1992-ci ilin yanvarın 25-i başlayıb bir gün sonra uğursuzluğa düçar olan Daşaltı əməliyyatından 31 il ötür. Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat o gün uğursuz olsa da, illərlə təkmilləşən Azərbaycan ordusunun gücü nəticəsində bugün artıq 3 ildir ki, Daşaltıda üçrəngli şanlı bayrağımız dalğalanır.
Bu xəbəri də oxu: Qəzaya uğrayan 9 rusiyalı təxliyə edildi
26 yanvar 1992-ci il Azərbaycan ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa müdafiə taborunun döyüşçüləri Daşaltı kəndini azad etmək üçün hərəkətə başladı. Əsgərlərin arasındakı rabitəsizlik və taktiki səhvlər ordunun pusquya düşməsinə və əməliyyatın uğursuzluqla nəticələnməsinə səbəb olur.
94 nəfərin şəhid olduğu, xeyli sayda əsgərin yaralandığı və hətta itkin düşdüyü çətin əməliyyatda könüllü döyüşçülərin qəhrəmancasına mübarizəsində düşmən də xeyli sayda itki verir.
Daşaltı əməliyyatının iştirakçısı Fərman Vəliyev Trend-ə hücuma keçdikləri gecədən danışıb.
"Kəndə daxil olanda dumana düşdük. Digər bölüklərlə rabitə kəsilmişdi. Yolu tanımırdıq, deyə azmışdıq. Bütün bunlar çox şəhid verməyimizə səbəb oldu. Yüksəklikdə olduğumuz halda komandanlığın səriştəsizliyi nəticəsində məğlub olduq. Daşaltını da, Şuşanı da itirdik. Lakin 44 günlük Vətən müharibəsində vahid komandanlığın və güclü ordunun sayəsində qələbə qazandıq. Şəhidlərimizin qisası yerdə qalmadı", - deyə o qeyd edib.
44 günlük Vətən Müharibəsində də Daşaltı kəndi Şuşaya açılan qapı hesab olunurdu. İllərlə aparılan ordu quruculuğu nəticəsində Azərbaycan Ordusunun peşəkar şəxsi heyəti Daşaltıdan başlayaraq Şuşaya qədər tarix dərslərinə tədris olunacaq uğurlu bir əməliyyatla doğma torpaqlarımızı işğaldan azad etdi.
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İpoteka və Kredit
Prezident İlham Əliyev Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqq
"Kurtlar Vadisi" serialındakı Bedir obrazı ilə tanınan aktyor Le
Qızdırıcı cihazlar standartlara və evin həcminə uyğun gəlməyəndə abo
Xalq artisti Rasim Balayevin səhhətində problem yaranıb.
Azərbaycanın ən intellektual oyunlarından biri - "Breyn Rinq"i baz
"Ötən il Avropa Siyasi Birliyinin təhsis sammiti çərçivəsində Çexi
"Abşeronda torpaqlar Suraxanıdan Binəqədiyə qədər aydınlaşdırılm
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Özcan Dəniz iranlı sevgilisi
Gündəlik qida məhsulu olan soğan sürətlə bahalaşır.Soğanın qiyməti s
Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Azərbaycan Respu
Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, d
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Az
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşın�
Prezident İlham Əliyev Ə.C.Əhmədovun "Şərəf" ordeni ilə təlt