Makron Azərbaycan ərazisinə yerləşmək istəyir Ermənilər
Siyasət 26 Yan 2023 14:40:00 365 0
"Ötən il Avropa Siyasi Birliyinin təhsis sammiti çərçivəsində Çexiyanın paytaxtı Praqada Azərbaycan və Ermənistan lideri arasında keçirilmiş görüş nəticəsində bir sıra razılıqlar əldə olundu".
Bu xəbəri də oxu: İran Prezidenti İlham Əliyevə başsağlığı verib
"Brüssel formatının davamı kimi dəyərləndirilən və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə keçən görüşdə Aİ-nin mülki missiyasının Ermənistan ərazisində 2 ay müddətinə monirtorinq həyata keçirmək məqsədi ilə ezam edilməsi qərara alındı. Bu missiya öz fəaliyyətini dekabrın 19-da başa çatdırdı. Lakin daha sonrakı dönəmdə 2 illik müddətə 200 nəfərlik heyyətin göndərilməsi haqqında qərarın Azərbaycanın razılığı olmadan və iştirakı nəzərdən keçirilmədən qəbul olunması bütün beynəlxalq normalara ziddir. Çünki bu missiya həm də Azərbaycanla sərhəddə yerləşdiriləcək.
Nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında sərhəd müəyyənləşdirilməyib, delimitasiya və demarkasiya prosesi icra olunmayıb və belə olan təqdirdə haqlı bir sual meydana gəlir: Bu missiya hansı məqsədi daşıyır, hansı qüvvə tərəfindən regiona ezam olunur və missiyanın tərkibində kimlər iştirak edəcək?
Şübhəsiz ki, missiyanın həyata keçirilməsində Avropa İttifaqında dominant mövqeyə sahib olan Fransanın canfəşanlıq etməsi heç kimdə şübhə doğurmur. Fransa yeni formasiyada bu missiyanı göndərməklə Cənubi Qafqazda Ermənistandan alət kimi istifadə edir və burada öz maraqlarını güdür. Bununla yanaşı, Avropa İttifaqının bütün institutlarına təsir rıçaqlarını genişləndirən Fransa həm də ölkəmizə qarşı Avropa ittifaqı müstəvisində qərəzli qətnamənin qəbul olunmasına nail oldu və burada Fransanın birmənalı olaraq siyasi təsiri və izləri görünməkdədir.
Eyni zamanda bu mülki missiya həm də regionda Rusiyanı sıxışdırıb çıxartmaq niyyəti güdür. KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Ermənistana ezam olunması nəzərdə tutulan missiyadan İrəvan nümayişkəranə imtina etdi və Aİ missiyasını ölkəsində böyük həvəslə qəbul edir. Ermənistan geosiyasi ziddiyətlərin və konfrantasiyaların bir məkanına çevrilir.
Məhz bu xüsusda Rusiya tərəfindən də Ermənistanı qınayan bir sıra fikirlərə rast gəlirik. Hətta Rusiyanın XİN başçısı Sergey Lavrov da bu məsələyə münasibət bildirib. Belə görünür ki, Ermənistanda hazırda siyasi iqtidar öz mövcudluğunu qoruyub saxlamaq naminə ölkəsini geosiyasi problemlər məkanına çevirməkdədir və addım-addım buna doğru irəliləyir.
Eyni zamanda bu yaxınlarda Avropada səfərdə olan və Azərbaycan əleyhinə çıxışlar edən Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın Rusiya əleyhinə də iş aparması müşahidə olunurdu. Onun Sorosun yetirməsi olması və Sorosdan gələn təlimatlar əsasında müxtəlif missiyalarda iştirak etməsi, bura cəlb olunması həm də hazırki Ermənistan hakimiyyətinin Rusiya əleyhinə mövqeyinin bariz nümunəsidir".
Təhməz Əsədov Son.az
"Abşeronda torpaqlar Suraxanıdan Binəqədiyə qədər aydınlaşdırılm
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Özcan Dəniz iranlı sevgilisi
Gündəlik qida məhsulu olan soğan sürətlə bahalaşır.Soğanın qiyməti s
Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Azərbaycan Respu
Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, d
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Az
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşın�
Prezident İlham Əliyev Ə.C.Əhmədovun "Şərəf" ordeni ilə təlt
İslandiyalı rejissor nişanlısı Thor Saevarssondan ayrılan türkiyəli aktr
Putin mənim üçün heç kimdir, onunla danışıqlar maraqlı deyil.
Qohum uşağı övladlığa götürmək istəyənlərin sayı artıb. Ötən il
Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirir və bütöv bir regionun inki�
8 noyabr (keçmiş Nobel) prospektində bir neçə gündür dəyişiklik edilib.
Əməkdar artist Gülşad Baxşıyeva Azərbaycan Respublikası Kinematoqrafçı
Bu gün dünyada gedən geosiyasi vəziyyət, eləcə də qlobal iqlim dəyişm�