"Ağa"lar dığaları silahlandırmağa
Siyasət 23 Yan 2023 11:08:00 936 0
Cənubi Qafqazda hadisələrə təsir imkanlarını əldən verən və geosiyasi müstəvidə adi regonal oyunçuya çevrilən İran İslam Respublikası indi Ermənistandan alət kimi istifadə edərək "geriqayıdış"a nail olmaq niyyətindədir.
Bu xəbəri də oxu: Azərbaycan XİN ABŞdəki hücumu pislədi
Ukraynada müharibə aparan Rusiyaya PUA-larla yanaşı, zirehli jiletlər, dəbilqələr, 122 mm və 152 mm çaplı top mərmiləri, minatanlar və tank əleyhinə raket qurğuları üçün raketlər satan İran eyni çeşidli göndərişləri Ermənistana da etməyə başlayıb.
Hazırda İtaliyadan 3 səyyar-mobil kazarma kompleksi satın almış Ermənistan Müdafiə Nazirliyi İrandan "Shahed-136" və "Ababil" zərbə pilotsuz uçan aparatlarını (PUA) satın almaq niyyətindədir.
İrəvanla Tehran arasında iki ay əvvəl başlayan və hazırda davam edən danışıqlarda digər məqam isə sözügedən zərbə PUA-larının Ermənistanda istehsal edilməsi üçün yerli istehsal müəssisəsinin, zavodun inşasıdır.
Əldə etdiyimiz məlumatlara görə, həmin PUA-ların istehsalçısı olan, İranın İsfəhan şəhərində yerləşən HESA dövlət konserni Ermənistanın Spitak şəhərində kiçik zavod inşa etməyi planlayır.
Zavod HESA-nın Tacikistanda qurduğu digər zavodun tam analoqu olmalıdır.
Bununla yanaşı, İrandan Ermənistana "Dehlaviyeh" ("Dəhləviyə") və "Almas" tank əleyhinə raket kompleksləri (TƏRK) verməyə davam edir.
2022-ci ilin noyabrın 12-dən bəri İrandan Ermənistana 740 "Dəhləviyə" və 210 "Almas" göndərilib. Bu TƏRK-lərin satışına ötən ay başlanıb: yerdə qalan komplekslərin hamısı İranın Ermənistana hədiyyəsidir.
İran hakimiyyəti bu minvalla "Cənubi Qafyqazda Təl-Əviv-İstanbul-Bakı strateji üçbucağının güclənməsinin qarşısını alaraq qüvvələri bərabərləşdirmək" niyyətində olduğunu vurğulayır.
Faktiki olaraqsa Tehrandakı molla rejimi Ermənistanı silahlandıraraq "dost və qardaş erməniləri yeni savaşa hazır etmək"lə məşğul olur.
Lakin Ermənistanın və ermənilərin belə savaş olarsa nələri itirərək hansı fəlakətlərə düçar olacaqları isə ayətullaları əsla maraqlandırmır.
Elçin Alıoğlu Son.az
ABŞ-nin Florida ştatının Dayton Biç şəhərində qadın sağalmaz xəstə
Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir.
Alternativ enerjiyə investisiyaların artmasına baxmayaraq, təbii qaz Avropa
"Hazırda Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq üçü
Son günlər sosial şəbəkədə müzakirə olunan və bəyənilən İTV-nin &q
Heydər Əliyev öz ölkəsinə sarsılmaz məhəbbət bəsləyirdi və xalqın�
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində 2022-
Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 5 avtomobil Laçın yolu
Almaniya Norveç və Niderlanddan mayeləşdirilmiş təbii qaz almağa, həmçi
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Kvinslend Universitetinin alimləri müəyyən ediblər ki, Avstraliya qara qu q
ABŞ Krım ərazisinə zərbələr endirmək və Rusiyanı məğlub etmək üç�
Bakının mərkəzində yerləşən qədim binalara müdaxilə edilib.