Avropa alternativ enerjiyə daha çox investisiya qoysa da, təbii qaz əsas mənbə olaraq qalacaq


Siyasət 23 Yan 2023 10:25:00 977 0

Avropa alternativ enerjiyə daha çox investisiya qoysa da, təbii qaz əsas mənbə olaraq qalacaq

Alternativ enerjiyə investisiyaların artmasına baxmayaraq, təbii qaz Avropa üçün əsas enerji mənbəyi olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

"Avropa İttifaqı (Aİ) daim iki hədəfi eyni anda izləyir ki, nəzarətdən çıxacaqları təqdirdə ziddiyyət yaranmasın. Beləliklə, bir nömrəli hədəf əlbəttə ki, Rusiyanın daha əvvəl Avropaya ixrac etdiyi 155 milyard kubmetr qazın yerini başqa mənbələrlə doldurmaqdır. Azərbaycan öz tədarükünü ikiqat artırsa, Avropanın qaz idxalının 16-20 faizini təmin edə bilər. Beləliklə bir hədəf budur", - o deyib.

M.Brayza ikinci hədəfin əlbəttə ki, dekarbonizasiya, yəni təbii qaz da daxil olmaqla bütün karbohidrogen enerji mənbələrindən tədricən imtina edərək bunun əvəzinə bərpa olunan enerji mənbələrinə, o cümlədən yaşıl hidrogenə bel bağlamaq olduğunu qeyd edib.

"Düşünürəm ki, bunun üçün nəhəng investisiyalar və nəhəng kapital tələb olunacaq və mən əminəm ki, növbəti on və ya iyirmi il ərzində Avropa bərpa olunan enerji mənbələrinə daha çox investisiya qoyaraq təbii qaza tələbatı azaltmağa çalışsa da, yenə də təbii qaz əsas enerji mənbəyi olaraq qalacaq", - keçmiş səfir əlavə edib.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, son zamanlarda ekoloji cəhətdən təmiz enerji texnologiyalarının sürətlə artmasına baxmayaraq, dünya hələ də enerji təchizatı üçün qazıntı yanacağından asılıdır.

"Əslində ekoloji cəhətdən təmiz enerji təklifinin 2000-ci ildən etibarən artımı xüsusən də bazarı formalaşmaqda olan və inkişaf etməkdə olan ölkələrdə neft, qaz və kömürlə müqayisədə aşağı olub. Bu ölkələrdə ilkin enerji tədarükünün ümumi həcmində qazıntı yanacağının payı əsasən kömürün payının 27 %-dən 35 %-dək artması hesabına 2000-ci ildə 77 %-dən 2021-ci ildə 80 %-dək qalxıb. İqtisadiyyatı inkişaf etmiş ölkələrdə isə bu göstərici eyni dövrdə 82 %-dən 77 %-ə düşüb. Nəticədə dünya enerji balansında qazıntı yanacağının ümumi payı demək olar ki, dəyişməyərək təqribən 80 % səviyyəsində qalıb", - BEA-nın son hesabatında belə deyilir.

Hesabata əsasən neft 2021-ci ildə ümumi enerji tədarükünün 29 %-ni təşkil etməklə (2000-ci ildəki 37 faizlə müqayisədə) ən iri ilkin enerji mənbəyi olaraq qalır, ikinci yerdə 26 faizlə (23 faizlə müqayisədə) kömür və daha sonra 23 faizlə (21 faizlə müqayisədə) təbii qaz gəlir.

Son.az 

Bakıda 16 yaşlı qız itkin düşüb like
  • 23 Yan 10:22  
Digərləri Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb.

arrow Ətraflı
“Əqrəb mövsümü”nün büdcəsi açıqlandı like
  • 23 Yan 10:11  
Şou-biznes “Əqrəb mövsümü”nün büdcəsi açıqlandı

Son günlər sosial şəbəkədə müzakirə olunan və bəyənilən İTV-nin &q

arrow Ətraflı
Heydər Əliyev öz xalqının mənafeyinin müdafiəsinə tam sadiq idi like
  • 23 Yan 10:02  
Siyasət Heydər Əliyev öz xalqının mənafeyinin müdafiəsinə tam sadiq idi

Heydər Əliyev öz ölkəsinə sarsılmaz məhəbbət bəsləyirdi və xalqın�

arrow Ətraflı
Ötən il Azərbaycan diaspor təşkilatları xarici siyasi qurumlara 140dan çox bəyanat ünvanlayıb  FOTO like
  • 23 Yan 09:57  
Siyasət Ötən il Azərbaycan diaspor təşkilatları xarici siyasi qurumlara 140dan çox bəyanat ünvanlayıb FOTO

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində 2022-

arrow Ətraflı
Bakı metrosunda maşinist iş başında öldü like
  • 23 Yan 09:27  
Digərləri Bakı metrosunda maşinist iş başında öldü

Bakı metrosunda maşinist iş başında ölüb.

arrow Ətraflı
5 minik avtomobili Laçın yolundan maneəsiz keçdi  FOTO like
  • 23 Yan 09:23  
Siyasət 5 minik avtomobili Laçın yolundan maneəsiz keçdi FOTO

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 5 avtomobil Laçın yolu

arrow Ətraflı
Rusiyadan imtina Berlinə baha başa gələcək like
  • 23 Yan 08:59  
Dünya Rusiyadan imtina Berlinə baha başa gələcək

Almaniya Norveç və Niderlanddan mayeləşdirilmiş təbii qaz almağa, həmçi

arrow Ətraflı
109 avtobus gecikir like
  • 23 Yan 08:55  
Digərləri 109 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
Təhlükəli virus nadir qara qu quşunu məhv edə bilər like
  • 23 Yan 08:51  
Dünya Təhlükəli virus nadir qara qu quşunu məhv edə bilər

Kvinslend Universitetinin alimləri müəyyən ediblər ki, Avstraliya qara qu q

arrow Ətraflı
"Rusiyanı məğlub etmək üçün..." like
  • 23 Yan 08:49  
Dünya "Rusiyanı məğlub etmək üçün..."

ABŞ Krım ərazisinə zərbələr endirmək və Rusiyanı məğlub etmək üç�

arrow Ətraflı
Bakıda tarixi binanın üstündə 2 mərtəbə tikdilər  FOTO like
  • 23 Yan 08:47  
Digərləri Bakıda tarixi binanın üstündə 2 mərtəbə tikdilər FOTO

Bakının mərkəzində yerləşən qədim binalara müdaxilə edilib.

arrow Ətraflı
"Ukrayna üçün son şans..." like
  • 23 Yan 08:25  
Dünya "Ukrayna üçün son şans..."

Vaşinqton və müttəfiqlərinin Kiyevə ağır silahlar verməkdən imtina etm

arrow Ətraflı
Bakıda kişi mağazadan çörək alarkən like
  • 23 Yan 08:11  
Kriminal Bakıda kişi mağazadan çörək alarkən

Bakının Nəsimi rayonunda yaşlı kişi bıçaqlanıb.

arrow Ətraflı
"Almaniya Ukraynaya tankların verilməsində..." like
  • 23 Yan 07:57  
Dünya "Almaniya Ukraynaya tankların verilməsində..."

"Almaniya Ukraynaya döyüş tanklarının tədarükü məsələsində müt

arrow Ətraflı
Belqorod səmasında hədəflər vurulur like
  • 23 Yan 07:50  
Dünya Belqorod səmasında hədəflər vurulur

Rusiyanın havadan müdafiə sistemləri Belqorod vilayəti üzərində işə d�

arrow Ətraflı