Ötən il Azərbaycan diaspor təşkilatları xarici siyasi qurumlara 140dan çox bəyanat ünvanlayıb FOTO


Siyasət 23 Yan 2023 09:57:00 3110 0

Ötən il Azərbaycan diaspor təşkilatları xarici siyasi qurumlara 140dan çox bəyanat ünvanlayıb  FOTO

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində 2022-ci ilin yekunlarına və 2023-cü ilin fəaliyyət planına həsr olunmuş geniş tərkibli Kollegiya iclası keçirilib.

Komitədən Son.az-a verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollegiyanı açıq elan edən Komitə sədri Fuad Muradov 2022-ci ilin Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində və Azərbaycan diaspor hərəkatının tarixində əhəmiyyətli yer tutduğunu bildirib, komitənin və diaspor təşkilatlarının fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Qeyd edib ki, ötən il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayı və Diaspor Gənclərinin III Yay Düşərgəsi kimi mühüm tədbirlər keçirilib, Komitənin 20 illik yubileyi Hadrutda əsgər və zabitlərimizlə birlikdə qeyd olunub. İl ərzində Dövlət Komitəsi Azərbaycan haqqında dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılması, maddi-mənəvi irsin kütləvi təbliği, lobbiçiliyin təkamülü, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, ictimai-siyasi həyatda aktivliyinin təmin olunması, tarixi vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində fəaliyyətini davam etdirib, soydaşlarımızın birliyi və azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirib.

Bildirilib ki, hesabat dövründə Azərbaycan diasporu xüsusi aktiv olub, nümunəvi yekdillik və mütəşəkkillik göstərib. Ermənistanın Cənubi Qafqaz regionunda həyata keçirdiyi separatçılıq, ekstremizm, özününküləşdirmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizə qarşı erməni diasporu və lobbisi tərəfindən həyata keçirilən kampaniyaların qarşısının alınması, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqların tapılması ilə əlaqədar xarici ölkələrdə Azərbaycan diaspor təşkilatları tərəfindən dünyanın 40 ölkəsində Ermənistan səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri qarşısında aksiyalar keçirilib. Ermənistanın 12-14 sentyabr təxribatı ilə əlaqədar Azərbaycan diaspor təşkilatları Avropanın aparıcı paytaxtlarında və şəhərlərində aksiyalar keçirərək, Ermənistan rəhbərliyinə etirazlarını bildiriblər. Ümumilikdə diaspor fəalları yaşadıqları ölkələrin ictimai-siyasi dairələrinə və dövlət-hökumət nümayəndələrinə təxribat barədə 70, diaspor təşkilatları isə 143 müraciət və bəyanat ünvanlayıblar.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq diaspor fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Koordinasiya şuralarının və Azərbaycan evlərinin, eləcə də həftəsonu Qarabağ və Bazar günü məktəblərinin sayının 2023-cü ildə də artırılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Daha sonra DİDK-nın şöbə müdirlərinin hesabatı dinlənilib. Kollegiya iclası Prezidentin sərəncamı ilə təltif olunmuş komitə əməkdaşlarına orden və medalların təqdim olunması ilə yekunlaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 4 iyul 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Komitə sədri Fuad Muradov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 8 əməkdaş "Tərəqqi" medalı ilə təltif edilib. Bundan başqa, Prezidentin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin 3 əməkdaşı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Bakı metrosunda maşinist iş başında öldü like
  • 23 Yan 09:27  
Digərləri Bakı metrosunda maşinist iş başında öldü

Bakı metrosunda maşinist iş başında ölüb.

arrow Ətraflı
5 minik avtomobili Laçın yolundan maneəsiz keçdi  FOTO like
  • 23 Yan 09:23  
Siyasət 5 minik avtomobili Laçın yolundan maneəsiz keçdi FOTO

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 5 avtomobil Laçın yolu

arrow Ətraflı
Rusiyadan imtina Berlinə baha başa gələcək like
  • 23 Yan 08:59  
Dünya Rusiyadan imtina Berlinə baha başa gələcək

Almaniya Norveç və Niderlanddan mayeləşdirilmiş təbii qaz almağa, həmçi

arrow Ətraflı
109 avtobus gecikir like
  • 23 Yan 08:55  
Digərləri 109 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
Təhlükəli virus nadir qara qu quşunu məhv edə bilər like
  • 23 Yan 08:51  
Dünya Təhlükəli virus nadir qara qu quşunu məhv edə bilər

Kvinslend Universitetinin alimləri müəyyən ediblər ki, Avstraliya qara qu q

arrow Ətraflı
"Rusiyanı məğlub etmək üçün..." like
  • 23 Yan 08:49  
Dünya "Rusiyanı məğlub etmək üçün..."

ABŞ Krım ərazisinə zərbələr endirmək və Rusiyanı məğlub etmək üç�

arrow Ətraflı
Bakıda tarixi binanın üstündə 2 mərtəbə tikdilər  FOTO like
  • 23 Yan 08:47  
Digərləri Bakıda tarixi binanın üstündə 2 mərtəbə tikdilər FOTO

Bakının mərkəzində yerləşən qədim binalara müdaxilə edilib.

arrow Ətraflı
"Ukrayna üçün son şans..." like
  • 23 Yan 08:25  
Dünya "Ukrayna üçün son şans..."

Vaşinqton və müttəfiqlərinin Kiyevə ağır silahlar verməkdən imtina etm

arrow Ətraflı
Bakıda kişi mağazadan çörək alarkən like
  • 23 Yan 08:11  
Kriminal Bakıda kişi mağazadan çörək alarkən

Bakının Nəsimi rayonunda yaşlı kişi bıçaqlanıb.

arrow Ətraflı
"Almaniya Ukraynaya tankların verilməsində..." like
  • 23 Yan 07:57  
Dünya "Almaniya Ukraynaya tankların verilməsində..."

"Almaniya Ukraynaya döyüş tanklarının tədarükü məsələsində müt

arrow Ətraflı
Belqorod səmasında hədəflər vurulur like
  • 23 Yan 07:50  
Dünya Belqorod səmasında hədəflər vurulur

Rusiyanın havadan müdafiə sistemləri Belqorod vilayəti üzərində işə d�

arrow Ətraflı
Finlandiya Rusiyanın 187 milyon avroluq aktivlərini dondurdu like
  • 23 Yan 07:43  
Dünya Finlandiya Rusiyanın 187 milyon avroluq aktivlərini dondurdu

Finlandiya sanksiyaların bir hissəsi olaraq Rusiyanın 187 milyon avro dəyər

arrow Ətraflı
Avropanın ən böyük qaz yatağı like
  • 23 Yan 07:36  
Dünya Avropanın ən böyük qaz yatağı

Avropanın ən böyük qaz yatağı hesab edilən Niderlanddakı Qroningen yata�

arrow Ətraflı
İspaniyada ukraynalı qaçqınları ağır şəraitdə işlədən cinayətkar qrup ifşa edilib like
  • 23 Yan 07:29  
Dünya İspaniyada ukraynalı qaçqınları ağır şəraitdə işlədən cinayətkar qrup ifşa edilib

İspaniyada polis qanunsuz siqaret fabriklərində ukraynalı qaçqınları isti

arrow Ətraflı
Ukraynalı zabitlər rus hərbçilərə təslim oldu like
  • 23 Yan 07:22  
Dünya Ukraynalı zabitlər rus hərbçilərə təslim oldu

Ukrayna qoşunlarının elit xüsusi təyinatlı bölmələrinin iki zabiti Zapo

arrow Ətraflı