Ukrayna savaşını uzadan 4 səbəb
Dünya 23 Yan 2023 02:42:00 372 0
Təəssüf ki, Rusiyanın Ukrayna ərazilərini işğalı ilə başlayan müharibənin davam etməsi və dağıdıcı təsirlərini artırması riski hələ də çox yüksəkdir. Bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin NATO müdafiə nazirlərinin toplantısından sonrakı mətbuat konfransındakı sözləri də təsdiq edir.
Bu xəbəri də oxu: JanMari Le Pen vəfat etdi
Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna müharibəsinin gedişatı ilə bağlı QAFSAM sədri Araz Aslanlı qeyd edib.
Alim bildirib ki, müharibənin 2024-cü ilə keçməsi mütləq variant deyil:
"Tərəflərdən birinin (xüsusilə Rusiyanın) daxilində baş verə biləcək hansısa bir proses, yaxud Rusiyanın və Ukraynanı dəstəkləyən qüvvələrin (xüsusilə ABŞ-ın) xarici siyasətdə üzləşəcəyi daha ciddi problemlər danışıqlar masası variantını gücləndirə və müharibənin şiddətini azalda bilər".
Araz Aslanlı hazırkı şərtlərdə aşağıdakı səbəblərə görə müharibənin uzanması ehtimalının daha çox olduğunu vurğulayıb:
"Birincisi, Rusiya işğal etdiyi Ukrayna ərazilərini uzunmüddətli strateji qazanc kimi görür; ikincisi, Ukrayna təbii olaraq işğaldakı torpaqlarını azad etmək istəyir; üçüncüsü, tərəflər hazırda dayanmağı verdikləri qurbanların ruhuna xəyanət kimi görürlər; dördüncüsü isə ABŞ müharibəni Rusiyanın enerjisini tükəndirən və Avropanı təzyiq altında saxlayaraq özünə ona yaxınlaşdıran amil hesab edir.
Ukrayna və Rusiya tarixən müharibələrin dayanması üçün vacib olan "tükənmişlik" və "bezmişlik" mərhələsinə hələ çatmayıblar".
Son.az
Rusiyanın Ukraynada 1 il ərzində verdiyi itki ABŞ-ın Vyetnamda səkkiz il �
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Türkiyə Nazirlər Kabinetinin sabahkı iclasında yanvarın 21-də Stokholmda
Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112&quo
Bir qrup rusdilli kişi Berlin metrosunda ukraynalı qadınlara hücum edib.
Cənubi (İran) Azərbaycanın şəhərlərində küçələrə Azərbaycanla ba�
Avropa İttifaqı mərmi istehsalı üçün Çindən Rusiya vasitəsilə metal t
Əgər Almaniya Ukraynaya "Leopard 2" tankları tədarük etməzsə, P
Kiyevə "AMX-56 Leclerc" əsas döyüş tanklarının tədarükünü i
Polşadan havaya qalxan İrlandiyanın "Ryanair" aviaşirkətinə məx
Mərakeş Krallığı Ukraynaya Çexiyada təkmilləşdirilən qeyri-müəyyən
Rusiya Statistika İdarəsinin 2022-ci il üçün məlumatına görə, Çeçenis
Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın keçmiş
Respublikamızın bütün bölgələrində olduğu kimi Azərbaycan Ordusunun qo