Polşadan qalxan təyyarədə bomba xəbərdarlığı, layneri “F16” qırıcıları müşayiət edib
Dünya 22 Yan 2023 23:12:00 395 0
Polşadan havaya qalxan İrlandiyanın "Ryanair" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində bomba olması barədə xəbərdarlıq siqnalı göndərilib və təyyarə Yunanıstanın "F-16" qırıcılarının müşayiəti ilə Afina Beynəlxalq Hava Limanına doğru uçub.
Bu xəbəri də oxu: Təyyarə qəzası: Kreml Bakıdakı əsas “silah”ını işə salacaqmı?
Son.az "report"a istinadən bildirir ki, bu barədə Yunanıstanın ERT1 telekanalı məlumat yayıb.
Qeyd olunub ki, artıq bu iş üzrə bütün yer və hava protokolları cəlb olunub. Hava limanında laynerin enişdən sonra götürüləcəyi xüsusi sahə ayrılıb.
Öz növbəsində "Proto Thema" qəzeti bildirib ki, söhbət göyərtəsində 192 nəfərin olduğu Boeing 738 təyyarəsindən gedir. Bomba siqnalından sonra xüsusi təyinatlı polis bölmələri Afina Beynəlxalq Hava Limanına göndərilib.
Təyyarə Afina Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Sərnişinlər və ekipaj üzvləri sürətlə təxliyə edilib. Təyyarəni müşayiət edən F-16 qırıcıları Volos şəhəri yaxınlığındakı hava bazasına qayıdıb.
Müntəzəm reys həyata keçirən "Boeing 738" Katovitse şəhərindən Afinaya uçurmuş.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Afina hava limanında təyyarə partlayıcı qurğular üzrə ixtisaslaşmış polis bölməsi tərəfindən yoxlanılacaq.
Mərakeş Krallığı Ukraynaya Çexiyada təkmilləşdirilən qeyri-müəyyən
Rusiya Statistika İdarəsinin 2022-ci il üçün məlumatına görə, Çeçenis
Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın keçmiş
Respublikamızın bütün bölgələrində olduğu kimi Azərbaycan Ordusunun qo
İran valyutası rial Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Kor
Kiyevin məğlubiyyəti ilə bağlı fikirlərini bölüşən Vladimir Zelenskin
Burkina-Faso hökumətinin yanvarın 22-də qəbul etdiyi qərara görə, Fransa
Əfqanıstanın Bədəxşan vilayətində naməlum epidemiya nəticəsində 21 n
Bu gün saat 20 radələrində paytaxtın Binəqədi rayon sakinləri Pərvanə
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 445 vaksin vurulub.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yolux
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Bolqarıstan prokurorları Krım körpüsündə törədilən terror aktında öl