"Ulu Öndərin sevimli qəhrəmanları" silsiləsindən tədbirlər həftəsinə start verilib


Digərləri 22 Yan 2023 22:24:00 306 0

"Ulu Öndərin sevimli qəhrəmanları" silsiləsindən tədbirlər həftəsinə start verilib

Respublikamızın bütün bölgələrində olduğu kimi Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəsisələrində də "Heydər Əliyev İli" İlə bağlı tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, tədbirlərdə Azərbaycan xalqının Ümummilli Lideri, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu və həmişə fəxr etdiyi doğma Vətəni, Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətləri bir daha xatırlanır, geniş təbliğ olunur, bu gün və gələcəkdə də nümunə qaynağı olan irsi dərindən öyrənilir.

21 yanvar 2023-cü ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində "Ulu Öndərin sevimli qəhrəmanları" silsiləsindən görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş vətənpərvərlik tədbirləri həftəsinə start verilib.

Təntənəli mərasim başlamazdan öncə Həzi Aslanovun Mərkəzdə ucaldılan abidəsi ziyarət olunub və qarşısına qızılgül çələngi qoyulub, güllər düzülüb.

Nəzərə çatdırılıb ki, dahi lider Heydər Əliyev 9 may 1994-cü ildə şəxsən bu abidənin açılışını edib, veteranların və gələcəyin zabitləri olacaq kursantların qarşısında geniş nitq söyləyərək deyib: "Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir. İnsan həyatda çox peşələrlə məşğul ola bilər. Amma hər bir adam özünü hərbi işə, əsgəri işə, Vətəni müdafiə etmək işinə həsr edə bilməz. Bunu yalnız Vətənini həddindən artıq sevən, xalqına sadiq olan insanlar edə bilərlər. Mən sizi məhz bu cür görmək istəyirəm... Hər bir kursant Vətənimizi Həzi Aslanov kimi sevməli, hərbi peşəni Həzi Aslanov kimi mənimsəməlidir. Həzi Aslanov həm vətənpərvərliyinə, həm öz zəkasına, biliyinə görə, həm də hərbi peşəyə böyük hörmət və məhəbbətinə görə zabitlik peşəsini seçmiş, general səviyyəsinə yüksəlmiş və Qafqaz dağlarından Pribaltikaya qədər döyüşə-döyüşə getmiş, həlak olmuşdur. Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayış etdirmişdir".

Abidə ziyarət olunduqdan sonra tədbir iştirakçıları görkəmli sərkərdə H.Aslanova həsr olunan fotosərgi ilə tanış olublar. Təlim və Tədris Mərkəzinin klubunda keçirilən mərasimi layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani açaraq xalqımızın qəhrəman oğlunun hər bir gənc üçün bu gün də örnək olan mənalı həyatı və döyüş yolu, eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin qəhrəmanın adının əbədiləşdirilməsi sahəsində tarixi xidmətləri barədə ətraflı məlumat verib.

Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini-Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov tədbir iştirakçılarını salamlayaraq, "Ulu Öndərin sevimli qəhrəmanları" silsiləsindən vətənpərvərlik tədbirləri həftəsinin proqramı ilə tədbir iştirakşılarını məlumatlandırıb. Bildirilib ki, "Heydər Əliyev İli" çərçivəsində keçirilən Həzi Aslanovun xatirəsinə həsr olunmuş xatirə həftəsi ərzində qəhrəmanın birinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq, Xətai rayonunda Həzi Aslanov qəsəbəsindəki büstü qarşısında xüsusi təyinatlı təhsil müəsisələrinin kursantları ilə qəhrəmanın ailə üzvlərinin görüşü keçiriləcək, Beyləqan rayonunda vaxtilə Həzi Aslanov adına savxozun ərazisində ucaldılan, sonralar isə həmin ərazidə Azərbaycan əsgərlərinin iştirakı ilə salınmış parkdakı abidə qarşısında əsgərlərin, Vətən müharibəsi iştirakçısı olan tankçıların toplantısı təşkil olunacaq, yanvarın 24-də - H.Aslanovun həlak olduğu gün qəhrəmanın Lənkəran şəhərindəki ev muzeyində anım mərasimi keçiriləcək. General-mayor E.Xəlilov qeyd edib ki, Vətən müharibəsində möhtəşəm zəfərin qazanılmasında digər qoşun növləri ilə yanaşı H.Aslaovun davamçıları olan Azərbaycan tankçılarının da müstəsna xidmətləri olub. Məhs Vətən müharibəsindən 9 ay öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Həzi Aslanovun 110 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı müharibə ərəfəsində Vətən müdafiəçilərinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəldilməsinə zəmin yaradıb.

"Hər birimiz Həziyik, hər bir əmrə hazırıq" devizi altında keçirilən tədbirlərdə Azərbaycan əsgər və zabitləri söz veriblər, and içiblər ki, Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaq, respublikamızın ərazi bütövlüyünün bərpası, işğal edilən tarixi torpaqlarımızın azad edilməsi uğrunda canlarından və qanlarından da keçəcəklər.

Qeyd edilib ki, "Vətən Müharibəsi Qəhrəmanı" adına laiq görülən, yüksək döyüş orden və medalları ilə təltif olunan döyüşçülərimizin sıralarında əfsanəvi qəhrəman H.Aslanovun davamçıları olan tankçılar da yetərincədir. General-mayor E.Xəlilov əmin olduğunu bildirib ki, bu tədbirlər də yüksək səviyyədə keçiriləcək və Azərbaycan Ordusunun şəxsi heyətinin vətənpərvərlik hissini daha da yüksəldəcəkdir.

İran valyutası rekord həddə düşüb like
  • 22 Yan 22:17  
Dünya İran valyutası rekord həddə düşüb

İran valyutası rial Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Kor

arrow Ətraflı
Hakimiyyət Arestoviçi bağışlamayacaq  Bessarabov like
  • 22 Yan 22:11  
Dünya Hakimiyyət Arestoviçi bağışlamayacaq Bessarabov

Kiyevin məğlubiyyəti ilə bağlı fikirlərini bölüşən Vladimir Zelenskin

arrow Ətraflı
Fransız ordusu Burkina Fasodan like
  • 22 Yan 22:04  
Dünya Fransız ordusu Burkina Fasodan

Burkina-Faso hökumətinin yanvarın 22-də qəbul etdiyi qərara görə, Fransa

arrow Ətraflı
Ərdoğan açıqladı: like
  • 22 Yan 21:57  
Dünya Ərdoğan açıqladı:

Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.

arrow Ətraflı
Əfqanıstanda naməlum epidemiya: like
  • 22 Yan 21:50  
Dünya Əfqanıstanda naməlum epidemiya:

Əfqanıstanın Bədəxşan vilayətində naməlum epidemiya nəticəsində 21 n

arrow Ətraflı
Əvvəl arvadını bıçaqladı, sonra intihar etdi like
  • 22 Yan 21:43  
Kriminal Əvvəl arvadını bıçaqladı, sonra intihar etdi

Bu gün saat 20 radələrində paytaxtın Binəqədi rayon sakinləri Pərvanə

arrow Ətraflı
Peyvənd olunanların sayı açıqlanıb like
  • 22 Yan 21:36  
Digərləri Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 445 vaksin vurulub.

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 22 Yan 21:30  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yolux

arrow Ətraflı
Pilot siqnal göndərdi: like
  • 22 Yan 21:29  
Dünya Pilot siqnal göndərdi:

Polşadan havaya qalxan İrlandiyanın "Ryanair" şirkətinin "Bo

arrow Ətraflı
LaçınXankəndi yolunda etirazlar davam edir  FOTO like
  • 22 Yan 21:22  
Digərləri LaçınXankəndi yolunda etirazlar davam edir FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
Qeşev: Krım körpüsündəki partlayışda "bolqar izi"... like
  • 22 Yan 21:16  
Dünya Qeşev: Krım körpüsündəki partlayışda "bolqar izi"...

Bolqarıstan prokurorları Krım körpüsündə törədilən terror aktında öl

arrow Ətraflı
75 şüşə konyak, 7500 dollarıq yəhər, oraqçəkicli telefon like
  • 22 Yan 21:09  
Digərləri 75 şüşə konyak, 7500 dollarıq yəhər, oraqçəkicli telefon

Dövlət başçılarına əlamətdar tarixlərdə, doğum günlərində, o cüml

arrow Ətraflı
"Toppuş bacı" harada dəfn olunacaq? like
  • 22 Yan 21:02  
Şou-biznes "Toppuş bacı" harada dəfn olunacaq?

Əməkdar artist Tünzalə Əliyevanın dəfn yeri müəyyənləşib.

arrow Ətraflı
İki yüz illik tarixə şahidlik edən və hər zaman məğrurluğunu qoruyan qala  FOTO like
  • 22 Yan 20:49  
Digərləri İki yüz illik tarixə şahidlik edən və hər zaman məğrurluğunu qoruyan qala FOTO

Əlverişli hərbi-strateji mövqeyə malik olan Zaqatala hələ qədim zamanlar

arrow Ətraflı
Makronun reytinqi aşağı düşüb like
  • 22 Yan 20:42  
Dünya Makronun reytinqi aşağı düşüb

Fransa Prezidenti Emmanuel Makron və Baş nazir Elizabet Bornun reytinqi pensiy

arrow Ətraflı