“Blockchain” nədir, Azərbaycanda necə tətbiq olunur?


Digərləri 21 Yan 2023 14:29:00 264 0

“Blockchain” nədir, Azərbaycanda necə tətbiq olunur?

"Blockchain". Bu texnoloji yenilik müasir rəqəmsal dünya üçün nə qədər mühüm, nəhəg və tanınmış olsa da, Azərbaycanda onun adını belə çoxumuz bilmirik. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Bu səbəblərə keçməzdən əvvəl, gəlin, "blockchain"in nə olduğuna qısa nəzər salaq;

Son.az Trend-ə istinadən xəbər verir ki, "Blockchain" texnologiyası rəqəmsal pul və digər rəqəmsal tətbiqlərlə həyatımıza daxil olub. Bu texnologiya ilə hər cür fəaliyyəti izləmək və alış-veriş etmək mümkündür.

"Blockchain" nədir? Bu texnologiya necə işləyir?

Bloklardan ibarət zəncirvari quruluşa malik olan "blockchain" hər bir blokda bərabər paylanmış data bazası sistemidir. Misal üçün, pul köçürmələrində hər addım blok yaradır. Göndərənin adı və göndərilən məbləğ kimi məlumatların hər biri bir blokdur. Köçürmə prosesi zamanı yaradılan bu bloklar şifrələnir və heç vaxt dəyişdirilə və ya sındırıla bilməz.

Bu bloklar bütün şəbəkədə hər kəsə paylanır və hər kəs eyni şifrələnmiş məlumata malik olur. Blokçeynin mərkəzsizləşdirmə prinsipi bu texnologiyaya əsaslanır. Blokdakı məlumatlar yalnız onlarda göstərilən alıcı və satıcı tərəfindən istifadə oluna bilər. Bununla belə, "blockchain" texnologiyası şəffafdır, istəyən hər kəs bu günə qədər yığılmış blokları nəzərdən keçirə bilər.

Bu texnologiya fərdi istifadəçilərə rəqəmsal kimliklərinə nəzarət imkanı verir. Buna görə də blokçeyn təkcə kriptovalyutaların istehsalında deyil, həm də saxlama, idarəetmə kimi bir çox fərqli sahələrdə istifadə olunur. Belə ki, çox güvənli olması baxımından blokçeyn təkcə maliyyə sektoru ilə məhdudlaşmır, ayrı-ayrı biznes sahələri tərəfindən də istifadə edilir. Bu mənada, blokçeyn texnologiyasının dördüncü sənaye inqilabının mərkəzində olduğu iddia edilir.

Məhz bu səbəblərdən hazırda inkişaf etmiş bir sıra dövlətlərdə blokçeyn texnologiyası ilə fərqli sektorların bir-birinə inteqrasiyası təmin edilir.

Bəs, bu sahədə Azərbaycanda vəziyyət necədir?

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Azərbaycanda bu texnologiya hələlik yalnız Mərkəzi Bank tərəfindən tətbiq edilib. Məhz Mərkəzi Bankın "mainer"liyi, yəni bu texnologiyanın əsas yaradıcısı ilə bu gün ölkəmizdəki bütün banklar bərabər şəkildə eyni məlumatlara çıxış əldə edə bilirlər. Misal olaraq, vətəndaş kredit almaq üçün hər hansı bir banka yaxınlaşdıqda bank o vətəndaşın müraciəti və razılığı əsasında onun kredit tarixçəsi barədə bütün məlumatları avtomatik olaraq əldə edir. Bütün bunlar blokçeyn sistemi sayəsində həyata keçirilir.

Məslənin aktuallığını və bu texnologiyanın gələcəkdə yarada biləcəyi inqilabi dəyişikliyi nəzərə alaraq, "Blockchain" texnologiyası üzrə mütəxəssis Sənan Həsənovla həmsöhbət olduq.

Hazırda "Blockchain" texnologiyası Azərbaycanda hansı sahələrdə tətbiq olunur? Sistemin tətbiqi, saxlanması üçün sərf olunan maliyyə, eləcə də bu texnoloji sistemin üstünlükləri,

Bu texnologiyanın ölkəmizdə zəif tətbiq olunmasının səbəbi, "Blockhain"i ölkəmizdə yaxın gələcəkdə hansı sahələrdə tətbiq etmək mümkündür. Perspektiv nədir?

Mehmet Ali Erbil hakim qarşısına çıxdı like
  • 21 Yan 14:20  
Şou-biznes Mehmet Ali Erbil hakim qarşısına çıxdı

Tiktoker Ece Ronayla məhkəməsi davam edən aparıcı Mehmet Ali Erbilin 8 il

arrow Ətraflı
Ötən əsrlərin FOTOlarında niyə heç kim gülməyib? like
  • 21 Yan 14:11  
Digərləri Ötən əsrlərin FOTOlarında niyə heç kim gülməyib?

Keçmişin portret fotolarına baxanda ümumi bir tendensiya görə bilərik. İ

arrow Ətraflı
Pike Parisdə İrina Şeyklə görüşdü  VİDEO like
  • 21 Yan 13:49  
Şou-biznes Pike Parisdə İrina Şeyklə görüşdü VİDEO

Dünya şöhrətli supermodel İrina Şeyk və futbolçu Jerar Pike ötən axşa

arrow Ətraflı
Azərbaycanda kişi yuxudaykən yanıb öldü like
  • 21 Yan 13:40  
Digərləri Azərbaycanda kişi yuxudaykən yanıb öldü

Lənkəranda kişi faciəli şəkildə ölüb.

arrow Ətraflı
Prezident Çin Sədrini təbrik edib like
  • 21 Yan 13:38  
Siyasət Prezident Çin Sədrini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin təqvimi ilə Yeni

arrow Ətraflı
Nazirlik tərəfindən satışa çıxarılan mənzillərlə bağlı əhaliyə xəbərdarlıq like
  • 21 Yan 13:30  
Digərləri Nazirlik tərəfindən satışa çıxarılan mənzillərlə bağlı əhaliyə xəbərdarlıq

Son günlər bəzi ev alqı-satqısı ilə məşğul olan dəllallar ("makl

arrow Ətraflı
Xilasedicilərin qopan buz parçası üzərində qalan balıqçılarla qaçdıqovdu mübarizəsi  VİDEO like
  • 21 Yan 13:20  
Digərləri Xilasedicilərin qopan buz parçası üzərində qalan balıqçılarla qaçdıqovdu mübarizəsi VİDEO

Rusiyada Oneqa gölündə qırılan buz parçasının üzərində qalmış iki b

arrow Ətraflı
Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır like
  • 21 Yan 13:01  
Digərləri Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır

Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır.

arrow Ətraflı
Xatirə ilə həyat yoldaşı arasında GƏRGİNLİK: like
  • 21 Yan 13:00  
Şou-biznes Xatirə ilə həyat yoldaşı arasında GƏRGİNLİK:

Müğənni Xatirə İslam ilə həyat yoldaşı Fəxrəddin arasında mübahisə

arrow Ətraflı
Bu ölkədə balina əti satılır like
  • 21 Yan 12:40  
Dünya Bu ölkədə balina əti satılır

Yaponiyanın balina ovu şirkəti ticarəti stimullaşdırmaq üçün balina ət

arrow Ətraflı
Reklamdan bu qədər qazanacaqlar like
  • 21 Yan 12:29  
Şou-biznes Reklamdan bu qədər qazanacaqlar

Türkiyəli məşhurların 2023-cü ilin yeni mövsümündə reklamlardan alacaq

arrow Ətraflı
Erməni pullarının Azərbaycanda uçurduğu "GÖYƏRÇİNLƏR": like
  • 21 Yan 12:28  
Digərləri Erməni pullarının Azərbaycanda uçurduğu "GÖYƏRÇİNLƏR":

Laçın yolunda azərbaycanlı ekofəalların, QHT və vətəndaş cəmiyyəti n

arrow Ətraflı