Lənkəran sakinindən 5 kqdan çox narkotik götürüldü VİDEO FOTO
Kriminal 21 Yan 2023 13:09:00 170 0
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlər zamanı şəhər sakinləri Ümid Əkbərli və Mübariz Kərimov saxlanılıblar. Onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və 2 ədəd elektron tərəzi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Son.az-a verilən məlumata görə, əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxslərin narkotik vasitəni Lənkəran şəhər sakini Hüseyn Cavadovdan əldə etdikləri müəyyən olunub. Polis əməkdaşları tərəfindən saxlanılan H.Cavadovun üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq heroin və 1 kiloqram 160 qram marixuana aşkarlanaraq götürülüb.
Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ümumilikdə isə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı son 1 həftə ərzində 16, cari ilin əvvəlindən isə 32 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqram heroin, 3 kiloqram 260 qam marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır.

Müğənni Xatirə İslam ilə həyat yoldaşı Fəxrəddin arasında mübahisə

Yaponiyanın balina ovu şirkəti ticarəti stimullaşdırmaq üçün balina ət

Türkiyəli məşhurların 2023-cü ilin yeni mövsümündə reklamlardan alacaq

Laçın yolunda azərbaycanlı ekofəalların, QHT və vətəndaş cəmiyyəti n

İran hökuməti güneydəki soydaşlarımıza qarşı ayrıseçkilik etməkdə

İbrahim Tatlısesin küsülü olduğu oğlu Ahmet Tatlıses Azərbaycanla bağl

Göygöl Rayon Polis Şöbəsinə rayonun Yeni Zod kənd sakini M. Əliyevin ray

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qey

Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk

Azərbaycanda qanunsuz sahibkarlığın aradan qaldırılması ilə bağlı yeni

Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya geyimi ilə gündəmə gəlib

Bakıda uşaq ehtiyatsızlıqdan ov tüfəngi ilə dayısı oğlunu vurub.

Daxili İşlər Nazirliyi (DİN) Şəhidlər Xiyabanında baş verən insidentə
