Putin Patruşevin köməkçisini işdən çıxardı SENSASİON SƏBƏB
Dünya 20 Yan 2023 23:47:00 467 0
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası katibinin köməkçisi Aleksey Pavlovu vəzifəsindən azad edib.
Bu xəbəri də oxu: "La Gazette du Caucase" Makronun riyakarlığını ifşa edib
Son.az musavat.com-a istinadən bildirir ki,bununla bağlı müvafiq fərman bu gün dərc edilib. Sənəddə Nikolay Patruşevin köməkçisinin işdən çıxarılmasının səbəbləri barədə məlumat verilmir.
Pavlovun şəxsiyyəti ötən ilin oktyabrında diqqət mərkəzinə düşüb. Həmin vaxt onun "Arqumentı i Faktı" qəzetində "İfritə qazanında nə bişirilir", "Ukraynada neo-bütpərəst cərəyanlar güclənir" başlığı altında məqaləsi dərc edilib. Burada Pavlov digər məsələlərlə yanaşı, Ukraynanın 2014-cü ildən Qərbin "manipulyasiyaları və siyasi texnologiyaları" nəticəsində "neopaqan kultları" ilə "totalitar hipersektaya" çevrildiyini yazıb. FTX generalı yazısında Ukrayna cəmiyyətinin dini təriqətlərinin "fanatiklər" tərəfindən idarə olunduğunu iddia edib. Yekun hissəsində general "xüsusi hərbi əməliyyat"ın (Ukraynada aparılan təcavüzkar, işğalçı müharibəyə Rusiyada qoyulan ad - red.) Ukraynanın "desatanizasiyası" (Şeytandan qurtarmaq) naminə bir zərurət olması" qənaətinə gəlib.
Ukraynalıların şüurunu yenidən formalaşdırdığı iddia edilən "fanatik təriqətlər" arasında Pavlov yəhudiliyin dini cərəyanlarından biri olan Hasidizmin (daha doğrusu, onun Xabad Lubaviç qolunun) də adını çəkib. Aleksey Pavlovun fikrincə, Lubaviç Hasidizminin əsas həyat prinsipi onun tərəfdarlarının bütün millətlər və xalqlardan üstün olmasıdır. Rusiyalı generalın iddiasına görə, İqor Kolomoyski, Viktor Pinçuk və digər ukraynalı oliqarxlar "Xabad Lubaviç" hərəkatına mənsubdurlar.
Rusiyanın baş ravvini Berl Lazar Təhlükəsizlik Şurası katibinin köməkçisinin məqaləsini kəskin tənqid edib. O, burada yer alan tezisləri milyonlarla mömin yəhudiyə, o cümlədən Rusiyadakı yəhudilərin böyük əksəriyyətinə təhqir hesab etdiyini bildirib. Rusiya Yəhudi Konqresi İstintaq Komitəsi və prokurorluqdan Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisinin açıqlamalarına qiymət verməyi xahiş edib.
Aleksey Pavlova görə onun direktoru Nikolay Patruşev üzr istəməli olub. O, "İnterfaks"a məktub göndərərək köməkçisinin məqaləsində "Lubaviçer Hasidizm haqqında səhv fikirlər yaydığını" bildirib. Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, bu şərh Pavlovun şəxsi nöqteyi-nəzərini əks etdirir. Patruşev Pavlovla müvafiq iş aparıldığını da yazıb.
Ukraynadakı müharibənin guya bəzi ənənəvi dini dəyərlər uğrunda "satanizmə" qarşı mübarizə olduğunu daha əvvəl Rusiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən Patriarx Kirill, Ramzan Kadırov, Dmitri Medvedev və prezident Vladimir Putinin özü bəyan edib. Lakin onların nitqlərində Hasidizmdən bəhs edilməyib.
Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şuras
Fransanın 2024-2030-cu illər üçün hərbi büdcəsi artırılacaq.
"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya
İran bütün qonşu ölkələrlə hər sahədə əməkdaşlığı inkişaf etdi
NATO Azərbaycan və Ermənistanla siyasi dialoqu gücləndirir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İra
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka
İsveçin Türkiyədəki səfiri Stafan Herstrom Türkiyə XİN-ə çağırılı
İranda təxminən 15 yaşında olan iki məktəbli qız intihara cəhd edib.
Ermənistanın dövlət sərhədlərindən ötən ilin 11 ayı ərzində 3 milyo
Henrix Mixitaryandan sonra daha bir erməni idmançısı təxribata əl atıb.
Rusiya xüsusi xidmət orqanları 2016-cı il aprelin 20-də Bolqarıstanda deta