Rusiyanın Bolqarıstanla bağlı ŞOK PLANI üzə çıxdı
Dünya 20 Yan 2023 22:40:00 370 0
Rusiya xüsusi xidmət orqanları 2016-cı il aprelin 20-də Bolqarıstanda detallı şəkildə hazırlanmış hərbi çevriliş cəhdinə əl atıblar.
Bu xəbəri də oxu: Bayden Kaliforniyada fövqəladə fəlakət rejimi elan etdi
Son.az musavat.com-a istinadən bildirir ki, bu barədə "Bellingcat" saytı məlumat yayıb.
Rusiya hərbi kəşfiyyatının hazırladığı plana görə, "Vasil Levski" və "Şipka" adı verilən iki yarımhərbi təşkilatın üzvləri, ümumilikdə 700-dən çox adam parlamentin qarşısında iğtişaşlar törətməli, atışmalara başlamalı və hakimiyyəti ələ keçirməli imiş. Əməliyyat Rus Pravoslav Kilsəsi tərəfindən də dəstəklənib.
Yalnız Qərb və Bolqarıstan kəşfiyyatının koordinasiyalı fəaliyyəti nəticəsində yüzlərlə hərbiləşdirilmiş birləşmənin üzvünün həbsi çevriliş cəhdinin qarşısını alıb. Həmin gün təşkilatın yalnız 3 üzvü paytaxt Sofiyaya çata bilib. Əməliyyatın təşkilatçısı - "Valter Kalaşnikov" təxəllüsü ilə tanınan Vladimir Rusev saxlanılıb. Geniş ictimaiyyət üçün bu heyrətamiz xəbəri Bolqarıstan Milli Assambleyasında "Geosiyasi böhranlarda dezinformasiyanın təsiri" adlı müzakirə zamanı "Bellingcat" istintaq qrupunun icraçı direktoru Xristo Qrozev çatdırıb.
"Bellingcat" Bolqarıstanda Rusiyanın hələ də təsirini qoruduğunu xüsusilə vurğulayır. Saytın araşdırmasına görə, 2014-2015-ci illərdən başlayaraq Rusiya ilə iqtisadi əlaqələrə malik oliqarxların nəzarətində olan Bolqarıstan mediası və telekanalları Krım və Donbasda baş verənlərlə bağlı Kremlin təbliğatını aparırlar.
NATO ölkələri dərhal silah və sursat ehtiyatlarını artırmalıdır.
Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbulu bir sıra qər
Avropa İttifaqı Ermənistana yeni missiya göndərmək barədə qərar qəbul
Ukrayna qoşunları üçün 2023-cü ildə ərazilərin ruslardan azad edilməs
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobi
Naxçıvanda çayxanalar, eləcə də domino və nərdlə bağlı tətbiq edilə
Son.az bilriir ki, Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən,
Ukraynaya yeni silahların tədarükü ilə bağlı bəyanatlar münaqişənin m
"Diplomatik nümayəndəliyin açılması uzun prosesdir, hansı ki, parlam
Rusiya Silahlı Qüvvələrinin dəqiq zərbələri yalnız Ukraynanın hərbi v
Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis-istehk
Çeçenistanda "Cihad-maşın" adlı yüngül hərbi avtomobillər bur
Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati m