"Bir kəmər, bir yol”a yatırım: Prezidentin qabaqlayıcı taktikası


Siyasət 20 Yan 2023 18:11:00 433 0

"Bir kəmər, bir yol”a yatırım: Prezidentin qabaqlayıcı taktikası

Nəqliyyat, logistika və enerji təhlükəsizliyi sahəsində hər dövlətin öz strategiyası olur. Mühüm beynəlxalq nəqliyyat, enerji və logistika infrastrukturlarına malik olan Azərbaycan da bu cəhətdən istisna deyil və Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində Azərbaycanın logistika-nəqliyyat strategiyasının iki konkret hədəfini göstərməsi və təhlil etməsi tamamilə yerinə düşən hadisə oldu.

Prezident Forum çərçivəsində Çin televiziyasına müsahibəsində söylədi ki, Azərbaycanın logistika-nəqliyyat strategiyasının məqsədi iqtisadiyyatı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığı azaltmaqdır. Hər iki istiqamətdə görülmüş işlərin nəticələrinin təhlili göstərir ki, Azərbaycan dəqiq yolla irəliləyir və bütün partnyorlar ölkəmizin bu kursunun konstruktiv mahiyyətinə, eləcə də maksimalistlikdən və ambisiyalılıqdan uzaq olduğuna etimad edirlər.

Azərbaycanın logistika -nəqliyyat siyasətinin özəl bir xüsusiyyəti barədə də ayrıca danışmağa ehtiyac var. Bu da Azərbaycan Prezidentinin yerli və beynəlxalq logistika-nəqliyyat infrastruktur layihələrinə qabaqlayıcı taktika ilə yanaşmasından ibarətdir. Çinin "Bir kəmər, bir yol" layihəsinə ilk vaxtlardan qoşulduğunu Çin televiziyasına bəyan edən Prezident daha sonra əlavə etdi ki, biz bununla da əslində mövcud olmayan infrastruktura sərmayə yatırdıq.

Bəziləri Azərbaycanın həqiqətən də ilk anlardan - 2013-cü ildə qoşulduğu bu infrastruktura belə yanaşmasında müəyyən risk əlamətləri axtarsalar da, sonrakı proseslər Prezidentin hər şeyi düzgün hesabladığını, risklə yox, məntiq və dəqiq hesablardan çıxış etdiyini təsdiqlədi. Azərbaycan 2013-cü ildən etibarən "Bir kəmər, bir yolun" işə düşdüyü an üçün hazırlıqlara başladı, konkret addımlar atdı və Prezidentin dediyi kimi, ev hazırlıqları çərçivəsində ölkə daxilində bir sıra infrastrukturları yaratdı. Bu infrastrukturların sonradan Şimal-Cənub, Şimal-Qərb, "Bir kəmər, bir yol" və ya Orta Dəhlizlə güclü bağlayıcı funksiyaya malik olduqlarını sonrakı proseslər tam təsdiqlədi. Beləliklə, İlham Əliyevin qabaqlayıcı yanaşma prinsipi ilə yaratdığı infrastrukturlar yerli-regional anlamda səmərəli olmaqla bərabər, həm də beynəlxalq infrastruktur layihələrini əlaqələndirmək baxımından böyük fayda mənbəyinə çevrildilər.

Konkret faktların timsalında vəziyyəti daha aydın şəkilləndirə bilərik. Azərbaycanın "Bir yol, bir kəmərə" qoşulmasından sonrakı ilk on ildə nələrin yaradıldığı göz önündədir. Xəzərdə böyük dəniz limanı yaradıldı ki, hazırda onun yükötürmə gücünün 15-dən 25 milyon tona çıxarılması hədəflənib. Boyük gəmiqayırma zavodu tikilib. Həm ölkəni, həm də regionu qismən əlaqələndirən dəmiryolları salınıb, Qərbə doğru dəmiryolunun gücünün 1-dən 5 milyon tona çıxarılması hədəflənib, çox geniş avtomagistrallar şəbəkəsi tikilib," Bir yol, bir kəmər"ə bağlı Şimal-Cənub marşrutunun işlək seqmentləri İranın, Rusiyanın, Pakistan və ya Hindistanın yox, məhz Azərbaycan Prezidentinin səyləri ilə yaradılıb və ya təkmilləşdirilib, Şimal-Cənub marşrutunun daha da fəallaşması onun bazası üzərində Şimal-Qərb marşrutuna da geniş imkanlar açıb.

Tamamlanmaqda olan Ələt Azad Ticarət Zonasını və uğrunda böyük çabaların göstərildiyi Zəngəzur dəhlizini də əlavə etsək, cəsarətlə demək olar ki, Prezident İlham Əliyevin təvazökarlıqla Çin sədrinin təşəbbüsü adlandırdığı "Bir kəmər, bir yol" da Azərbaycanı iştirakçı yox, əslində, bu təşəbbüsün həmmüəllifi saymaq daha ədalətli olardı. Xəzərdən Avropayadək Azərbaycanın üzərindən bütün hərəkət və daşıma layihələrinin müəllifi Azərbaycan Prezidenti deyilmi? Cəsarət edərək bu günə kimi Çinin özünün də bu marşrut boyu nə etdiyini müzakirə və hətta müqayisə mövzusuna çevirə bilərik. Prezident İlham Əliyevin Davos panelində tək Çindən Avropaya yox, həmçinin, Avropadan Çinə doğru əks daşımaların təşkili barədə bəyanatını da nəzərə alaq, bu halda, "Orta dəhlizə" Azərbaycanın qatqısı fantastik şəkildə böyümüş olur... Marşrut üzrə əks daşımalar layihəsinin müəllifi şəriksiz olaraq Azərbaycan Prezidentidir.

Nəqliyyat infrastrukturu layihələrinə qabaqlayıcı mövqedən yanaşmaq taktikasının da müəllifi Prezident İlham Əliyevdir.

Aydın Quliyev, "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert

Çarli Çaplinin nəvəsi “Avatar3”də mənfi obraz canlandıracaq  FOTO like
  • 20 Yan 18:00  
Şou-biznes Çarli Çaplinin nəvəsi “Avatar3”də mənfi obraz canlandıracaq FOTO

"Çarli Çaplinin nəvəsi Una Çaplin Ceyms Kemeronun "Avatar" f

arrow Ətraflı
Konduktor çörəyini sərnişinlərin başının üstündə gəzməklə çıxarır  FOTO like
  • 20 Yan 17:49  
Digərləri Konduktor çörəyini sərnişinlərin başının üstündə gəzməklə çıxarır FOTO

Rusiyada avtobusların birində çəkilən görüntülər sosial şəbəkələrd

arrow Ətraflı
Filarmoniyada anım mərasimi keçirilib  FOTO like
  • 20 Yan 17:20  
Kriminal Filarmoniyada anım mərasimi keçirilib FOTO

Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 20 Yanvar Faciəs

arrow Ətraflı
"Netflix"in baş direktoru vəzifəsindən getdi like
  • 20 Yan 16:20  
Dünya "Netflix"in baş direktoru vəzifəsindən getdi

"Netflix"in həmtəsisçisi Rid Hastinqs platformanın baş direktoru

arrow Ətraflı
Məşhur serialın rejissoru vəfat etdi like
  • 20 Yan 16:09  
Digərləri Məşhur serialın rejissoru vəfat etdi

Türkiyəli rejissor Yalçın Yelence vəfat edib.

arrow Ətraflı
Prezident Şəhidlər xiyabanını ziyarət edib  FOTO like
  • 20 Yan 15:58  
Siyasət Prezident Şəhidlər xiyabanını ziyarət edib FOTO

Qanlı 20 Yanvar faciəsindən 33 il keçir. Sovet imperiyasının Bakıda tör�

arrow Ətraflı
İranda İŞİDə bağlı 2 terrorçu dəstə məhv edilib like
  • 20 Yan 15:51  
Dünya İranda İŞİDə bağlı 2 terrorçu dəstə məhv edilib

İranın Sistan və Bəlucistan əyalətində İŞİD-ə bağlı 2 terrorçu də

arrow Ətraflı
"Microsoft" "Windows 10" satışını dayandırdı like
  • 20 Yan 15:40  
Digərləri "Microsoft" "Windows 10" satışını dayandırdı

"Microsoft", 'Windows 10 Home" və "Professional" m

arrow Ətraflı
Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanıldı like
  • 20 Yan 15:29  
Kriminal Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanıldı

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının da

arrow Ətraflı
“Rusiya Krımda gizli səfərbərliyə hazırlaşır” like
  • 20 Yan 15:20  
Digərləri “Rusiya Krımda gizli səfərbərliyə hazırlaşır”

Rusiya işğal etdiyi Krım ərazisində gizli səfərbərliyə hazırlaşır.

arrow Ətraflı
Sülhməramlılara aid 2 minik və 10 yük maşını maneəsiz keçdi  FOTO like
  • 20 Yan 15:18  
Digərləri Sülhməramlılara aid 2 minik və 10 yük maşını maneəsiz keçdi FOTO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus

arrow Ətraflı
Mustafa Şentop 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi like
  • 20 Yan 15:11  
Digərləri Mustafa Şentop 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi

"Can Azərbaycanla ortaq dərdimiz olan 20 Yanvardan 33 il keçir".

arrow Ətraflı
Şəhid övladları üçün güzəştlər qüvvəyə minir like
  • 20 Yan 15:00  
Digərləri Şəhid övladları üçün güzəştlər qüvvəyə minir

Bu aydan etibarən şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yan

arrow Ətraflı
“Həyat hekayəm güllə səsi ilə başlayıb” like
  • 20 Yan 14:40  
Şou-biznes “Həyat hekayəm güllə səsi ilə başlayıb”

"Qaranlıq gecədə, şam işığında, güllə səsi altında başlayıb b

arrow Ətraflı