Şəhid övladları üçün güzəştlər qüvvəyə minir


Digərləri 20 Yan 2023 15:00:00 248 0

Şəhid övladları üçün güzəştlər qüvvəyə minir

Bu aydan etibarən şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı onların övladları da gəlir vergisi üzrə güzəştdən istifadə edəcəklər.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, şəhid ailəsi üzvləri hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

"Şəhidlərimiz övladları da artıq bu güzəştdən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, şəhidlərimizin valideynlər, həyat yoldaşları ilə yanaşı övladları da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Qeyd edək ki, əvvələr bu güzəştlərdən istifadə hüququ şəhidlərimizin valideyinləri və həyat yoldaşlarına şamil olunurdu.

Yeni dəyişikliklər şəhidlərimizin valideynləri və həyat yoldaşları ilə yanaşı hansı yaşda olmasından asılı olmayaraq övladlarının da vergi güzəştlərindən istifadə hüququ yaradır. Bu şəhidlərimizin övladlarının 18 yaşı keçdikdən sonra da bu hüquqdan istifadə imkanı deməkdir. Bu baxımdan da, dəyişikliklər kifayət qədər mütərəqqidir və şəhid övladlarına yeni güzəştlərdən faydlanmağa imkan verəcək", - deyə deputat qeyd edib.

Qeyd edək ki, Azərbaycanda şəhid ailələrinə aşağıdakı güzəştlər nəzərdə tutulur:

Birdəfəlik sığorta ödənişi - həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat sığorta ödənişi həyata keçirilir (1 yanvar 2022-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Prosedur: Sığorta ödənişinin verilməsi üçün vərəsə (-lər) həlak olmuş hərbi qulluqçunun ölüm haqqında şəhadətnaməsinin surətini, notariat qaydada təsdiq edilmiş vərəsəlik şəhadətnaməsini və vərəsə(-lər)nin şəxsiyyət vəsiqəsinin surətini müvafiq quruma təqdim etməlidir. Sənədlər təqdim edildikdən 10 iş günü ərzində 11000 (on bir min) manat sığorta ödənişi vərəsə(-lər)-nin bank hesabına köçürülür.

Dəfn mərasiminin təşkili üçün maliyyə yardımı - şəhidin valideynlərinə (nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən); Prosedur: Valideyn (nümayəndə) həlak olma (vəfat etmə) barədə hərbi hissə (müəssisə, idarə və təşkilat) komandirinin (rəisinin) əmrini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölməsinə təqdim edir, oradan 3 (üç) iş günü müddətində müvafiq vəsait nağdsız hesablaşma yolu ilə ödənilir.

Azərbaycan Respublikası Prezidentinin təqaüdü (aylıq) - şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (500 manat) ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Prosedur: Şəhid ailəsi statusu haqqında müvafiq arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir, oradan təqaüd almaq hüququ olan ailə üzvlərinə təyinat aparılaraq ödənişə göndərilir.

Ailə başçısını itirməyə görə pensiya (aylıq) - şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Prosedur: - Şəhid zabit, gizir və müddətdən artıq xidmət edən (MAXE) şəxs olubsa, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvlərindən biri şəhidin xidmət keçdiyi quruma müraciət edir; həmin qurum məlumat vərəqəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsi şəhidin ailə üzvündən pensiya təyin edlməsi üçün digər müvafiq sənədləri qəbul edib təyinat aparır.

- şəhid əsgərdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri müvafiq sənədlərlə birbaşa Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsinə müraciət edir və təyinat aparılır.

Müavinət (aylıq) - şəhidin pensiya hüququ olmadıqda ailə başçısını itirməyə görə hər bir ailə üzvü 100 manat məbləğində müavinət alır (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Prosedur: Şəhidin ölüm haqqında şəhadətnaməsi onun ailə üzvü tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir, oradan müavinət almaq hüququ olan ailə üzvlərinə müavinət təyin edilərək ödənişə göndərilir.

Ətraflı Mənzil təminatı - 1 yanvar 2020-cü ilədək eyni zamanda 2020-ci ildə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi üzvlərinin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır. Prosedur: Bu kateqoriyadan olan şəxslər tərəfindən rayon (şəhər) İcra Hakimiyyəti orqanlarına müraciət edilir, növbəlilik siyahıları rayon (şəhər) İcra Hakimiyyəti orqanları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Bu siyahılara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlar növbəlilik əsasında mənzil və ya fərdi evlə təmin edilirlər.

“Həyat hekayəm güllə səsi ilə başlayıb” like
  • 20 Yan 14:40  
Şou-biznes “Həyat hekayəm güllə səsi ilə başlayıb”

"Qaranlıq gecədə, şam işığında, güllə səsi altında başlayıb b

arrow Ətraflı
Bu avtomobilləri dövlətə təhvil verməklə pul ala biləcəksiniz like
  • 20 Yan 14:29  
Digərləri Bu avtomobilləri dövlətə təhvil verməklə pul ala biləcəksiniz

Azərbaycanda avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ili ötür. Eyni

arrow Ətraflı
Heydər Əliyevin bir günü: 20 Yanvar faciəsinin ildönümləri ilə bağlı çıxışlar  FOTO like
  • 20 Yan 14:20  
Siyasət Heydər Əliyevin bir günü: 20 Yanvar faciəsinin ildönümləri ilə bağlı çıxışlar FOTO

Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev

arrow Ətraflı
16 yaşlı qız qəfil öldü like
  • 20 Yan 14:11  
Digərləri 16 yaşlı qız qəfil öldü

Mingəçevir şəhərində 16 yaşlı qız qəfil vəfat edib.

arrow Ətraflı
Nazir Vaqif Axundovun qardaşı oğlunu vəzifədən azad etdi like
  • 20 Yan 14:00  
Digərləri Nazir Vaqif Axundovun qardaşı oğlunu vəzifədən azad etdi

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi, polkovnik

arrow Ətraflı
Şəhidlərə laylay dedi  VİDEO like
  • 20 Yan 13:49  
Digərləri Şəhidlərə laylay dedi VİDEO

Əməkdar artist Aybəniz Haşımova "Bir axşam səhnədə" proqramı

arrow Ətraflı
Fikrət Məmmədov rəisi işdən çıxardı like
  • 20 Yan 13:27  
Digərləri Fikrət Məmmədov rəisi işdən çıxardı

Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifədən azad edilib.

arrow Ətraflı
"Monteneqro Azərbaycan qazına çıxış əldə etməkdə maraqlıdır" like
  • 20 Yan 13:16  
Siyasət "Monteneqro Azərbaycan qazına çıxış əldə etməkdə maraqlıdır"

Monteneqro Bar limanı vasitəsilə Azərbaycan qazına çıxış əldə etməkd

arrow Ətraflı
RusiyaUkrayna müharibəsi ilə bağlı ACI GERÇƏK: like
  • 20 Yan 13:05  
Siyasət RusiyaUkrayna müharibəsi ilə bağlı ACI GERÇƏK:

Ukrayna cəbhəsində davam etdirdiyi müharibənin geridə qaldığı 1 ilə ya

arrow Ətraflı
Putini Navalnı əvəz edə bilər... like
  • 20 Yan 12:54  
Digərləri Putini Navalnı əvəz edə bilər...

"Əvvəlcə Kreml elitası Rusiya Federasiyasının hazırkı baş naziri M

arrow Ətraflı
Təhlükənin bir addımlığında olan sərnişinlər like
  • 20 Yan 12:48  
Digərləri Təhlükənin bir addımlığında olan sərnişinlər

Təsəvvür edin ki, o qədər sərnişin minib ki, avtobusda necə deyərlər i

arrow Ətraflı
Bu ölkədə Baş nazir maşında kəmər taxmadığı üçün... like
  • 20 Yan 12:42  
Dünya Bu ölkədə Baş nazir maşında kəmər taxmadığı üçün...

Britaniya Baş naziri maşında kəmər taxmadığı üçün qınaq hədəfinə

arrow Ətraflı
Broyleri kənd çolpasına necə çevirirlər? like
  • 20 Yan 12:36  
Digərləri Broyleri kənd çolpasına necə çevirirlər?

3 dənəsi 10 manata kənd çolpası. Heç inandırıcı görünmür, çünki k�

arrow Ətraflı