Bu avtomobilləri dövlətə təhvil verməklə pul ala biləcəksiniz
Digərləri 20 Yan 2023 14:29:00 450 0
Azərbaycanda avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ili ötür. Eyni zamanda yollarda xeyli sayda istismar müddətini başa vurmuş maşınları görmək mümkündür. Bu avtomobillərin bir çox fəsadları var.
Bu xəbəri də oxu: Avtomobil bazarında son vəziyyət necədir?
Son.az baku.ws-ə istinadən bildirir ki, ekoloq İslam Mustafayevin AZTV-yə dediyinə görə, Azərbaycanda hava çirklənməsində avtomobil, nəqliyyat sektorunun payı 80 faizdən çoxdur: "Mühüm məsələ budur ki, avtomobillərin normal istismar müddəti bitib. Bu da dəm qazı, karbohidrogenlər, azotoksidləri və digər qazların sürətli və böyük həcmdə buxarılması ilə nəticələnir".
Sözügedən avtomobillərin ekoloji vəziyyətə göstərdiyi mənfi təsir getdikcə artmaqdadır. Bundan əlavə ölkədə yol qəzalarının 70 faizi məhz bu avtomobillərin payına düşür. Nəzərə alsaq ki, köhnə maşınları qadağan etmək mümkün deyil, problemin həlli yolları maraqla gözlənilir.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, bəzi avtomobillər ekoloji cəhətdən öz dövrünü çoxdan başa vurub: "Çoxlu yanacaq işlədirlər, tullantı qazlarının miqdarı qüvvədə olan heç bir standarta uyğun deyil. Bu maşınların yollarda olması qəzaların başvermə riskini artırır".
Nəzərə almaq lazımdır ki, istismar müddəti başa çatmış avtomobillər həm ekologiyaya ziyan vurur, həm də sürücülərin ciblərinə də ziyandır. Belə olan halda köhnə avtomobillərin utilizasiyası prosesi gündəmə gəlir. Vətəndaşlar bəhs etdiyimiz avtomobilləri dövlətə təhvil verməklə həm yeni avtomobil almaq üçün şans qazanacaq, həm də ekologiyanın çirklənməsinin qarşısını alacaqlar.
Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəyidir. Məsələnin aktuallığını nəzərə alaraq baku.ws Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə sorğu göndərib.
Nazirlikdən bildirilib ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən "Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi" istiqamətində işlər davam etdirilir:
Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi, polkovnik
Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifədən azad edilib.
Monteneqro Bar limanı vasitəsilə Azərbaycan qazına çıxış əldə etməkd
Ukrayna cəbhəsində davam etdirdiyi müharibənin geridə qaldığı 1 ilə ya
"Əvvəlcə Kreml elitası Rusiya Federasiyasının hazırkı baş naziri M
Təsəvvür edin ki, o qədər sərnişin minib ki, avtobusda necə deyərlər i
Britaniya Baş naziri maşında kəmər taxmadığı üçün qınaq hədəfinə
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 33-cü ildönümüdür.
3 dənəsi 10 manata kənd çolpası. Heç inandırıcı görünmür, çünki k�
Hollivud aktyoru və prodüseri Alek Bolduin "Rust" filminin çəkili�
Xırdalanda binanın qarşısında, parkda 2 gün öncə tikinti işlərinə ba�
Bu gün Şəhidlər xiyabanını ziyarətə gələnlər arasında Naxçıvan Ali