Heydər Əliyevin bir günü: 20 Yanvar faciəsinin ildönümləri ilə bağlı çıxışlar FOTO


Siyasət 20 Yan 2023 14:20:00 248 0

Heydər Əliyevin bir günü: 20 Yanvar faciəsinin ildönümləri ilə bağlı çıxışlar  FOTO

Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin bir günü" adlı xüsusi layihə başladır. Ümummilli liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza ümummilli liderin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını gündəlik xronikada bizimlə birgə yada salmağı təklif edirik.

1990-cı ilin 20 yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib.

Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: "...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür."

Heydər Əliyev qatillərin aşkarlanması məsələsini yenidən qaldırıb, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğulayıb.

Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, kommunist partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: "Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. IKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil." Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

20 yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamış qalmışdı.

1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: "...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, resrublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər".

Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti və hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Neyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun bu qanlı faciənin törədilməsində məsuliyyət daşıdıqları və digər məsələlər də sənəddə qeyd olundu.

Heydər Əliyev şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdən kənar qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər xiyabanını ziyarət edən Prezident, şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara baş sağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. Prezident bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirmiş və qəhrəman övladlarımızın özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını ifadə etmişdir. Prezident bu məkanın Azərbaycan xalqı üçün ən müqəddəs yer və ən qiymətli abidə olduğunu bildirmişdir.

Heydər Əliyev 20 Yanvar hadisəsinin əhəmiyyətini nəzərə alaraq, demək olar ki, keçirdiyi hər görüşdə bu hadisənin tarixi dərslərindən bəhs etmişdir. 31 yanvar 1997-ci il tarixdə Prezident Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə bildirmişdir: "...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır."

Azərbaycan Respublikasının Prezidenti Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının bir qrupu ilə 28 mart 1998-ci il tarixli görüşdə də bu dövrün dərin təhlil edilməsinin zərurətini nəzərə çatdırmışdır.

Heydər Əliyev hər zaman 20 Yanvar faciəsinin mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmişdir. Prezident bu dəhşətli cinayətin təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qalmasından təəssüfləndiyini ifadə etmişdir.

16 yaşlı qız qəfil öldü like
  • 20 Yan 14:11  
Digərləri 16 yaşlı qız qəfil öldü

Mingəçevir şəhərində 16 yaşlı qız qəfil vəfat edib.

arrow Ətraflı
Nazir Vaqif Axundovun qardaşı oğlunu vəzifədən azad etdi like
  • 20 Yan 14:00  
Digərləri Nazir Vaqif Axundovun qardaşı oğlunu vəzifədən azad etdi

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi, polkovnik

arrow Ətraflı
Şəhidlərə laylay dedi  VİDEO like
  • 20 Yan 13:49  
Digərləri Şəhidlərə laylay dedi VİDEO

Əməkdar artist Aybəniz Haşımova "Bir axşam səhnədə" proqramı

arrow Ətraflı
Fikrət Məmmədov rəisi işdən çıxardı like
  • 20 Yan 13:27  
Digərləri Fikrət Məmmədov rəisi işdən çıxardı

Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifədən azad edilib.

arrow Ətraflı
"Monteneqro Azərbaycan qazına çıxış əldə etməkdə maraqlıdır" like
  • 20 Yan 13:16  
Siyasət "Monteneqro Azərbaycan qazına çıxış əldə etməkdə maraqlıdır"

Monteneqro Bar limanı vasitəsilə Azərbaycan qazına çıxış əldə etməkd

arrow Ətraflı
RusiyaUkrayna müharibəsi ilə bağlı ACI GERÇƏK: like
  • 20 Yan 13:05  
Siyasət RusiyaUkrayna müharibəsi ilə bağlı ACI GERÇƏK:

Ukrayna cəbhəsində davam etdirdiyi müharibənin geridə qaldığı 1 ilə ya

arrow Ətraflı
Putini Navalnı əvəz edə bilər... like
  • 20 Yan 12:54  
Digərləri Putini Navalnı əvəz edə bilər...

"Əvvəlcə Kreml elitası Rusiya Federasiyasının hazırkı baş naziri M

arrow Ətraflı
Təhlükənin bir addımlığında olan sərnişinlər like
  • 20 Yan 12:48  
Digərləri Təhlükənin bir addımlığında olan sərnişinlər

Təsəvvür edin ki, o qədər sərnişin minib ki, avtobusda necə deyərlər i

arrow Ətraflı
Bu ölkədə Baş nazir maşında kəmər taxmadığı üçün... like
  • 20 Yan 12:42  
Dünya Bu ölkədə Baş nazir maşında kəmər taxmadığı üçün...

Britaniya Baş naziri maşında kəmər taxmadığı üçün qınaq hədəfinə

arrow Ətraflı
Broyleri kənd çolpasına necə çevirirlər? like
  • 20 Yan 12:36  
Digərləri Broyleri kənd çolpasına necə çevirirlər?

3 dənəsi 10 manata kənd çolpası. Heç inandırıcı görünmür, çünki k�

arrow Ətraflı
Hollivud ulduzu həbs oluna bilər like
  • 20 Yan 12:30  
Şou-biznes Hollivud ulduzu həbs oluna bilər

Hollivud aktyoru və prodüseri Alek Bolduin "Rust" filminin çəkili�

arrow Ətraflı
Xırdalanda parkda ev tikilir like
  • 20 Yan 12:24  
Digərləri Xırdalanda parkda ev tikilir

Xırdalanda binanın qarşısında, parkda 2 gün öncə tikinti işlərinə ba�

arrow Ətraflı
Rza Talıbov atasının istefasından sonra ilk dəfə görüntüləndi like
  • 20 Yan 12:18  
Digərləri Rza Talıbov atasının istefasından sonra ilk dəfə görüntüləndi

Bu gün Şəhidlər xiyabanını ziyarətə gələnlər arasında Naxçıvan Ali

arrow Ətraflı
Aksiya iştirakçıları bir dəqiqəlik sükütla şəhidləri yad ediblər  FOTO like
  • 20 Yan 12:14  
Digərləri Aksiya iştirakçıları bir dəqiqəlik sükütla şəhidləri yad ediblər FOTO

Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların etiraz aksiyası 40 gü

arrow Ətraflı