RusiyaUkrayna müharibəsi ilə bağlı ACI GERÇƏK:


Siyasət 20 Yan 2023 13:05:00 292 0

RusiyaUkrayna müharibəsi ilə bağlı ACI GERÇƏK:

Ukrayna cəbhəsində davam etdirdiyi müharibənin geridə qaldığı 1 ilə yaxın müddət ərzində Rusiyanın son zamanlar bir üstünlük yaxaladığı barədə məlumatlar artıq tez-tez qarşımıza çıxmağa başlayır.

Hətta Rusiyanın müharibənin 1 ili ərəfəsində gələn ay Ukraynaya böyük hücuma hazırlaşdığı barədə xəbərlər də gələn kəşfiyyat məlumatları arasında yer alır. 

Bu xəbərlər onu düşünməyə əsas verir ki, böyük ehtimalla Rusiyanın planladığı bu böyük hücumlar sonrası 3-4 şəhər və qəsəbənin işğalı ilə nəticələnən lokal uğurları olacaq. Çünki artıq bütün dünyanın məlumatı var ki, Rusiya ehtiyyat canlı qüvvə cəlb etmək üçün növbəti böyük səfərbərlik elan etməyə hazırlaşır.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da öz ehtimallarını bölüşüb:

"Rusiya Prezidenti Vladimir Putin ordusunu gücləndirmək məqsədilə yaxın günlərdə ikinci səfərbərlik dalğasını elan edə bilər".

Onların sayının təxminən 200 min civarında adam olacağını nəzərə alsaq, demək ki, Rusiya ilə Ukrayna arasında hər hansı kompromisdən, sülh danışıqlarından, müharibənin yaxın vaxtlarda sona çatacağı ilə bağlı hər hansı bir fikirləri səsləndirmək tələskənlik ola bilər. 

Soledarda döyüşlər davam edir. Həmçinin Donetsk və Zaporojyedə də hücumlar səngimir. Proseslərin bu istiqamətdə cərəyan etməsi, müharibənin yeni dalğasının alovlanmaqda olduğunu və bizi qarşıda daha güclü toqquşmaların gözlədiyini düşünməyə əsaslar yaradır. Rusiya çalışır ki, qarşıda hazırlığını gördüyü böyük həmlə ilə strateji uğur əldə etsin, amma bu Moskvanın düşündüyü qədər sadə görünmür. Çünki Ukrayna Qərbin ona istiqamətlənən hərbi dəstəyi ilə Rusiyanı maksimum tükəndirib. Bu gün Rusiyanın 10 minlərlə insanını itirməsinə rəğmən yenidən 200 minlik səfərbərlik planı da deməyə əsas verir ki, Rusiyanın hərbi-texniki imkanlarını öz qürub mərhələsinə qədəm qoyub. Bu səbəbdən də Kreml ətdən sədd çəkməklə müharibədə ayaqda qalmaq barədə düşünür. 

Lakin Avropadan gələn bəyanatlar, Ukraynaya verilən vədlər də Ukraynanın yaya doğru yenidən təşəbbüsü ələ alacağı ümidlərini artırır. Belə ki, "Mirror"un məlumatına görə, Böyük Britaniya Ukraynaya "Apache" döyüş helikopterləri verməyə hazırlaşır. Digər yandan isə ABŞ və Almaniyadan sonra Niderland da Ukraynaya "Patriot" raket kompleksi verəcək.

Bu qərarı Niderland baş naziri Mark Rütte Vaşinqtonda prezident Co Bayden ilə görüşündə elan edib. Rütte müharibədə Ukraynanın qələbəsini təmin etməyi əsas hədəf kimi vurğulayıb və bunun üçün əllərindən gələni edəcəklərini sözlərinə əlavə edib.

Artıq "Patriot"un istifadə qaydalarının ukraynalı hərbçilərə öyrədilməsi üçün ABŞ-da təlimlər başlayıb və qısaldılmış proqram üzrə 10 həftə davam edəcək. 2 ay yarımlıq bu təlimlərin təxminən yaza çəkəcəyini təxmin etsək, bu o deməkdir ki, yaz-yay aylarında müharibənin növbəti dalğası özünün pik həddini yaşayacaq. Bu detal isə müharibə azı bu ilin sonuna qədər davam edəcəyi ehtiamallarını daha da artırır.

Ukraynaya başqa bir hərbi dəstək isə yenə də Almaniyadan gələcək. Ölkənin federal kansleri Olaf Şolz isə Ukraynaya "Leopard" tanklarının verilməsi ilə bağlı müttəfiq ölkələrlə müzakirələrə başladıqlarını bəyan edib. 

Bu isə o deməkdir ki, Rusiyanın Ukraynada mülki obyektləri, yaşayış binalarını, infrastrukturu məhv etməyə yönəlik raket zərbələri bundan sonra daha intensiv xarakter ala bilər. Adını çarəsizlik, əlacsızlıq da qoya bilərik...

Amma bunun qarşılığında Ukraynanın Rusiyada hansısa mülki obyekti hədəf alacağı o qədər də inandırıcı görünmür. Təbii ki, Ukraynanın növbəti mərhələdə Rusiya ərazisindəki hərbi obyektləri, hərbi bazaları vuruacağı istisna edilmir. Necə ki, bundan öncə bəzi aviabazalar dronlarla vurulmuşdu. 

Düşünmək olar ki, Qərbin, ABŞ-ın əsas məqsədi hazırda dünyaya Putin despotunu göstərmək, və onun məğlub olmayacağına qədər dünya xalqlarına rahatlığın olmayacağı mənzərəsini, təsəvvürsünü formalaşdırmaqdır. Bu səbəbdən də bu gün Rusiyanın Ukraynada mülki, dinc-sivil insanların ölümünə səbəb olan hava zərbələri heç də Qərbi narahat edən məsələ deyil. 

Təhməz Əsədov Son.az

Putini Navalnı əvəz edə bilər... like
  • 20 Yan 12:54  
Digərləri Putini Navalnı əvəz edə bilər...

"Əvvəlcə Kreml elitası Rusiya Federasiyasının hazırkı baş naziri M

arrow Ətraflı
Təhlükənin bir addımlığında olan sərnişinlər like
  • 20 Yan 12:48  
Digərləri Təhlükənin bir addımlığında olan sərnişinlər

Təsəvvür edin ki, o qədər sərnişin minib ki, avtobusda necə deyərlər i

arrow Ətraflı
Bu ölkədə Baş nazir maşında kəmər taxmadığı üçün... like
  • 20 Yan 12:42  
Dünya Bu ölkədə Baş nazir maşında kəmər taxmadığı üçün...

Britaniya Baş naziri maşında kəmər taxmadığı üçün qınaq hədəfinə

arrow Ətraflı
Broyleri kənd çolpasına necə çevirirlər? like
  • 20 Yan 12:36  
Digərləri Broyleri kənd çolpasına necə çevirirlər?

3 dənəsi 10 manata kənd çolpası. Heç inandırıcı görünmür, çünki k�

arrow Ətraflı
Hollivud ulduzu həbs oluna bilər like
  • 20 Yan 12:30  
Şou-biznes Hollivud ulduzu həbs oluna bilər

Hollivud aktyoru və prodüseri Alek Bolduin "Rust" filminin çəkili�

arrow Ətraflı
Xırdalanda parkda ev tikilir like
  • 20 Yan 12:24  
Digərləri Xırdalanda parkda ev tikilir

Xırdalanda binanın qarşısında, parkda 2 gün öncə tikinti işlərinə ba�

arrow Ətraflı
Rza Talıbov atasının istefasından sonra ilk dəfə görüntüləndi like
  • 20 Yan 12:18  
Digərləri Rza Talıbov atasının istefasından sonra ilk dəfə görüntüləndi

Bu gün Şəhidlər xiyabanını ziyarətə gələnlər arasında Naxçıvan Ali

arrow Ətraflı
Aksiya iştirakçıları bir dəqiqəlik sükütla şəhidləri yad ediblər  FOTO like
  • 20 Yan 12:14  
Digərləri Aksiya iştirakçıları bir dəqiqəlik sükütla şəhidləri yad ediblər FOTO

Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların etiraz aksiyası 40 gü

arrow Ətraflı
Şənbə gününün like
  • 20 Yan 12:08  
Digərləri Şənbə gününün

Yanvarın 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üs

arrow Ətraflı
Kirayə mənzil tapmaq niyə çətinləşib? like
  • 20 Yan 12:06  
Digərləri Kirayə mənzil tapmaq niyə çətinləşib?

Bakıda kirayə ev tapmaq müşkülə çevrilib. Uzun illərdir ki, paytaxtda t�

arrow Ətraflı
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi like
  • 20 Yan 12:01  
Siyasət Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisi

arrow Ətraflı
ABŞ İnstitutu: “Rusiyanın Belarusdan Ukraynaya hücumu üçün şərait yaradıla bilər” like
  • 20 Yan 12:00  
Dünya ABŞ İnstitutu: “Rusiyanın Belarusdan Ukraynaya hücumu üçün şərait yaradıla bilər”

"Rusiyanın Belarusdan Ukraynaya hücumu üçün şərait yaradıla bilər&

arrow Ətraflı
DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar like
  • 20 Yan 11:52  
Siyasət DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəs

arrow Ətraflı