Tehranla İrəvanın "qardaşlaşması" ikrah doğuran


Siyasət 19 Yan 2023 22:41:00 288 0

Tehranla İrəvanın "qardaşlaşması"  ikrah doğuran

İranda vəziyyət ağırdır, insanlar aylardır meydanlarda haqq və hüquqları uğrunda mübarizə aparırlar. Tehran rejimi bunu gizlətməyə çalışsa da, bütün dünya həqiqətləri bilir. İran hakimiyyəti diqqəti yayındırmaq üçün müxtəlif variantlara əl atır, amma dünyadan təcrid olunmağa doğru yuvarlanan ölkənin edə biləcəyi çox iş də yoxdur.

Ona görə də Tehran üzünü İrandan da ağır vəziyyətdə olan Ermənistana çevirib, bu ölkəyə yaxınlığını nümayiş etdirir.

Yanvarın 17-19-da İrəvan şəhərinin meri Qraç Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti Tehran meri Əlirza Zakaninin dəvəti ilə İrana gedib. Səfər zamanı Tehranla İrəvanın qardaşlaşmasına dair sənəd imzalanıb.

Son.az "Report"a istinadən bildirir ki, yayılan xəbərlərə əsasən, İsfahanla İrəvan artıq 1990-cı illərdən sonra qardaşlaşmış şəhər elan olunub. Bu, İranla Ermənistan arasında bağlanan ikinci "siğə qardaşlığı" sənədidir. Belə çıxır ki, İran hakimiyyəti təmsilçiləri, o cümlədən paytaxt rəhbərliyi Ermənistana sevgi və ehtiramını göstərmək üçün qardaşlaşmanı İrəvanla yeniləyib, "refreş" ediblər.

Qardaşlamaya dair sənəd Tehranın şimal-qərbində yerləşən "Milad Tower" telekommunikasiya qülləsinin konfrans mərkəzində imzalanıb. Bu, İranda ən uca qüllədir. Onun hündürlüyü 435 metrdir.

Sənədin burada imzalanması da İranla Ermənistan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunun göstəricisi sayıla bilər. Ermənistanın Rusiyadan uzaqlaşması fonunda bunu İrəvanın Tehranı Moskvaya alternativ seçmək cəhdi kimi də qiymətləndirmək olar. Yaxud Ermənistan Rusiyadan qaçacağı halda İrandan gələ biləcək təzyiqləri neytrallaşdırmaq üçün indidən qardaşlaşır. Onu da ehtimal etmək olar ki, Moskva İran haimiyyətinin əli ilə Ermənistanı nəzarətdə saxlayır.

Ancaq İran hakimiyyətinin də vəziyyəti ürəkaçan deyil. Ölkədə mövcud diktatura rejminə qarşı aksiyalar keçirilir. Ermənistanın qoşulmaq istədiyi qərb bloku Tehran rejiminə qarşı sanksiyaları sərtləşdirir. ABŞ-dan sonra Böyük Britaniya və Avropa İttifaqının da yaxın günlərdə İran İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) sanksiya tətbiq edəcəyi və onun terrorçu təşkilatlar siyahısına salınacağı istisna olunmur.

Ermənistan və İran beynəlxalq arenada eyni şəraitdə - qeyri-müəyyən və riskli vəziyyətdədir. Tehran hakimiyyəti İrəvanı ölkə paytaxtına qardaş etməklə özündən daha çox Ermənistana zərbə vurur. Qərbin ona etimadına kölgə salır.

Bu qardaşlıq həm də İrandakı Azərbaycan türklərinə hörmətsizliyin daha bir örnəyidir. Xatırladaq ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei də türk sayılır.

O, Qarabağın işğaldan azad olunması ilə başa çatan 44 günlük Vətən müharbəsi dövründə demişdi: "Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır".

Belə bəyanatla çıxış edən liderin başçılıq etdiyi hakimiyyət işğalçılıq iddiasından əl çəkməyən ölkənin paytaxtını Tehranla qardaşlaşdırır. Ya bu ali rəhbərin və onun başçılıq etdiyi komandanın Azərbaycana münasibətdə ikiüzlülüyü, ya da hakimiyyətdaxili münasibətlərdə bir-birinə hörmətsizliyin əlamətdir.

1963-cü ildə Cənubi Koreyanın paytaxtı Seul, 1972-ci ildə isə ABŞ-ın Los-Ancelos şəhərləri ilə Tehran arasında da qardaşlaşmağa dair sənəd imzalanmışdı.

ABŞ-ın bu şəhərində İran və erməniəsilli insanlar çox olsa da indi heç kim bunu yada salmır. Hətta Los-Ancelosda son aylar Tehrandakı etiraz aksiyaları ilə həmrəylik tədbirləri də keçirilir.

Tehran hakimiyyəti Ermənistana sevgisini göstərmək üçün İrəvandan nümayəndə heyəti dəvət edib və qardaşlığın dərəcəsini nümayiş etdiriblər. Amma bu münasibəti regional və qlobal səviyyədə elə ciddi hadisə saymaq sadəlövlükdür. Sadəcə olaraq, bu əlaqələr elə önəmli olmasa da ürək bulandırır, ikrah doğurur. Lap elə İsfahandan sonra Tehranla İrəvanın qardaşlaması kimi.

Uşağa necə bir ad qoyulmalıdır? like
  • 19 Yan 22:40  
Digərləri Uşağa necə bir ad qoyulmalıdır?

Övlad üçün yaxşı və münasib ad seçmək ata üçün dini bir vəzifə v�

arrow Ətraflı
"Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir" like
  • 19 Yan 22:38  
Siyasət "Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir"

"Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunm

arrow Ətraflı
İlham Əliyev Şarl Mişelin dəstəyi ilə aparılan ErmənistanAzərbaycan danışıqlarının like
  • 19 Yan 22:37  
Siyasət İlham Əliyev Şarl Mişelin dəstəyi ilə aparılan ErmənistanAzərbaycan danışıqlarının

İlham Əliyev Şarl Mişelin dəstəyi ilə aparılan Ermənistan-Azərbaycan d

arrow Ətraflı
Qadınla kişi ürəyinin fərqi Kardioloq açıqladı like
  • 19 Yan 22:35  
Digərləri Qadınla kişi ürəyinin fərqi Kardioloq açıqladı

Qadınların ürəyi kişi ürəyindən daha kiçikdir. Orta hesabla qadın ür�

arrow Ətraflı
Vatsap 5,5 milyon avro like
  • 19 Yan 22:31  
Dünya Vatsap 5,5 milyon avro

Vatsap tətbiqi 5,5 milyon avro (10 milyon AZN) cərimələnib.

arrow Ətraflı
Damarları xolesterindən ən yaxşı təmizləyən like
  • 19 Yan 22:30  
Digərləri Damarları xolesterindən ən yaxşı təmizləyən

Damarlarda xolesterinin yığılması çox təhlükəli haldır və ürək-damar

arrow Ətraflı
“Twitter”in məşhur loqosu 100 min dollara like
  • 19 Yan 22:28  
Dünya “Twitter”in məşhur loqosu 100 min dollara

"Twitter"in məşhur loqosu olan mavi quş şirkət sahibi İlon Mask�

arrow Ətraflı
11 ölkə Ukrayna üçün “Tallinn öhdəliyi”ni like
  • 19 Yan 22:26  
Siyasət 11 ölkə Ukrayna üçün “Tallinn öhdəliyi”ni

Estoniya, Polşa, Litva, Latviya, Böyük Britaniya, Almaniya, Danimarka, Çexiy

arrow Ətraflı
Kartof ürəyə ziyandırmı? like
  • 19 Yan 22:25  
Digərləri Kartof ürəyə ziyandırmı?

Bir çox ürək həkimləri təzyiq və ürək xəstələrinə kartof yeməməyi

arrow Ətraflı
Avropa Parlamentindəki "92"lər və... ermənilərə satılan like
  • 19 Yan 22:24  
Siyasət Avropa Parlamentindəki "92"lər və... ermənilərə satılan

Avropa Parlamenti növbəti dəfə öz daşnak simasını göstərdi. Bəşəri

arrow Ətraflı
90 yaşlı kişinin ibrətamiz əhvalatı  Ağvalideynliyin acı nəticəsi like
  • 19 Yan 22:20  
Digərləri 90 yaşlı kişinin ibrətamiz əhvalatı Ağvalideynliyin acı nəticəsi

İnsanların qəlbində olan qarşılıqlı məhəbbət hissi Allahın bizə bə

arrow Ətraflı
Sülhməramlılara aid 2 maşın Laçın yolundan like
  • 19 Yan 22:17  
Siyasət Sülhməramlılara aid 2 maşın Laçın yolundan

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha ü�

arrow Ətraflı
Ceyhun Bayramov Niderlandın xarici işlər naziri ilə like
  • 19 Yan 22:16  
Siyasət Ceyhun Bayramov Niderlandın xarici işlər naziri ilə

19 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər na

arrow Ətraflı
Ətirli nəm salfetlərdən çox istifadə edənləri gözləyən like
  • 19 Yan 22:15  
Digərləri Ətirli nəm salfetlərdən çox istifadə edənləri gözləyən

Hazırda məişətdə, işdə, məktəbdə, yolda - demək olar ki, hər yerdə

arrow Ətraflı
Valideynə yaxşılıq ölüm anlarını, canverməni asanlaşdırar like
  • 19 Yan 22:10  
Digərləri Valideynə yaxşılıq ölüm anlarını, canverməni asanlaşdırar

Valideynə yaxşılıq etməyin müsbət nəticələrindən biri də canverməni

arrow Ətraflı