Fransa Laçın yolunu "NƏZARƏTƏ GÖTÜRÜR"
Siyasət 19 Yan 2023 12:56:00 343 0
İki gün əvvəl Laçın yolundan 26 mülki erməninin Xankəndinə keçidi təmin olundu. Bu 26 şəxsin əksəriyyəti isə yeniyetmələr və uşaqlar idi. Bununla da Azərbaycan tərəfi bir daha nümayiş etdirdi ki, Laçın-Xankəndi yolunun blokadasından söhbət gedə bilməz.
Bu xəbəri də oxu: Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb FOTO
İlk baxışdan ermənilərin Xankəndinə keçidinə şərait yaradılması çox kiçik bir hadisəyə bənzəyə bilər, əslində isə bunun çox böyük bir əhəmiyyəti var. Çünki Laçın-Xankəndi yolunda aksiyanın başladığı gündən geridə qalan 39 gün ərazində o vaxta qədər mülki şəxslərin keçidi heç vaxt baş verməmişdi.
Bu günlər ərzində erməni tərəfi Azərbaycana qarşı çox böyük bir kampaniyaya start vermişdi ki, bu mənada sözügedən keçidə şəraitin yaradılması anti-Azərbaycan fəaliyyətə növbəti ciddi cavab idi. Digər yandan dünən ikinci bir sivil insanların keçidi üçün şərait yaradıldı. Belə ki, sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ərazilərdə 63 nəfərlik Rusiya vətəndaşları olduğu bildirilən mülki şəxslərdən ibarət bir qrup da artıq Laçın yolu ilə Ermənistana yola salınıblar.
Bu fakt bir daha deməyə əsas verir ki, sözügedən istiqamətdə keçirilən etiraz aksiyası hər hansı bir blokada demək deyil, Qarabağ ermənilərinin humanitar böhranından söhbət gedə bilməz. Bu da Ermənistanın bir aydan çox bir müddətdə dünyaya car çəkərək Azərbaycana qarşı həyata keçirdiyi informasiya kampaniyası fiaskoya uğramaqdadır.
Proseslərin bu cür inkişafı deməyə əsas yaradır ki, Laçın yolunun yeni rejimdə fəaliyyətinə mane olmaq üçün istər Ermənistanın, istərsə də Qərbin heç bir hüquqi əsası yoxdur. Ona görə ki, bu ərazilər ən əsası bütün dünya ictimiayyətinin rəsmi olaraq Azərbaycan ərazisi kimi tanıdığı legitim torpaqlarıdır.
Lakin təəssüf ki, erməni sevdası və lobbisinin pulları yenidən Azərbaycana qarşı heç bir əsası olmayan, ədalətsiz rəsmi qərarların çıxarılmasının qarşısını almağa hələ ki imkan vermir. Necə ki, biz bunu ötən gün Avropa Parlamentinin timsalında şahid olduq.
Dünən Avropa Parlamentinin Laçın yolunda baş verənlərlə bağlı ölkəmizi günahlandıran layihə ilə çıxış etməsi, Azərbaycandan dəhlizi açmaq istənilməsi və Bakını Dağlıq Qarabağdakı ermənilərin hüquqlarının qorunmasına çağırması, Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması kimi tələblərin layihəyə salınması - qərəzli və birtərəfli münasibətin növbəti bariz nümunəsindən başqa bir şey deyil.
Bununla da Avroparlament dünənki addımı ilə Aİ - Azərbaycan münasibətlərinə xələl gətirmək meylini nümayiş etdirdi. Azərbaycan üçün Avroparlamentdə səsləndirilən bəyanatların heç birinin mənəvi, siyasi, hüquqi çəkisi olmasa belə, bu cəhdin özü beynəlxalq hüququn normalarına ən böyük hayqırtıdır. Sözügedən toplantıda Qərbin ermənipərəst qüvvələrinə xidmət edən şəxslərin Azərbaycanın hərbçilərini "Ermənistandan" çıxarılma bəyanatını səsləndirmələrinə qarşılıq, erməni hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsindən çıxarılması tələbini səsləndirməmələri qərəzin son həddi hesab edilə bilər.
Nəticə etibarilə Emanuelı Makron kiçik bacısı Ermənistan üçün Avropa İttifaqının prezidenti Şarl Mişelin son 1 ildə Bakı ilə İrəvan arasındakı effektiv vasitəçi görüntüsünü ciddi şəkildə pozur, onun geridə qalan sözügedən müddət ərzində iki ölkə arasında sülhə gedən yolda əldə etdiyi nailiyyətlərinin üstündən xətt çəkmiş olur.
Fransanın məqsədi gün kimi aydındır: Parisin əlindən indiki məqamda Bakı ilə İrəvan arasında sülh danışıqlarını qeyri-müəyyən müddətə qədər təxirə salaraq regionda yeni geosiyasi konfiqurasiyanın formalaşmasını gözləməkdən, Azərbaycanın bölgənin dominant ölkəsi, əsas aktoru nüfuzunun itməsini, zəifləməsini dua etməkdən başqa əlindən heç nə gəlməyəcək. Bu isə ən azı yaxın 50 il ərzində mümkünsüz kimi görünür. Belə düşünməyə Azərbaycanın imza atdığı həm siyasi, həm, iqtisadi, həm də iri hərbi regional və qlobal miqyaslı layihələrdir.
Azərbaycanı Laçın yolunu bağlayaraq min cür yalan, dezinformasiya kampaniyası ilə beynəlxalq ictimaiyyəti Bakının üzərinə qaldırmaq istəyən Ermənistan, ona dəstək verən Fransa başda olmaqla Qərbin bəzi dairələri bilməlidirlər ki, Azərbaycanın daxili işinə qarışmaqla heç nəyə nail ola bilməyəcəklər. Və ən əsası isə ortada 10 noyabr üçtərəfli bir razılaşma var ki, həmin bəyanat üzərindən Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, Vyana Konvensiyası imkan verir ki, Azərbaycan da öz öhdəliyinin bir qismindən geri çəkilsin.
Yəni Zəngəzur marşrutu üzrə Ermənistan Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında sərbəst gediş-gəlişi təmin etmədiyi üçün Azərbaycan da eyni qaydada, üstəlik ekofəalların hərbçilər, sərhəd qoşunlarının səlahiyyətlililəri, güc strukturları ilə əvəz edilməsi prosesinə start verməklə daha da sərt şəkildə məhdudlaşdırıcı tədbirlərini həyata keçirə bilər.
Bakı əlində çox mühüm hüquqi sənəd var, deyə bilər ki, sən Vyana Konvensiyasının müvafiq bəndinə uyğun davranmamısan, beynəlxaq hüquqda "əvəz-əvəz" anlayışını əsas götürərək mən də sənə Laçın yolundan gediş-gəlişi məhdudlaşdırıram. Bunun üçün Azərbaycanın tam səlahiyyəti çatır.
Rəsmi Bakı 44 günlük müharibənin geridə qaldığı 2 ildən bir az artıq müddət ərzində çalışırdı ki, bütün bu proseslər sülh şəraitində həlli yolunu tapsın. Azərbaycan Ermənistanın bu proseslərə reinteqrasiyası üçün İrəvana kifayət qədər vaxt da verdi. Amma görürük ki, erməni tərəfi hər vəchlə havadarlarının dəstəyi ilə maneçilik törədir, sülhün əldə olunması üçün görülən işlərin, atılan addımların uğursuzluqla nəticələnməsi üçün məkirli plan axtarışlarını davam etdirir. Nəticədə ortaya belə bir mənzərə çıxır. Bu da Azərbaycanı vadar edir ki, hələlik güclə olmasa da sivil aksiya vasitəsi ilə Ermənistana izah etsin ki, döymə dəmir qapımı, qırmayım taxta qapını.
Lakin Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistan tərəfi rəsmi Bakının onlara verdiyi bu son şansdan yararlanmaq istəməyəcəksə, destruktiv mövqeyindən əl çəkməyəcəyini, belə bir münasibətlər formasına, ritorikasına sadiq qalacağını nümayiş etdirəcəksə, Azərbaycanın artıq başqa seçimi qalmayacaq.
Bunu Moskva da yaxşı anlayır. Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər belə düşünməyə əsas verir.
Rusiya XİN başçısı brifinqdə bildirib ki, ondan Rusiya hərbi bazasının çıxarılmasını tələb edən, rus sülhməramlılarının BMT hərbi birləşmələri ilə əvəz edilməsini istəyən Ermənistan tərəfi sərhəddə vəziyyəti gücləndirmək əvəzinə Aİ ilə danışıqlara üstünlük verir. Belə bir missiya Bakının razılığı olmadan yerləşdirilərsə, əks nəticə verə bilər.
Göründüyü kimi Lavrovun bu açıqlaması Ermənistana ciddi xəbərdarlıqdan başqa bir şey deyil. Bununla Lavrov rəsmi İrəvana bildirmiş oldu ki, Avropa İttifaqı ilə təmaslar Ermənistanın sərhədlərini təhlükə altında qoya bilər.
Bununla da Lavrov Ermənistanı Azərbaycanla sərhəddə KTMT missiyasının göndərilməsinə dair sənədin qəbuluna mane olduğu təqdirdə Avropa İttifaqının Ermənistana yeni müşahidə missiyası göndərməsi üçün əlindən gələni edərək buna nail olmasının (Ermənistan mediasında yayılan məlumatlara görə, bir aydan sonra - fevralın 20-də fəaliyyətə başlayacaq missiya əvvəlkindən fərqli olaraq bütün Ermənistan ərazisini əhatə edəcək və 2 illik olacaq. Ən diqqətçəkən məqamlardan biri isə, 2 aylıq mülki missiyadakı say tərkibinin 2 illik fəaliyyətləri dövründə 5 dəfə artırılaraq 200 nəfər təşkil edəcəyi məlumatıdır) İrəvanın başını hələ çox ağrıdacağına eyham vurdu.
Rusiya XİN rəhbəri Azərbaycan dövlətindən icazəsiz bu istiqamətdə istənilən addımın Ermənistan üçün faciə ilə nəticələnəcəyi ilə xəbərdarlığı isə Moskvanın İrəvana hansı yolla cəza kəsmək üsulunu hayların diqqətinə çatdırmaq istəyir. Bununla da Lavrov Ermənistan siyasi rəhbərliyinə demək istəyir ki, bu özbaşına, başından böyük qərarının cəzasını mütləq çəkəcəksən, özü də bu cəzanı biz yox elə Azərbaycan Ordusu kəsəcək...
O zaman belə bir ritorik sual: Rusiya əgər Azərbaycanın qərarından, dəyişməz mövqeyindən və qətiyyətindən belə xəbərdardırsa, niyə o zaman Ermənistanı özünün iştirakı ilə Soçidə qəbul edilən üçtərəfli bəyanatlara, 10 noyabr sənədi ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmək üçün bu qədər təsirli cümlələr qurmadı, belə təzyiq nümayiş göstərmədi?
Təhməz Əsədov Son.az
2021-ci ilin yayında Şri-Lankada tapılan, çəkisi 500 kq olan ən böyük sa
Elşad Həsənov: "Azərbaycan öz torpaqlarını işğaldan azad edir, öz
Hollivud ulduzu Cerard Batlerin başına iş gəlib.
Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünva
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 19-da Azərbaycan Respubli
Dağınıq skleroz xəstəliyindən əziyyət çəkən Əməkdar artist Ehtiram
AzTv-nin "Əsas məsələ" verilişində Davos Dünya İqtisadi Forumu
Azərbaycan KOB İnvestisiya Fondu yaxın 6 ay ərzində yaradıla bilər.
Bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, hə
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın
Yeni il büdcəsinin (İranda yeni il Novruzdan başlayır) müzakirələrinə b
Son günlər əhali arasında geniş yayılan virusun influenza olduğu bildiril
2022-ci ildə Kiçik və Ota Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil, el
ABŞ-da edam anını gözləyən bir qrup məhbus bu tarixi irəli aparmaq üç�