30 ölkənin parlament sədrindən Simonyanın "Laçın müraciətinə" sıfır reaksiya...


Siyasət 19 Yan 2023 12:37:00 337 0

30 ölkənin parlament sədrindən Simonyanın "Laçın müraciətinə" sıfır reaksiya...

Elşad Həsənov: "Azərbaycan öz torpaqlarını işğaldan azad edir, öz ərazisində lazımi hüquqi tədbirlər görür".

Ermənistan parlamentinin sədri Alen Simonyan 30-dan çox ölkənin parlament rəhbərlərinə və beynəlxalq parlament təşkilatlarının prezidentlərinə müraciət ünvanlayıb. Erməni spiker məktubda Qarabağda vəziyyətin pisləşdiyini bildirib.

Rəsmi məktubda Alen Simonyan Ermənistanın beynəlxalq tərəfdaşlarını Qarabağda yaranmış vəziyyətin qarşısını almağa, o cümlədən Azərbaycana sanksiyalar tətbiq etmələri üçün tədbirlər görməyə çağırıb.

Ancaq maraqlıdır ki, onun bu müraciətinə 30 ölkədən heç biri reaksia verməyib. Bunun səbəbini nə ilə izah etmək olar?

Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə bildirdi ki, dekabrın 12-dən bu yana bizim ekoaktivistlər Laçın yolunda  tələb edirlər ki, qızıl yataqlarımızdan olan  "Qızılbulaq" adlanan yataqdan qanunsuz daşınan yüklərə, eyni zamanda "Dəmirli" mis-molibden yatağından talan edilən Azərbaycanın sərvətlərinə bir əncam çəkilsin: "Bizə orada monitorinq aparmağa da icazə vermədilər. Dekabrın 10-u və 12-dən də ekoaktivistlər bu aksiyanı həyata keçirdilər. Mən bildirmək istəyirəm ki, ermənilər həmin vaxtdan dünya üzrə hər bir sahəyə, hər bir təşkilata müraciət edərək hay-küy salırlar ki, Qarabağda humanitar katastrof yaradılıb. Bunlar hamısı boş bəyanatlardır. Rəsmi olaraq ermənilərin özləri etiraf edirlər ki, bir ay müddətində Qarabağa 450-dən artıq maşın buraxılıb. Humanitar yönlü maşınların hər biri, sülhməramlıların maşınları, təcili yardım maşınları, Qırmızı Xaç cəmiyyətinin maşınları, bir sözlə hamısı buraxılır. Sadəcə olaraq ora əvvəllər daxil olan silahlı terrorçu qrupların gəlməsinin  və Azərbaycanın sərvətlərinin daşınmasının qarşısı alınıb. Bu məsələni də artıq beynəlxalq təşkilatların hamısı bilir. Paşinyan bu məsələlər başlayanda əsas da Rusiyadan tələb etdi ki,  bu yolun açılması üçün ciddi tədbirlər görsünlər. Simonyanın da parlament rəhbərlərinə, 30 ölkənin rəhbərinə müraciət etməsi növbəti bir erməni hay hay-küyüdür".

Ekspertin sözlərinə görə,  bu ölkələrin hər biri bilir ki, Azərbaycan ərazisində hansı hadisələr cərəyan edir və nəyin qarşısı alınır: "Çünki eyni zamanda Cənubi Qafqazda Rusiyanın mövqelərinin sıxışdırılması prosesi də gedir. Buna da Avropa İttifaqı ciddi cəhdlə çalışır. Xüsusilə Fransa burada aktivlik göstərir. Rusiyanın mövqeyini sarsıtmağa çalışırlar. Alen Simonyandan savayı,  Mirzəyan da  bugünlərdə Nyu-Yorkda oldu. BMT-nin baş katibi Quterreşlə görüşdü. Laçın dəhlizinin  açılması üçün onun da hərəkətə keçməsini və BMT missiyasının araziyə göndərilməsini xahiş etdi. Yəni bunlar hər tərəfə çabalayırlar ki, nəsə etsinlər. Bu günlərdə Fransa Milli Assambleyasının sədri İrəvanda  oldu və baş nazir,  spikerlə görüşdü. Qarabağın müstəqilliyini tanımadığını dedi. Ermənilər də buna çox məyus oldular. Siyasilər real vəziyyəti bilərək qərar qəbul edirlər. Bu gün biz məlumat aldıq ki, Amerikada ermənilər Azərbaycan səfirliyinin qarşısını kəsərək, onların girişinə maneçilik yaradıblar və Laçın yolunun açılmasını tələb ediblər. Ermənilər hər sahədə, hər yerdə çalışırlar ki, nəsə etsinlər, biz onların bütün cinayətkar əməllərinə göz yumaq. 30 ildir yığdıqları, daşıyıb apardıqları bəs deyilmiş kimi, indi də təbii sərvətlərimizi daşımağa şərait yaratmağımızı istəyirlər. Ancaq bu mümkün deyil. Bizim diplomatik səylərimiz, dünyada apardığımız işlər buna imkan verməyəcək. Dünyanın güclü ölkəkəri bu gün Azərbaycanı Canubi Qafqazda lider ölkə kimi tanıyır, onun iqtisadiyyatının, enerji sahəsinin, neft-qaz sahəsinin inkişafına və Avropa ölkələrinə verdiyi töhfəyə görə qiymətləndirirlər. Bu da erməniləri, təbii ki, qıcıqlandırır. Ona görə də, onların çabaları heç bir nəticə vermir. Bu gün də Avropa İttifaqında onlar çalışırlar ki, Azərbaycana qarşı sanksiya tədbiq etsinlər. Lakin mən belə hesab edirəm ki, bu qətiyyən olmayacaq. Çünki Azərbaycan öz torpaqlarını işğaldan azad edir, öz ərazisində lazımi hüquqi tədbirlər görür. Biz 30 il erməni işğalı altında olan zaman dəfələrlə BMT - yə, Avropa İtifaqına, müxtəlif ölkələrə Ermənistana sanksiya tədbiq etmələri üçün  müraciət etsək də, heç bir sanksiya tədbiq olunmadı. BMT - nin 4 qətnaməsi yerinə yetirilmədi. Bunları biz öz ordumuzun gücü ilə, apardığımız diplomatik səylərlə yerinə yetirdik. Bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişik. İndi müharibə artıq başa çatıb. Ermənistanla aramızda sülh müqaviləsi bağlanması üçün işlər görürük. Ona görə də ermənilərin bu çabaları heç bir nəticə verməyəcək".

Hollivud ulduzu özünü "kislota"yla yandırdı like
  • 19 Yan 12:27  
Şou-biznes Hollivud ulduzu özünü "kislota"yla yandırdı

Hollivud ulduzu Cerard Batlerin başına iş gəlib.

arrow Ətraflı
Müəllim və həkimlərin maaşları artacaqmı? like
  • 19 Yan 12:24  
Digərləri Müəllim və həkimlərin maaşları artacaqmı?

Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünva

arrow Ətraflı
İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitseprezidenti ilə görüşüb like
  • 19 Yan 12:20  
Siyasət İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitseprezidenti ilə görüşüb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 19-da Azərbaycan Respubli

arrow Ətraflı
Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin efirdə çətin anları like
  • 19 Yan 12:19  
Şou-biznes Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin efirdə çətin anları

Dağınıq skleroz xəstəliyindən əziyyət çəkən Əməkdar artist Ehtiram

arrow Ətraflı
Azərbaycan Davos forumunda diqqət mərkəzindədir like
  • 19 Yan 12:15  
Siyasət Azərbaycan Davos forumunda diqqət mərkəzindədir

AzTv-nin "Əsas məsələ" verilişində Davos Dünya İqtisadi Forumu

arrow Ətraflı
Azərbaycan KOB İnvestisiya Fondu yaxın altı ay ərzində yaradıla bilər like
  • 19 Yan 12:10  
Digərləri Azərbaycan KOB İnvestisiya Fondu yaxın altı ay ərzində yaradıla bilər

Azərbaycan KOB İnvestisiya Fondu yaxın 6 ay ərzində yaradıla bilər.

arrow Ətraflı
Qarabağda yaşamaq istəyənlər üçün şad xəbər like
  • 19 Yan 12:05  
Digərləri Qarabağda yaşamaq istəyənlər üçün şad xəbər

Bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, hə

arrow Ətraflı
Medvedev nüvə müharibəsi ilə bağlı Qərbə like
  • 19 Yan 12:03  
Dünya Medvedev nüvə müharibəsi ilə bağlı Qərbə

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın

arrow Ətraflı
İran büdcəni dinə yönəldir: like
  • 19 Yan 12:02  
Digərləri İran büdcəni dinə yönəldir:

Yeni il büdcəsinin (İranda yeni il Novruzdan başlayır) müzakirələrinə b

arrow Ətraflı
Yeni yayılan virusdan necə qorunmalıyıq? like
  • 19 Yan 11:56  
Digərləri Yeni yayılan virusdan necə qorunmalıyıq?

Son günlər əhali arasında geniş yayılan virusun influenza olduğu bildiril

arrow Ətraflı
2022ci ildə KOBİA 500 min manat dəyərində layihələr maliyyələşdirib like
  • 19 Yan 11:52  
Digərləri 2022ci ildə KOBİA 500 min manat dəyərində layihələr maliyyələşdirib

2022-ci ildə Kiçik və Ota Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil, el

arrow Ətraflı
Dünya tarixində DƏHŞƏT: Məhbusların DƏRİSİNİ SOYUB, ayaqqabı TİKDİLƏR like
  • 19 Yan 11:51  
Dünya Dünya tarixində DƏHŞƏT: Məhbusların DƏRİSİNİ SOYUB, ayaqqabı TİKDİLƏR

ABŞ-da edam anını gözləyən bir qrup məhbus bu tarixi irəli aparmaq üç�

arrow Ətraflı
Altı təklifdən ən sərfəlisini seç! like
  • 19 Yan 11:50  
Digərləri Altı təklifdən ən sərfəlisini seç!

Unibank biznes sahibləri üçün kampaniya keçirir.  Kampaniya çərçivəsin

arrow Ətraflı
KOBİA ötən il 122 layihə üzrə rəy verib like
  • 19 Yan 11:49  
Digərləri KOBİA ötən il 122 layihə üzrə rəy verib

2022-ci ildə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Age

arrow Ətraflı
Talıbov sonunu bu cür gətirib: like
  • 19 Yan 11:42  
Digərləri Talıbov sonunu bu cür gətirib:

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ölkə rəhbəri istisn

arrow Ətraflı